Azərbaycan ailəsi və milli dəyərlər...
29-11-2022 [21:25]
Hazırda dünyanın qloballaşma və inteqrasiyaya sürətlə daxil olduğu bir vaxtda dəyərlərin dəyişməsi, müasirləşməsi məsələsi ortaya çıxıb.
Qərb mədəniyyətinin cəmiyyətimizə ayaq açması gənc nəsildə fərqli düşüncə və həyat tərzi formalaşdırır. Bir neçə il öncə Azərbaycanın ailə modelini öyrənən avropalı mütəxəssislər bu məsələdə onlardan daha çox irəli getdiyimizi bildirib bu modeli elm kimi öyrənməyi düşünürdülər. Avropalı mütəxəssislər Azərbaycan ailələrində ana sevgisi və şəfqətinin hünərindən ağızdolusu danışır, azərbaycanlı qadınını ailədəki bu qədər üstün nüfuzuna görə təbrik etmişdilər.
Ailə – cəmiyyətin təməl daşı hesab olunur. Əgər bu təməl daşı sağlam və düzgün ailə tərbiyəsi əsasında qoyularsa, pak bir mühitin ərsəyə gəlməsinə şərait yaradacaqdır. Amma əgər ailədə təlim-tərbiyə sönük və puç əxlaq əsasında qurularsa, təbii ki, qeyri-insani bir cəmiyyətin formalaşmasına səbəb olacaqdır. Bu baxımdan ailədə əxlaq davranışlarını üç əsas hissəyə bölmək olar:
Ailə mənsub olduğu xalq, millət haqqında ilkin təsəvvürlər yaradır. Ailə həm də milli-mənəvi dəyərlərin təcəssümü, daşıyıcısıdır.
Sağlam ailə sağlam cəmiyyət deməkdir. Başqa sözlə, toplumun, dövlətin əsasını sağlam ailələr təşkil edir. Ailə cəmiyyətin bir nüvəsi isə, demək, ilk əvvəl təmiz cəmiyyətin toxumları da burada atılacaq. Bu gün qloballaşma və modernləşmə dövründə valideynlərin bu xüsusda üzərinə çox böyük məsuliyyət düşür. Ailələr texnoloji və iqtisadi inkişaflar və xüsusilə qloballaşmanın gətirdiyi problemlərlə qarşı-qarşıyadır. Bu problemləri görməyən və qarşılaşdığı zaman həll edə bilməyən millətlərin ayaqda qalması, dəyərlərini, adət-ənənələrini gələcək nəsillərə ötütməsi sual altındadır.
Milli və mənəvi dəyərlərdən hər gün birinin qloballaşmanın pəncələrinə qurban edildiyi, sıradan çıxdığı dövrdə ailə mühitlərində yaşanan korlanma zamanla cəmiyyətin bütün seqmentinə yayılır. Sevgi, hörmət və güvən, ümumi mənafe yerinə qısqanclıq, ikiüzlülük, xəyanət, eqoizm kimi mənfi davranışlar ortaya çıxır. Sədaqət, ədalət, şəfqət və mərhəmət hisləri itdikcə, fərdlərin bir yerdə sülh, əmin-amanlıq və hörmət içində yaşamaları da mümkün olmur. Belə olduğu şəraitdə, ana- ata keçmişə nisbətdə uşaq təhsilində və millətini təmsil etdiyi mövqedə daha çox məsuliyyət hiss etməyə məcburdur. Ailə təşkilatının cəmiyyətin ən təsirli formalaşdırıcı mövqeyinə yüksəlməsi səbəbi ilə ailənin bu məsuliyyətli vəzifəni icra etməsi üçün dövlət dəstəyi indiki vaxtda hər zamankından daha çox əhəmiyyət kəsb edir. Millət olaraq, əvvəlcə ailədən başlamaq üzrə, bəşəri dəyərləri milli və mənəvi dəyərlərdə yoğurub, keçmişindən və milli şəxsiyyətindən almış olduğu güclə gələcəyə etibarla baxan fədakar və əzmli, ənənələrə sadiq, eyni zamanda qul psixologiyasından uzaq-demokratik prinsiplərə sahib, sevgi və ədalət duyğusu uca olan gənclər yetişdirmək prioritetimiz olmalıdır. Hər şeyin maddiləşdiyi bir zamanda "təmiz cəmiyyət" quruluşunu yaratmaq üçün təpədən dırnağa əxlaqi, mənəvi mənada bir təmizlənməyə ehtiyacımızın olduğu şübhəsizdir.
Əgər ailənin təməli düzgün qurularsa, onun “xəstələnmək” və dağılmaq təhlükəsi də az olar. Bəs ailə qurarkən hansı şərtlət önəmlidir?
Ailə sevgi üzərində qurulmalıdır, fərdi xoşbəxtlik ümumi mənafedən üstün olmamalıdır, nikaha daxil olan tərəflərin intellekt və dünyagörüşlərində ümumilik olmalı, mədəni səviyyələri üst-üstə düşməlidir, sosial statusları, iqtisadi durumları uyğun olmalıdır və s.
Hər kəsə xoşbəxt ailə nəsib olsun. Müqəddəs vətənimizi və ailəmizi qoruyaq!
P.S. "Tərəqqi" Sosial Tədqiqatlar İctimai Birliyinin hazırladığı məqalənin məzmununda əks olunan fikir və mülahizələr müəllifə aiddir və Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin rəsmi mövqeyini əks etdirmir. .
Si Cinpin Prezident İlham Əliyevə məktub ünvanlayıb
Ağdaşda 70 yaşlı qadın öldürülüb - Oğlu saxlanılıb (YENİLƏNİB)
İlham Əliyev Şamaxıda - FOTOLAR
Sabah hava proqnozu açıqlandı
İsrail Türkiyəni vuracaqmı? - Cavab Ərdoğandan gəldi
Prezident İlham Əliyev Şahbaz Şərifə məktub göndərib - MƏTN
ABŞ-da sərnişin təyyarəsi yanğınsöndürən maşınla toqquşdu - Çoxlu ölü və yaralı var (FOTOLAR)
Sahibə Qafqarova II İlyanın dəfn mərasimində iştirak edib - FOTOLAR
TRAMP NATO-nu TƏNQİD ETDİ, İRANIN MƏHV EDİLƏCƏYİNİ DEDİ: "Hər şey yaxşı ssenari ilə davam edəcək"
Komitə sədri 37 yaşlı xanımı yüksək vəzifəyə təyin etdi
Əri Bahar Muradovadan yazdı: "Biz bir daha sübut etdik ki..." + FOTO
Saatlıda 50 yaşlı şəxs bıçaqlanıb
PREZİDENTİN AİLƏSİNİ ŞANTAJ EDƏN ŞƏXS SAXLANILDI: o, kimdir? - VİDEO
İran müharibəsi və daralan səmalar - Azərbaycan hava geopolitikasının mərkəzində (TƏHLİL)
Lalə Azərtaşın proqramında təqdim olunan həkimlər...
Moskvadan Bakıya uçan təyyarə quşlarla toqquşub - Göyərtisində kimlər olub? + VİDEO
"Xəbər məni dərindən kədərləndirdi" - Zakir Həsənov
YENİ YAŞ: ATA YOLUNUN LAYİQLİ DAVAMŞISI...
İran prezidenti: "Biz sizinlə münaqişəyə girmək fikrində deyilik”
Kamran Əliyevə ağır itki üz verib
Güclü yağış yağacaq - Xəbərdarlıq
Azərbaycan nefti 123 dollara qalxdı
Azercell Könüllüləri Novruz və Ramazan bayramları münasibətilə xeyriyyə yarmarkası təşkil edib
BU MƏZUNLARA RÜTBƏ VERİLƏCƏK
Qurbanovun bayram belə yadından çıxdı
Rəşad Sadıqov klub rəhbərlərini belə günahlandırdı - Baş məşqçidən cəsarətli sözlər
YENİ NAZİR MÜAVİNİ TƏYİN EDİLDİ
Azərbaycan XİN Tunisi təbrik edib
Ötən gün qanunsuz saxlanılan 15 avtomat, 22 tüfəng aşkarlanıb
Ceyhun Bayramov özbəkistanlı həmkarı ilə Yaxın Şərqdəki təhlükəsizliyi müzakirə edib
Səudiyyə Ərəbistanı: Ərazimizə 41 PUA və 3 raket hücumu keçirilib
İran: Əli Məhəmməd Naini bu səhər öldürülüb
"Mançester Yunayted" "Nyukasl"ın kapitanını heyətinə qatmaq istəyir - 80 milyon avro
Sabahın hava proqnozu açıqlanıb
Şahbaz Şərif: İlham Əliyevlə danışığımda azərbaycanlı qardaş və bacılarımızla həmrəyliyimi təsdiq etdim
Konfrans Liqası: 1/4 finalda oynayacaq komandalar bəlli olub