Kamran Əliyev Litvanın Xüsusi İstintaq Xidmətinin rəhbəri ilə görüşüb
29-11-2022 [17:47]
Noyabrın 29-da Baş prokuror Kamran Əliyev “Avropa Qonşuluq Aləti” çərçivəsində həyata keçirilən “Azərbaycanda əmlakların bərpası və idarə edilməsi sistemində islahatlara dəstək” adlı “Twinning” layihəsi çərçivəsində rəhbər komitənin növbəti iclasında iştirak etmək məqsədilə ölkəmizdə işgüzar səfərdə olan Litvanın Xüsusi İstintaq Xidmətinin rəhbəri Jidrunas Bartkusun rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.
Mia.az xəbər verir ki, qonaqları səmimi salamlayan Baş prokuror Azərbaycan Prezidenti İlham Əliyevin tapşırıq və tövsiyələri ilə hüquqi müstəvidə, o cümlədən aktivlərin bərpası sahəsində həyata keçirilən institusional və qanunvericilik islahatlarının davam etdirildiyini vurğulayaraq, bu sahədə qanunvericiliyin təkmilləşdirilməsi və maliyyə istintaqının yaradılması ilə bağlı baxılmaqda olan qanun layihələrinə dair ətraflı məlumat verib.
Görüşdə həmçinin cinayət yolu ilə əldə olunan əmlakın müəyyən edilərək izlənilməsi, üzərinə həbs qoyulması, müsadirəsi və sonrakı idarəolunması ilə bağlı görülən işlərin miqyasının genişləndirilməsi və təkmilləşdirilməsi istiqamətində Azərbaycan Prokurorluğununun benefisiarı olduğu tvinninq layihəsinin mühüm əhəmiyyəti olduğunu bildirilib, bu sahədə beynəlxalq əməkdaşlığın zəruriliyini qeyd edilib.
Kamran Əliyev Azərbaycan Prokurorluğunun beynəlxalq və regional təşkilatlarla, həmçinin digər ölkələrin prokurorluq və anti-korrupsiya qurumları ilə səmərəli əməkdaşlığın davam etdirilməsi və həmin qurumlar arasında Avropa İttifaqının institutlarının xüsusi yer tutmasını xüsusi vurğulayıb.
Səmimi qəbula görə təşəkkürünü bildirən Jidrunas Bartkus layihənin icrasına start verildikdən sonra görülən işlər barədə məlumat verməklə, əmlakların bərpası sahəsində ölkəmizin qanunvericilik bazasının təkmilləşdirilməsi məqsədilə Baş Prokurorluq tərəfindən hazırlanmış qanun layihələrinin işin səmərəliliyinin artırılmasında mühüm rolu olacağını vurğulayıb.
Qarşılıqlı maraq doğuran digər mövzular müzakirə olunaraq, Azərbaycanla Litvanın hüquq mühafizə orqanları arasında qarşılıqlı münasibətlərin bundan sonra da uğurla davam etdiriləcəyinə əminlik ifadə edilib.
Pensiya ilə bağlı mühim xəbər: İş stajı 25 ilə çatmayan şəxslər...
Si Cinpin Prezident İlham Əliyevə məktub ünvanlayıb
Ağdaşda 70 yaşlı qadın öldürülüb - Oğlu saxlanılıb (YENİLƏNİB)
İlham Əliyev Şamaxıda - FOTOLAR
Sabahın hava proqnozu açıqlandı
İsrail Türkiyəni vuracaqmı? - Cavab Ərdoğandan gəldi
Prezident İlham Əliyev Şahbaz Şərifə məktub göndərib - MƏTN
ABŞ-da sərnişin təyyarəsi yanğınsöndürən maşınla toqquşdu - Çoxlu ölü və yaralı var (FOTOLAR)
Sahibə Qafqarova II İlyanın dəfn mərasimində iştirak edib - FOTOLAR
TRAMP NATO-nu TƏNQİD ETDİ, İRANIN MƏHV EDİLƏCƏYİNİ DEDİ: "Hər şey yaxşı ssenari ilə davam edəcək"
Komitə sədri 37 yaşlı xanımı yüksək vəzifəyə təyin etdi
Əri Bahar Muradovadan yazdı: "Biz bir daha sübut etdik ki..." + FOTO
Saatlıda 50 yaşlı şəxs bıçaqlanıb
PREZİDENTİN AİLƏSİNİ ŞANTAJ EDƏN ŞƏXS SAXLANILDI: o, kimdir? - VİDEO
İran müharibəsi və daralan səmalar - Azərbaycan hava geopolitikasının mərkəzində (TƏHLİL)
Lalə Azərtaşın proqramında təqdim olunan həkimlər...
Moskvadan Bakıya uçan təyyarə quşlarla toqquşub - Göyərtisində kimlər olub? + VİDEO
"Xəbər məni dərindən kədərləndirdi" - Zakir Həsənov
YENİ YAŞ: ATA YOLUNUN LAYİQLİ DAVAMŞISI...
İran prezidenti: "Biz sizinlə münaqişəyə girmək fikrində deyilik”
Kamran Əliyevə ağır itki üz verib
Güclü yağış yağacaq - Xəbərdarlıq
Azərbaycan nefti 123 dollara qalxdı
Azercell Könüllüləri Novruz və Ramazan bayramları münasibətilə xeyriyyə yarmarkası təşkil edib
BU MƏZUNLARA RÜTBƏ VERİLƏCƏK
Qurbanovun bayram belə yadından çıxdı
Rəşad Sadıqov klub rəhbərlərini belə günahlandırdı - Baş məşqçidən cəsarətli sözlər
YENİ NAZİR MÜAVİNİ TƏYİN EDİLDİ
Azərbaycan XİN Tunisi təbrik edib
Ötən gün qanunsuz saxlanılan 15 avtomat, 22 tüfəng aşkarlanıb
Ceyhun Bayramov özbəkistanlı həmkarı ilə Yaxın Şərqdəki təhlükəsizliyi müzakirə edib
Səudiyyə Ərəbistanı: Ərazimizə 41 PUA və 3 raket hücumu keçirilib
İran: Əli Məhəmməd Naini bu səhər öldürülüb
"Mançester Yunayted" "Nyukasl"ın kapitanını heyətinə qatmaq istəyir - 80 milyon avro
Sabahın hava proqnozu açıqlanıb