Dövlət Xidməti daha 38 maşın və 10 dövlət obyektini satışa çıxarır

img

29-11-2022 [18:02]


İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti dekabrın 13-də və 20-də özəlləşdirmə hərracları keçirəcək.

Mia.az xəbər verir ki, ilk hərraca 30 nəqliyyat vasitəsi, növbəti hərraca isə 10 dövlət obyekti və 8 nəqliyyat vasitəsi çıxarılacaq.

Hərraca çıxarılan kiçik dövlət müəssisəsi və obyektləri iqtisadiyyatın müxtəlif sahələrinə aiddir. Digər üstün cəhət isə əksəriyyətinin torpaq sahələri ilə birgə özəlləşdirilməyə çıxarılmasıdır.

Hərraca çıxarılan nəqliyyat vasitələrinin əksəriyyəti Rusiya, Yaponiya, Almaniya istehsalıdır. Avtomobillərin buraxılış tarixləri isə 1985-2013-cü illəri əhatə edir.

Hərraca çıxarılan dövlət əmlakının tam siyahısı ilə buradan tanış olmaq mümkündür.

https://emlak.gov.az/cat/3


Digər xəbərlər
SON XƏBƏRLƏR
16:33 22.09.2025

Tələbə bıçaqlanıb

13:24 22.09.2025

Qəzzada itkilər artıb

12:31 22.09.2025

Sabah yağış yağacaq

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA