“Yəqin ki, bu gün-sabah quru sərhədlər açılacaq" - Deputat həftəsonu valyuta dəıyişməyin mümkünsüzlüyünə etiraz etdi

img

29-11-2022 [16:15]


“Şənbə, bazar və bayram günləri banklar işləmir. Başa düşürük ki, istirahət günləridir. Bəs insanlar neynəsin?! Turistlərin sayı ölkəmizdə durmadan artır”.

Mia.az xəbər verir ki, bu sözləri Milli Məclisin deputatı Rüfət Quliyev parlamentin noyabrın 29-da keçirilən plenar iclasında çıxışı zamanı deyib.

O qeyd edib ki, artıq turizm sahəsində böyük addımlar atılır. “Yəqin ki, bu gün-sabah quru sərhədlər də açılacaq və turistlər gələcək. Xahiş edirəm ki, qadağalara bir də baxılsın. Valyuta ilə olan istənilən məsələ bankla əlaqəlidir. İcazə olsun ki, onların sayı artsın”.


Digər xəbərlər
SON XƏBƏRLƏR
16:33 22.09.2025

Tələbə bıçaqlanıb

13:24 22.09.2025

Qəzzada itkilər artıb

12:31 22.09.2025

Sabah yağış yağacaq

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA