Novella Cəfəroğlu: "Vasif Talıbov hansı ixtiyarla tabe olmaya bilər?” - "Naxçıvanda heç çox adam da qalmayıb..."
25-11-2022 [12:19]
Azərbaycan Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) əməkdaşlarının Naxçıvan Muxtar Respublikası Gömrük Komitəsində həbslər apardığı haqda məlumatlar ölkə gündəminin əsas mövzularından biri kimi diqqətlə izlənir.
Mia.az xəbər verir ki, artıq muxtar respublikanın Gömrük Komitəsinin bəzi əməkdaşları saxlanılaraq DTX müstəntiqləri tərəfindən dindiriliblər, kabinetlərdə isə axtarışlar aparılıb.
Məlumatda bildirilir ki, Naxçıvan gömrük rəsmilərinin milyonlarla dəyərində qaçaqmalçılıqda iştirakı və büdcə pullarının yeyintisi araşdırılır. Artıq saxlanılan var. Belə ki, Naxçıvan Muxtar Respublikası Dövlət Gömrük Komitəsinin Gömrük tariflərinin tənzimlənməsi və ödənişlər şöbəsinin rəisi Əsgərov Mənsur Turan oğlu barəsində vəsatətə baxılıb. Səbail Rayon Məhkəməsində keçirilən prosesdə vəsatət təmin edilib. Məhkəmədə Mənsur Əsgərov barəsində 4 ay müddətinə həbs qətimkan tədbiri seçilib.
Hazırda muxtar respublikada bir sıra struktur islahatlarının aparıldığı, Naxçıvandakı qurumların Azərbaycanın mərkəzi icra hakimiyyəti orqanlarına tabe etdirilməsi istiqamətində də addımlar atıldığına dair məlumatlar yayılır.
Mia.az-ın məlumatına görə, mövzu ilə bağlı Yenisabah.az-a danışan hüquq müdafiəçisi Novella Cəfəroğlu bildirib ki, bütün bu ajiotajın məqsədi Naxçıvanı Bakıya birləşdirmək, muxtariyyəti ləğv etməkdir:
“Bunu Naxçıvanda yaşayanlar və buradakı Nazirlər Kabineti daha yaxşı bilər. Vasif Talıbov kimə tabe olur-olmur onu deyə bilmərəm, amma onu bilirəm ki, Naxçıvanda Talıbov qanunları işləyir, o Naxçıvanı öz qanunları ilə idarə edir. Bu gün Naxçıvanda heç çox adam da qalmayıb, çoxu Bakıdadır. Bu illər ərzində heç bir dövlətdən - nə İran, nə də Ermənistandan Naxçıvana hücumlar olmayıb. Naxçıvan o vaxt muxtar respublika olmuşdu, onu Azərbaycandan ayırmışdılar. Ona görə də bu gün Zəngəzur dəhlizini özümüzə saxlamaq üçün Naxçıvanı Azərbaycanla birləşdirmək istəyirlər. Mən hesab edirəm ki, hər şey muxtariyyətin alınması ilə bağlıdır ki, Naxçıvanda muxtariyyət olmasın. Naxçıvan da Azərbaycanın digər rayonları kimi olsun. Bu zaman biz Zəngəzur dəhlizini nəyəsə əsaslandırıb ala bilərik. Bütün bu ajiotaj Naxçıvanı Bakı ilə birləşdirməkdən ötrüdür. Burada məsələ Vasif Talıbovun tabe olub-olmaması deyil. Necə ola bilər ki, Vasif Talıbov tabe olmasın? Prezident olan yerdə Talıbov hansı ixtiyarla tabe olmaya bilər?”
Pensiya ilə bağlı mühim xəbər: İş stajı 25 ilə çatmayan şəxslər...
Si Cinpin Prezident İlham Əliyevə məktub ünvanlayıb
Ağdaşda 70 yaşlı qadın öldürülüb - Oğlu saxlanılıb (YENİLƏNİB)
İlham Əliyev Şamaxıda - FOTOLAR
Sabahın hava proqnozu açıqlandı
İsrail Türkiyəni vuracaqmı? - Cavab Ərdoğandan gəldi
Prezident İlham Əliyev Şahbaz Şərifə məktub göndərib - MƏTN
ABŞ-da sərnişin təyyarəsi yanğınsöndürən maşınla toqquşdu - Çoxlu ölü və yaralı var (FOTOLAR)
Sahibə Qafqarova II İlyanın dəfn mərasimində iştirak edib - FOTOLAR
TRAMP NATO-nu TƏNQİD ETDİ, İRANIN MƏHV EDİLƏCƏYİNİ DEDİ: "Hər şey yaxşı ssenari ilə davam edəcək"
Komitə sədri 37 yaşlı xanımı yüksək vəzifəyə təyin etdi
Əri Bahar Muradovadan yazdı: "Biz bir daha sübut etdik ki..." + FOTO
Saatlıda 50 yaşlı şəxs bıçaqlanıb
PREZİDENTİN AİLƏSİNİ ŞANTAJ EDƏN ŞƏXS SAXLANILDI: o, kimdir? - VİDEO
İran müharibəsi və daralan səmalar - Azərbaycan hava geopolitikasının mərkəzində (TƏHLİL)
Lalə Azərtaşın proqramında təqdim olunan həkimlər...
Moskvadan Bakıya uçan təyyarə quşlarla toqquşub - Göyərtisində kimlər olub? + VİDEO
"Xəbər məni dərindən kədərləndirdi" - Zakir Həsənov
YENİ YAŞ: ATA YOLUNUN LAYİQLİ DAVAMŞISI...
İran prezidenti: "Biz sizinlə münaqişəyə girmək fikrində deyilik”
Kamran Əliyevə ağır itki üz verib
Güclü yağış yağacaq - Xəbərdarlıq
Azərbaycan nefti 123 dollara qalxdı
Azercell Könüllüləri Novruz və Ramazan bayramları münasibətilə xeyriyyə yarmarkası təşkil edib
BU MƏZUNLARA RÜTBƏ VERİLƏCƏK
Qurbanovun bayram belə yadından çıxdı
Rəşad Sadıqov klub rəhbərlərini belə günahlandırdı - Baş məşqçidən cəsarətli sözlər
YENİ NAZİR MÜAVİNİ TƏYİN EDİLDİ
Azərbaycan XİN Tunisi təbrik edib
Ötən gün qanunsuz saxlanılan 15 avtomat, 22 tüfəng aşkarlanıb
Ceyhun Bayramov özbəkistanlı həmkarı ilə Yaxın Şərqdəki təhlükəsizliyi müzakirə edib
Səudiyyə Ərəbistanı: Ərazimizə 41 PUA və 3 raket hücumu keçirilib
İran: Əli Məhəmməd Naini bu səhər öldürülüb
"Mançester Yunayted" "Nyukasl"ın kapitanını heyətinə qatmaq istəyir - 80 milyon avro
Sabahın hava proqnozu açıqlanıb