Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
21-11-2022 [00:10]
Qoç - ailə üvləri ilə təmaslarda emosional olmayın. Hisslərinizi cilovlamasanız, planları dəyişmək məcburiyyətində qalacaqsınız. İşdən icazə alın, ailə qayğısını çözün. Ailə üzvləri sizə güvənirlər.
Günün ikinci yarısında kiçik qıcıq və sərtlik çalışdığınız kollektivdə böhran yarada bilər. Mübahisələrdə hisslərə aldanmayın.
Axşam saatlarında bir problemi həll edə biləcəksiniz.
Buğa - sakit ritmlə işləsəniz, tələskənliyə yol verməsəniz, bütün işlərin öhdəsindən gələ bilərsiniz. Maliyyə məsələlərinin həllində uğurlu irəliləyişlər ola bilər. Yeni gəlir mənbələri arayın. Bel bağladığınız insanlardan dəstək alacaqsınız.
Günün ikinci yarısında işdə rəhbərliklə, kommersiya fəaliyyəti müstəvisində isə alıcı və ya satıcı ilə müzakirələr aparmaq olar. Enerji ilə qüvvələrinizi bərabər paylaşsanız, ciddi nailiyyətlər əldə edəcəksiniz.
Ailədəki mühit xoşunuza gəlmirsə, onu dəyişin. Ab-havanın yenilənməsi çətin olsa da, mümkündür. İnadkar, əzmkar olun. Bütün hallarda yaxınlarınızla təmaslarda soyuqqanlı və təmkinli davranın.
Əkizlər - daşınmaz əmlakla bağlı məsələlərin effektiv həlli üçün əlverişli zamandır. Təmir, yaşam arealının yaxşılaşdırılmasına başlamaq olar. Yeni mebel almaq üçün münasib vaxtdır.
Günün ikinci yarısı kommersiya üçün yaxşıdır. Sərfəli anlaşmalar, gəlir vəd edən müqavilələrə nail ola bilərsiniz. Daşınmaz əmlak almaq və satmaq olar.
Yaxınlarınız sizdən onların işlərində iştirak tələb edəcəklər. Qıcıqlanmayın, səbrli olun. Onlar, sadəcə, sizdən diqqət istəyirlər. Qayğıkeş olun və belədə ailə üzvləriniz sevinəcəklər.
Xərçəng - yalnız ideyaları ön plana çəkməyin. Planlaşdırılmış fəaliyyət olmadan işlərdə önəmli uğurlara nail olmaq mümkün deyil. Əks təqdirdə bir müddət sonra yerinizdə saydığınızı görəcəksiniz. Əhvalınız dəyişə bilər.
Günün ikinci yarısında depressiyaya qapılmayın, bədbin olmayın. Bəzi adamlarla birbaşa yox, elektron poçt vasitəsilə ünsiyyət məsləhətdir.
İstək və niyyətləriniz ailə üzvlərinin istəklərinə uyğun olmaya bilər. Yalnız öz işlərinizlə məşğul olsanız, dəyər verdiyiniz insanlarla münasibətlərinizə zərbə dəyə bilər. Təşəxxüs, təkəbbürdə suçlanmağınıza səbəb yaratmayın.
Şir - pozitiv düşüncə tərzi, qüvvələrinizə inam uğurunuzun rəhnidir. Yaxın ətrafınızdakı insanlar arasında biri yaxın tərəfdaşınız ola bilər. Yardım və dəstək olmadan bugünkü işlərin öhdəsindən gələ bilməyəcəksiniz.
Sizə laqeyd qalmayan adama minnətdarlıq etməyi unutmayın.
Günün ikinci yarısında uğurlar və nailiyyətlərinizlə fəxr etməyin. Sadə, təvazökar olun.
Axşam saatlarını aktiv istirahətə, yaxınlarınızla ünsiyyətə həsr edin. Sevdiyiniz işə vaxt tapsanız, əla olar. Münasibətləri möhkəmləndirməyə çalışın.
Qız - ətrafınızdakı insanlarla davranışda eqoist olmayın. Unutmayın ki, eqosentrizm yaxşı heç nə vəd etmir. Səmimiyyət can atdığınız nəsnəni asanlıqla əldə etməyinizin əsas şərtidir. Məqsədə çatmaq üçün nəyisə qurban verməlisiniz.
Günün ikinci yarısında qarşınıza real hədəflər qoyun, prioritetləri müəyyənləşdirin. Karyera sizin üçün daha vacibdirsə ailə işlərinin bəzilərini təxirə salmaq olar.
Günün ikinci yarısında dəvət aldığınız məkana yollanın. Axşam saatlarını xoş məclisdə keçirmək şansınız var. Subaysınızsa, maraqlı insanla tanış olacaqsınız.
Tərəzi - gərəkli informasiyanı uzun müddətdən bəri tapa bilmirsinizsə, onu alternativ mənbələrdə arayın. Yaradıcılıq fəaliyyəti o qədər də yaxşı deyil. Yaxın ətrafınızdakı insanlar sizi layiq olduğunuz səviyyədə dəyərləndirmirlər.
Günün ikinci yarısınşa iştahınıza hakim olun. İdeal tərəfdaş və tam sadiq müttəfiq aramayın. Axşam saatlarını sevdiyiniz insana həsr edin.
Səmimi olmağa çalışın.
Əqrəb - yeniliklərin əxz olunması və yeni biliklərin əldə edilməsi üçün əlverişli zamandır. Fəaliyyət arealının genişləndirilməsinə ehtiyac duyulur. Bir qədər tək qalın, müstəqil çalışın. Bu minvalla təhlükəsizlik hissini gücləndirə bilərsiniz.
Günün ikinci yarısında əldə edəcəyiniz məlumat peşəkar fəaliyyət sahəsində irəliləyişlə yanaşı, əlavə gəliri də təmin edə bilər.
Axşam saatlarında stressdən qurtulun. Yaxınlarınızla birlikdə istirahət edin.
Oxatan - işgüzar fəaliyyət müstəvisindəki vəziyyət birmənalı deyil. Narahatlıq, nigaranlıq hissləri sizdə şübhələndiyiniz adamı ifşa etmək istəyi yarada bilər. Belə situasiyanı obyektiv izah etmək asan deyil. Axı böhran üçün heç bir obyektiv səbəb yoxdur.
Günün ikinci yarısında sakitləşin. Fəaliyyət aktivliyini bir qədər azaltmaq da olar. Situasiyaya bir qədər fərqli baxın.
Cari məişət qayğılarını çözmək gərəkdir. Axşam saatlarında müttəfiq və tərəfdaşlarla görşün. Romantik təmasları ertələyin.
Oğlaq - diqqət mərkəzində olacaqsınız. Yaxın ətrafınızdakı insanlar sizə qayğı ilə yanaşırlar. Onlar sizi tərifləyəcək, ideya və layihələrinizdə dəstəkləyəcəklər. Lakin bu durumdan sui-istifadə etməyə, ifrat dərəcədə yararlanmağa çalışmayın.
Günün ikinci yarısında nüfuzunuza xələl gətirə biləcək addımlar atmayın. Ailədəki mühiti yaxşılaşdırmaq üçün əlverişli zamandır. Harmonik münasibətlər ailə üzvləri ilə təmaslardakı müəyyən çətinlikləri aradan qaldıracaq.
Sevdiyiniz insanın sizə münasibəti əminlik və nikbinlik yaradacaq.
Dolça - yaxın ətrafınızdakı insanların qeydinə qalın. Başladığınız işlərə onları da cəlb edə bilərsiniz. Səxavətli olun, qayğınızı və səmimiyyətinizi dəyər verdiyiniz insanlardan əsirgəməyin. Maliyyə məsələlərində isə emosiyalara uymayın.
Günün ikinci yarısında diqqətli, sərvaxt davranın. Real situasiyanı nəzərə alaraq məntiqi qərarlar verin.
Uzaq qohumlar və dostlardan birinə yardım gərəkdir.
Qohumların arasında ağır vəziyyətə düşənə, çətinliklə üzləşənə kömək edin.
Balıqlar - bu yaxınlarda qəbul etdiyiniz qərarlar və əməlləriniz o qədər də xoş olmayan nəticələr yaradıb. Haqqınızda şayiələr yayanlar var. Köhnə borcu qaytarın. Yaxın ətrafınızdakı insanların davranışlarını diqqətlə müşahidə edin. Vəziyyəti münaqişə həddinə çatdırmayaraq problemi həll etməyə çalışın.
Günün ikinci yarısında romantik hisslər, təəssüratlar və emosiyalarınızı etibar etdiyiniz insanlarla bölüşə bilərsiniz. Axşam saatlarında sevdiyiniz insanla gəzintiyə çıxmaq gərəkdir.
Normal istirahət etməyə çalışın.
Milli.Az
Rusiya Polşaya PUA buraxmadığını iddia edir: "Müzakirəyə hazırıq"
Abbas Abbasov Rusiyada şirkətdəki payını satıb
Paşinyan: "Bakı ilə sülhü pozmaq istəyən qüvvələr var"
Qəzzada itki - Son statistika açıqlanıb
Hikmət Hacıyev ABŞ dövlət katibinin müavini ilə görüşüb - FOTO
Müğənni Zaur Mikayılova çürük borulardan şikayətləndi: “Qaynar xətt”ə dəfələrlə zəng edib, gəlirlər, sadəcə yamayırlar, amma..."
BNA sabiq sədri yeni vəzifəyə gətirildi - Köhnə komanda toplanır
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
"Azəriqaz"ın rəhbərinin səhhəti ilə bağlı xəbər yayıldı - Azər Məmmədov xəstəxanaya yerləşdirilib
Baxçalıdan Ali Koça tam dəstək mesajı - Açıqlamalar
PLANLANMIŞ SSENARİ, yoxsa YIĞILIB QALMIŞ YÜKLÜ ENERJİ: hansı ölkələri çaxnaşmaya sürüklənir? - TƏHLİL
Milli Məclisin komitələri haqqında qanun dəyişir
Deputat: "Bəzən vəfat edən şəxsin həyat yoldaşı ərinin pensiyasını almaq üçün 10 il gözləyir"
Ali Məhkəmə dələduzluq halı ilə bağlı vahid qərar qəbul edib
Deputat: "Pensiya yaşına az qalmış şəxslərin işdən çıxarılması qadağan olunmalıdır"
"Azərpoçt", "AzInTelekom", "Bakı Taksi Xidməti" və... - Əli Əsədov yeni qərar imzalayıb
Z nəsli Nepalı yandırır - Televiziya binası oda verildi, işçilər pəncərədən atladılar - FOTOLAR
Ceyhun Bayramov ABŞ rəsmisi görüşdü - Açıqlama
Əli Əsədov bu Agenliyə əlavə səlahiyyət verdi
Kılıcdaroğlu CHP-yə arxadan xəncər saplayır? - Mitinqdən əvvəl asılan plakat böyük maraq doğurdu
Qəzzada acından ölənlərin sayı artıb
İlham Əliyev Yaradıcılıq Evinin açılışında iştirak edib - Mikayıl Cabbarov Prezidenti məlumatlandırdı (FOTOLAR)
“Nar” və “YAŞAT” Fondu şəhid övladlarını təbrik etdi - FOTOLAR
MN: "Əsgərlərlə görüşə müvəqqəti məhdudiyyət qoyulub"
Gökhan Sazdağı "Beşiktaş"a keçir
Elman Nəsirov ABŞ-la İşçi Qrupuna salınmamasından narazıdır
MƏRC HƏVƏSKARLARI NECƏ TORA DÜŞÜR? - "Misli" misli görünməmiş saxtakarlığa "məsuliyyət daşımırıq" cavabı verir, qanun və hüquqşünas isə...
Məşhur fransız hücumçu "Sakaryaspor"a keçib
Rusiyanın Polşaya hücumu NATO-da müzakirə olunacaq
Sabah yağış yağacaq
Pərvin Piriyev baş katib təyin olunub
Nəsimi rayonunda qəbul imtahanlarında yüksək bal toplayan məzunlarla görüş olub - FOTOLAR
Müharibə xofu artdı: "Üçüncü dünya müharibəsi artıq başlayıb” - "Karib dənizində görünməmiş hərbi hərəkətlilik var"
Daha 180 nəfər polis olmaq istəyir - Nazir baxış keçirdi (VİDEO
Sahil Babayev bu qurumları təftiş etdirir - SİYAHI
Mərkəzi Bank uçot dərəcəsini sabit saxladı - QƏRAR
Ağdamda 16 yaşlı qızı zorlayıblar - 4 nəfər saxlanılıb
"Onların bir qismi açıq elan ediləcək, bəziləri isə sürpriz olacaq" - Zaur Mikayılov
"Kasımpaşa" malili oyunçu ilə anlaşdı
Azərbaycan Ordusunda praktiki məşğələlər - VİDEO
Sərhədimizi pozan əcnəbi saxlanılıb
Ey Emin, ya Abbas - AFFA-da yeni eko-motivasiya (VİDEO)