"Azercell" ilə “Yeni bağlar həyata bağlar” - Mobil operator müxtəlif yaş qruplarından olan insanlar üçün dünyanı daha yaxın edir (FOTOLAR)
19-11-2022 [12:28]
18 noyabr tarixində Bilgəh qəsəbəsində yerləşən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin Ahıl şəxslər üçün sosial xidmət müəssisəsində “Azercell Telekom” tərəfindən həyata keçirilən yeni sosial layihənin təqdimatı baş tutub.
Mia.az xəbər verir ki, lider operatorun əməkdaşlarından ibarət “Azercell Könüllüləri” qrupu və Azeronline şirkətinin dəstəyi ilə reallaşan layihə Azercell şirkətinin “Bağlantını asanlaşdırır, həyatı daha dolğun edirik!” strateji məqsədinə bilavasitə bağlıdır və yaşından, sosial statusundan asılı olmayaraq bütün vətəndaşlar üçün bərabər rabitə imkanları yaratmaq, onlar üçün sürətli bağlantını və mobil interneti əlçatan etmək məqsədini daşıyır.
Layihə çərçivəsində Ahıl şəxslər üçün sosial xidmət müəssisəsində məskunlaşan 200-ə yaxın təqaüdçünün artıq yüksəksürətli internetdən rahat şəkildə yararlanmaq imkanı olacaq. Belə ki, şirkətin dəstəyilə müəssisənin əsas korpusunun dörd məntəqəsində Azeronline internet xətti çəkilib və əlavə olaraq 4G wifi cihazı hədiyyə edilib ki, bu da korpusda rahat şəkildə internetdən istifadə etməyə şərait yaradacaq. Əlavə olaraq, müəssisəyə hər ay yenilənən 25 GB internet paketi və internetin bəxş etdiyi üstünlüklərdən əyani şəkildə yararlanmağa imkan verəcək laptoplar, qulaqlıqlar və planşet cihazları da hədiyyə edilib.
Qeyd edək ki, müəssisənin sakinləri üçün Azercell Könüllüləri və şirkətin texniki əməkdaşları tərəfindən avadanlıqlar və internetdən istifadə ilə bağlı xüsusi təlimat proqramı da təşkil olunub. Müəssisəyə xüsusi ezam olunan Azercell Mobil Müştəri Xidmətləri isə sakinlərin mobil nömrə ilə bağlı əməliyyatlarını yerində həyata keçirməyə və bütün suallarını cavablamağa dəstək olub.
Azercell-in bu sosial təşəbbüsü əlçatan və sürətli internet vasitəsilə ahıl yaşlı vətəndaşlarımızın həyatını daha aktiv və rəngarəng etməyə, onların həm yaxınları ilə ünsiyyətini, həm də xəbər portallarından, əyləncə kanallarından rahat istifadəsini təmin etməyə istiqamətlənib.
Ceyhun Bayramovla İran XİN başçısı telefonda danışdı - "Xəzər dənizi bölgəsində təhlükəsizliyin təmin olunması və..."
Pensiya ilə bağlı mühim xəbər: İş stajı 25 ilə çatmayan şəxslər...
Si Cinpin Prezident İlham Əliyevə məktub ünvanlayıb
Ağdaşda 70 yaşlı qadın öldürülüb - Oğlu saxlanılıb (YENİLƏNİB)
İlham Əliyev Şamaxıda - FOTOLAR
Sabahın hava proqnozu açıqlandı
İsrail Türkiyəni vuracaqmı? - Cavab Ərdoğandan gəldi
Prezident İlham Əliyev Şahbaz Şərifə məktub göndərib - MƏTN
ABŞ-da sərnişin təyyarəsi yanğınsöndürən maşınla toqquşdu - Çoxlu ölü və yaralı var (FOTOLAR)
Sahibə Qafqarova II İlyanın dəfn mərasimində iştirak edib - FOTOLAR
TRAMP NATO-nu TƏNQİD ETDİ, İRANIN MƏHV EDİLƏCƏYİNİ DEDİ: "Hər şey yaxşı ssenari ilə davam edəcək"
Komitə sədri 37 yaşlı xanımı yüksək vəzifəyə təyin etdi
Əri Bahar Muradovadan yazdı: "Biz bir daha sübut etdik ki..." + FOTO
Saatlıda 50 yaşlı şəxs bıçaqlanıb
PREZİDENTİN AİLƏSİNİ ŞANTAJ EDƏN ŞƏXS SAXLANILDI: o, kimdir? - VİDEO
İran müharibəsi və daralan səmalar - Azərbaycan hava geopolitikasının mərkəzində (TƏHLİL)
Lalə Azərtaşın proqramında təqdim olunan həkimlər...
Moskvadan Bakıya uçan təyyarə quşlarla toqquşub - Göyərtisində kimlər olub? + VİDEO
"Xəbər məni dərindən kədərləndirdi" - Zakir Həsənov
YENİ YAŞ: ATA YOLUNUN LAYİQLİ DAVAMŞISI...
İran prezidenti: "Biz sizinlə münaqişəyə girmək fikrində deyilik”
Kamran Əliyevə ağır itki üz verib
Güclü yağış yağacaq - Xəbərdarlıq
Azərbaycan nefti 123 dollara qalxdı
Azercell Könüllüləri Novruz və Ramazan bayramları münasibətilə xeyriyyə yarmarkası təşkil edib
BU MƏZUNLARA RÜTBƏ VERİLƏCƏK
Qurbanovun bayram belə yadından çıxdı
Rəşad Sadıqov klub rəhbərlərini belə günahlandırdı - Baş məşqçidən cəsarətli sözlər
YENİ NAZİR MÜAVİNİ TƏYİN EDİLDİ
Azərbaycan XİN Tunisi təbrik edib
Ötən gün qanunsuz saxlanılan 15 avtomat, 22 tüfəng aşkarlanıb
Ceyhun Bayramov özbəkistanlı həmkarı ilə Yaxın Şərqdəki təhlükəsizliyi müzakirə edib
Səudiyyə Ərəbistanı: Ərazimizə 41 PUA və 3 raket hücumu keçirilib
İran: Əli Məhəmməd Naini bu səhər öldürülüb
"Mançester Yunayted" "Nyukasl"ın kapitanını heyətinə qatmaq istəyir - 80 milyon avro
Sabahın hava proqnozu açıqlanıb