Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
16-11-2022 [00:23]
Qoç - münaqişəli situasiyalar yaransa da, onları tezliklə çözə bilərlər. Yeni layihəyə başlamaq üçün münasib zamandır. İşdə mövqeyinizi rəhbərliyin nəzərinə çatdırın. İdeyalarınızı tərəfdaşlarınız və müttəfiqləriniz bəyənəcəklər. Riskli əməliyyat belə, gəlir verəcək.
Günün ikinci yarısında rəqiblərin itkilərindən faydalanın. Quraşdırma, inşaat sahəsində çalışanlar irəliləyişə bel bağlaya bilərlər.
Yaxınlarınızla münasibətlərdə sakit, təmkinli olun. Situasiyadan bəhrələnərək ədaləti bərpa edin. Amma kəskin mübahisələrə qatılmayın.
Buğa - yaxın gələcəklə bağlı planlarda dəqiqləşdirmələr aparın. Zəruri informasiyanı arayın. Sizi narahat edən suallara cavab tapın. Çətin işə başlamaqdan qorxmayın. Qüvvənizə güvənin. Diqqətlə və inadla işləsəniz, ən mürəkkəb məsələləri həll edə bilərsiniz.
Günün ikinci yarısında paltar almayın.
Şəxsi münasibətlərdə harmoniya və sakitliyi qoruyun. Yaxınlarınız dediklərinizə qulaq asacaqlar. Axşam saatlarını inandığınız, etibar etdiyiniz insanlarla keçirin.
Normal istirahət etməyə can atın.
Əkizlər - ikiüzlü, məkrli insanlardan uzaq durun. Onların şayiələrinə, dedi-qodularına inanmayın. Mübahisə etməyin, haqlı olduğunuzu hər vəchlə sübuta yetirməyə can atmayın. İşgüzar tərəfdaşlarla münasibətlərə yenidən baxın. Həmkarlarla əlaqələri yeniləyə bilərsiniz.
Günün ikinci yarısı anlaşma və sövdələşmə, habelə müqavilələrin imzalanması üçün münasibdir.
Uzaq yola çıxmayın.
Axşam saatlarını sevdiyiniz insana ayırın. Müəyyən fikir ayrılıqları olsa da, səbrli davranın. Enerji səviyyəniz yüksəkdir.
Xərçəng - qüvvə və resurslarınızı qoruyun. Emosional və maddi baxımdan itkilərə imkan verməyin. Yaxın ətrafınızdakı insanlar üçün ildırımötürən olmayın. Məsuliyyətli, mühüm görüş və ya işdə rəhbərliklə danışıqlar zamanı deyil. Sizi tələsik, təcili qərar qəbul etməyə vadar etmək istəyirlərsə, başqasının təsiri altına düşməyin.
Günün ikinci yarısında təmkinli davranın.
Ailə qayğıları əlavə xərclər tələb edir. Problemi həll etmək üçün müstəqil fəaliyyət göstərin, təkbaşına çalışın. Yaranmış situasiyanı dəyərləndirin. Enerjiniz çox deyil. Yuxusuzluq ola bilər.
Şir - idealist davranıb mənasız və səbəbsiz xeyriyyəçilik etsəniz belə, yardıma ehtiyacı olana kömək gözəldir. Peşəkar fəaliyyət sahəsindəki çətinliklərin orijinal həllini tapın. Sürpriz, qəfil xəbər istisna deyil.
Günün ikinci yarısında alış-verişdə yalnız ehtiyac duyduğunuz əşyaları alın.
Yaxşı görünün, qarşı tərəfdə özünüzlə bağlı xoş təəssürat yaradın. Parlayın, uğur qazanın. Şəxsi münasibətlərdə yeniliklər üçün münasib zamandır.
Qız - günün ilk yarısı uzunmüddətli səfərlər və ezamiyyət üçün əlverişli deyil. Kimisə aldatmağa cəhd göstərməyin. Hiyləniz üzə çıxacaq, utanacaqsınız. Peşəkar fəaliyyət sahəsindəki mövqelərinizi qoruyun. Risklərə yol verməyin.
Günün ikinci yarısında tanışlarla, qonşularla kiçik anlaşılmazlıqlar ola bilər.
Yaxınlarınızla təmaslarda səbrli olun. Onların nə istədiklərini, niyə məhz belə addımlar atdıqlarını anlamağa çalışın. Uşaqlara xüsusi diqqət yetirin.
Alış-verişdə çox pul xərcləməyin.
Tərəzi - işlərdəki qəfil dəyişikliklər sizi çaşdırmamalıdır. Axına qarşı hərəkət etməyin. Diqqəti rutin və ənənəvi işlərin yerinə yetirilməsinə yönəldin. Belədə tədricən ağır problemləri də çözə bilərsiniz.
Mühüm anlaşmaların müzakirəsi, anlaşmaların imzalanması və yeni sifarişlərin qəbulu üçün münasib zaman deyil. Münaqişəli situasiyaya qatılmayın, riskli addımlar atmayın.
Alış-verişdə simiclik etməyin. Ailə üzvləri ilə münasibətlərdə qayğıkeş olun. Axşam saatlarınızı sevdiyiniz, dəyər verdiyiniz insanlarla keçirin.
Əqrəb - istənilən dəyişikliklərdə fayda var. İş yerini, fəaliyyət sahəsini dəyişmək, köçmək olar. Stilinizi və ya imicinizi dəyişməyə cəhd göstərin. Sevdiyiniz insanla münasibətlərdə rutinlik hiss edirsinizsə, yeniliklər zamanıdır. Keçmişə qapılmayın. Gərəksiz əlaqələrdən imtina edin.
Günün ikinci yarısında sizi həyacanlandıran məqəmları təhlil edin. Asılılıq və ya nigaranlıq hissi yaradan nüansları nəzərdən keçirin.
Axşam saatlarında hisslərinizi etiraf etməkdən çəkinməyin.
Oxatan - aktiv həyatdan imtina edərək tənha qalmağa çalışmayın. Dürüst qərar qəbul edin, aramla davranın. Düşünülməmiş qərarlar və tələsik deyilmiş sözlər ciddi fəsadlar yarada bilər.
Günün ikinci yarısında yaşam enerjinizin səviyyəsi aşağı düşəcək. Uzunmüddətli səfər və ya gəzintilərə çox vaxt ayırmayın.
Şübhəli, avantürist addımlar atmayın.
Ailə münasibətlərində problemlər yarana bilər. Münaqişə və qarşıdurmaları intensivləşdirməyin. Yanlış anlaşılan söz əlaqələri kəsə bilər.
Mənfi emosiyalarınıza nəzarət edin.
Oğlaq - bir çox işləri uğurla başa vurmaq üçün münasib zamandır. Situasiya əlverişlidir. Problemləri qeyri-adi, orijinal yolla həll etməyə çalışın.
Peşəkar fəaliyyət müstəvisində maraqlarınızı emosiyalarınıza qurban verməyin. Maliyyə əməliyyatları və alış-verişdə sayıq davranın. Yaxınlarınız sizi dəstəkləyəcəklər. Əks cins mənsubu ilə təmaslarda sərvaxtlığı unutmayın.
Günün ikinci yarısında pəhriz və ya idman zalında məşq barədə düşünmək olar.
Dolça - planların reallaşdırılması üçün uğurlu gündür. İşlərinizin alınması üçün tərəfdaş və ya müttəfiqlərin məsləhətlərindən yararana bilərsiniz. Uğurlarınız sizə indiyədək soyuq münasibət bəsləmiş insanla təmasları normallaşdırmağa imkan verəcək.
Yeni layihəyə başlamaq, sifariş qəbul etmək olar.
Günün ikinci yarısında səfərə çıxmaq üçün münasib zaman arayın.
Şəxsi münasibətlərdə harmoniya hökm sürməlidir. Axşam saatlarını yaxınlarınızla bahəm, həmfikirlərlə keçirə bilərsiniz.
Enerji potensialınız yüksək səviyyədədir.
Balıqlar - nikbinlik bu gün bir çox işlərinizdə karınıza gələ bilər. Fəqət günün sonunadək aktiv tempdə çalışmaq mümkün deyil. Həddən artıq yorulmamaq üçün fəaliyyət intensivliyini tənzimləyin. Mürəkkəb məsələləri həll etmək məcburiyyəti yaranıbsa, aramla çalışın.
Günün ikinci yarısında risk etməyin, düşünülməmiş addımlar atmayın.
Çətin situasiyalarda yaxınlarınız sizə kömək edəcəklər. Onlar qayğınıza qalacaqlar. Axşam saatlarını sakit şəraitdə keçirin.
Milli.Az
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Ceyhun Bayramovla İran XİN başçısı telefonda danışdı - "Xəzər dənizi bölgəsində təhlükəsizliyin təmin olunması və..."
Pensiya ilə bağlı mühim xəbər: İş stajı 25 ilə çatmayan şəxslər...
Si Cinpin Prezident İlham Əliyevə məktub ünvanlayıb
Ağdaşda 70 yaşlı qadın öldürülüb - Oğlu saxlanılıb (YENİLƏNİB)
İlham Əliyev Şamaxıda - FOTOLAR
Sabahın hava proqnozu açıqlandı
İsrail Türkiyəni vuracaqmı? - Cavab Ərdoğandan gəldi
Prezident İlham Əliyev Şahbaz Şərifə məktub göndərib - MƏTN
ABŞ-da sərnişin təyyarəsi yanğınsöndürən maşınla toqquşdu - Çoxlu ölü və yaralı var (FOTOLAR)
Sahibə Qafqarova II İlyanın dəfn mərasimində iştirak edib - FOTOLAR
TRAMP NATO-nu TƏNQİD ETDİ, İRANIN MƏHV EDİLƏCƏYİNİ DEDİ: "Hər şey yaxşı ssenari ilə davam edəcək"
Komitə sədri 37 yaşlı xanımı yüksək vəzifəyə təyin etdi
Əri Bahar Muradovadan yazdı: "Biz bir daha sübut etdik ki..." + FOTO
Saatlıda 50 yaşlı şəxs bıçaqlanıb
PREZİDENTİN AİLƏSİNİ ŞANTAJ EDƏN ŞƏXS SAXLANILDI: o, kimdir? - VİDEO
İran müharibəsi və daralan səmalar - Azərbaycan hava geopolitikasının mərkəzində (TƏHLİL)
Lalə Azərtaşın proqramında təqdim olunan həkimlər...
Moskvadan Bakıya uçan təyyarə quşlarla toqquşub - Göyərtisində kimlər olub? + VİDEO
"Xəbər məni dərindən kədərləndirdi" - Zakir Həsənov
YENİ YAŞ: ATA YOLUNUN LAYİQLİ DAVAMŞISI...
İran prezidenti: "Biz sizinlə münaqişəyə girmək fikrində deyilik”
Kamran Əliyevə ağır itki üz verib
Güclü yağış yağacaq - Xəbərdarlıq
Azərbaycan nefti 123 dollara qalxdı
Azercell Könüllüləri Novruz və Ramazan bayramları münasibətilə xeyriyyə yarmarkası təşkil edib
BU MƏZUNLARA RÜTBƏ VERİLƏCƏK
Qurbanovun bayram belə yadından çıxdı
Rəşad Sadıqov klub rəhbərlərini belə günahlandırdı - Baş məşqçidən cəsarətli sözlər
YENİ NAZİR MÜAVİNİ TƏYİN EDİLDİ
Azərbaycan XİN Tunisi təbrik edib
Ötən gün qanunsuz saxlanılan 15 avtomat, 22 tüfəng aşkarlanıb
Ceyhun Bayramov özbəkistanlı həmkarı ilə Yaxın Şərqdəki təhlükəsizliyi müzakirə edib
Səudiyyə Ərəbistanı: Ərazimizə 41 PUA və 3 raket hücumu keçirilib
İran: Əli Məhəmməd Naini bu səhər öldürülüb
"Mançester Yunayted" "Nyukasl"ın kapitanını heyətinə qatmaq istəyir - 80 milyon avro
Sabahın hava proqnozu açıqlanıb