AQC Direktorlar Şurasının yığıncağı keçirilib - Birgə bəyanat qəbul edilib
14-11-2022 [14:38]
Azərbaycan Qiymətləndiricilər Cəmiyyəti (AQC) Prezident İlham Əliyevin rəhbərliyi altında həyata keçirilən kompleks və institusional islahatlara dəstək verdiyini və bu istiqamətdə səylərini artıracağını bəyan edib.
Mia.az xəbər verir ki, toplantıda cəmiyyətə üzv olan 56 qiymətləndirmə şirkətinin rəhbərləri iştirak edib.
Yığıncaq torpaqlarımızın azadlığı urğunda canından keçən şəhidlərimizin xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi və Azərbaycan Respublikasının Dövlət Himni ilə açıq elan olunub.
Giriş sözü ilə çıxış edən Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin (AQC) sədri Vüqar Oruc bu ilin may ayında baş tutan hesabat yığıncağından keçən dövr ərzində görülən işlərlə bağlı hesabat məruzəsi ilə çıxış edib. Sədr bildirib ki, hesabat yığıncağından sonra cəmiyyətin tam tərkibdə rəhbər heyəti formalaşdırılıb.
Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili və komitənin üzvləri, Aqrar Kredit və İnkişaf Agentliyinin sədri Seymur Mövlayev, Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin icraçı direktoru Aygün Əliyeva, “Report” İnformasiya Agentliyinin baş direktoru Fuad Hüseynəliyev və adıçəkilən qurumların rəhbər heyətləri ilə Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin (AQC) rəhbərliyi arasında görüşlər keçirilib.
Bu görüşlərdə qarşılıqlı əməkdaşlıq və gələcək fəaliyyət istiqamətləri üzrə müvafiq razılaşmalar əldə olunub və işçi qrupları yaradılıb. Belə təmasların davamlı olacağını söyləyən AQC sədri əlavə edib ki, avqust ayında cəmiyyət tərəfindən “Daşınmaz əmlakın növləri üzrə” növbəti sertifikatlaşdırma kursları təşkil olunub. “Demirçi Tauer” biznes mərkəzində keçirilən kurslarda maliyyə və bank sektorundan, qiymətləndirmə şirkətlərindən 29 iştirakçı qatılıb və onlardan 17-si kursu müvəfəqiyyətlə başa vurub. Milli Məclisin deputatları və vətəndaş cəmiyyəti insitutunun nümayəndələri qaliblərə sertifikatlar təqdim edib.
Baş Prokurorluq yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi ilə Azərbaycan Qiymətləndiricilər Cəmiyyəti (AQC) arasında razılaşmaya əsasən, qiymətləndirmə şirkətlərin fəaliyyətindən olunan şikayətlər bundan sonra ilkin rəy verilməsi üçün AQC rəhbərliyinə göndəriləcək.
Eyni zamanda Ədliyyə Nazirliyi də AQC-ni rəsmi tərəfdaş qismində tanıyıb və bu barədə cəmiyyətə məlumat verilib. Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) ilə Azərbaycan Qiymətləndiricilər Cəmiyyəti arasında əməkdaşlıq memorandumunun imzalanması istiqamətində müzakirələrin yekunlaşdığını bəyan edən sədr bəzi dövlət satınalmaları və tender soğruları zamanı Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin üzvlüyünün vacib meyar kimi irəli sürüldüyünü diqqətə çatdırıb. Rəhbəri olduğu qurumun beynəlxalq əlaqələrə xüsusi önəm verdiyini söyləyən AQC sədri Türkiyədə cəmiyyətin xüsusi nümayəndəliyinin təsis olunduğunu diqqətə çatdırıb. AQC sədrinin Türkiyə üzrə xüsusi nümayəndəsi Mikayıl Mirzəzadə ilə Türkiyə Dəyərləmə Uzmanları Birliyinin başqanı Yaşar Bahçeci arasında görüş keçirilib və AQC sədrinin bu ay baş tutacaq Türkiyə səfəri zamanı qarşılıqlı əməkdaşlıq memorandumu imzalanacağını xatırladıb.
Cəmiyyətə daxil olan qiymətləndirmə şirkətlərinin rəhbərləri və AQC rəsmiləri-Ramil Osmanlı, Nüsrət İbrahimov, Rəşad Əliyev, Azər Niftiyev, Emin Mehdiyev, Ramil Qasımzadə, Pərviz Qulami, İbrahim Quliyev, Qasım Əliyev, Rövşən Babaxanov, Səidə Şabanova, İlham Bağırov çıxış edərək AQC-nin fəaliyyət istiqamətləri ilə bağlı təkliflər səsləndiriblər. Yığıncaqda AQC sədri Vüqar Orucun hesabat məruzəsi yekdilliklə qənaətbəxş hesab edilib. AQC Direktorlar Şurası “Qiymətləndirmə haqqında” yeni qanunun tezliklə qəbul ediləcəyinə böyük ümid bəslənildiyini və bu qanunda nəzərdə tutulan zəruri dəyişikliklərlə birlikdə qəbul edildikdən sonra qiymətləndirmə bazarının tənzimlənməsinin mümkün olacağını vurğulayıb.
Üzvlük haqlarının meyarlar üzrə yenidən müəyyənləşdirilməsi ilə bağlı Direktorlar Şurası tərəfindən İdarə heyətinə müvafiq təkliflər verilib. AQC-nin elmi-metodiki jurnalının təsis olunması barədə qərar qəbul olunub. Operativliyin təmin olunması məqsədilə AQC sədri və Direktorlar Şurasının rəhbəri Vüqar Oruca 56 şirkəti tam hüquqla təmsil etmək səlahiyyəti verilib. Direktorlar Şurası ölkədəki ictimai-siyasi, sosial-iqtisadi vəziyyətlə bağlı bəyanat qəbul edib.
Bəyanatda Prezident İlham Əliyevin rəhbərliyi altında həyata keçirilən kompleks və institusional islahatların ölkə vətəndaşlarının qarşısında geniş imkanlar açdığı, 44 günlük tarixi Zəfərdən sonra regionda yeni reallıqlar yarandığı öz əksini tapıb. Mürəkkəb beynəlxalq münasibətlər sistemi şəraitində ölkəmizin iqtisadi dayanıqlığını təmin etməsindən məmnunuluq ifadə olunub. Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin də bu islahatlara dəstək verdiyi və bu istiqamətdə səylərini artıracağı bəyanatda qeyd olunub.
Xatırladaq ki, AQC 1998-ci ildə təsis olunub, 1999-cu ildə isə dövlət qeydiyyatına alınıb. 20 may 2022-ci ildə quruma iqtisadçı ekspert Vüqar Oruc sədr seçilib. AQC Direktorlar Şurası bu il AQC İdarə Heyəti tərəfindən cəmiyyətdə birləşən şirkətlərin fəaliyyətini koordinasiya etmək üçün təsis edilib. Direktorlar Şurasına AQC sədri rəhbərlik edir və Şurada 56 şirkət direktoru təmsil olunur.
Osimhen: "Mənə it kimi davrandılar"
Levent Şahin yeni vəzifəsinin icrasına başlayıb
"Azəriqaz" məzuniyyət ödənişini niyə ləngidir? - Şikayət
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Ərdoğan Baş nazirə "Togg" hədiyyə etdi
İran Prezidenti: "Ümid edirik ki, danışıqlar prosesi konkret nəticələrə gətirib çıxaracaq"
GENERAL ƏMR VERDİ, ABŞ ORDUSU ÜÇ QAYIĞI VURDU - 11 nəfər öldü
Bloger bu sevgilisindən də ayrıldı - FOTO
Leyla Əliyeva Albaniyada - Baş nazirlə görüş + FOTOLAR
"Azərişıq" ASC-nin vəzifəli şəxsinin restoran tikintisi... - Qanunsuzluq, yoxsa... + VİDEO
Hillari Klinton Tramp administrasiyasını ittiham edir: "Epşteyn sənədlərini ört-basdır etməyə çalışırlar"
"Renka" həbs edildi
İRANLA ABŞ ANLAŞDI - Xarici işlər naziri ilk açıqlama yaydı
Mətbuat katibi yeni vəzifəyə gedir
Sabah bu ərazilərdə qaz olmayacq
Ruben Vardanyana Bakıda hökm oxundu - 20 il həbs (YENİLƏNİB)
İran Hörmüz boğazının bir hissəsini bağlayır
MARTDA 11 GÜN ARDICIL İŞ GÜNÜ OLMAYACAQ
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
"Azərsilah"da maraqlı təyinat: bank işçisi strateji qurumda yüksək vəzifəyə gətirildi
Keçmiş şirkət rəhbəri İcra başçısının sürücüsü işləyir
Sabiq Baş nazir: "Maddi sıxıntılarım var"
Namid Abdulova yeni vəzifə verilib
Adil Əliyevə niyə töhmət verilib? - Səbəb
"Vüqar Qurbanovla nə dostluğum? Gedin Zamirə xanımdan soruşun" - TƏBİB rəhbərinin vəzifədən çxarılma səbəbini açıqlandı
"BİZİ YIXMAĞI SƏN DƏ BACARAMAYACAQSAN" - Xamenei "o gəminizi vuracaq silahımız var" dedi, Trampa mesaj verdi
Salyanda kür çayında bir nəfər boğulub
Kukla Teatrının keçmiş rejissoru məhkəməyə verilib
Deputatlar toplanır: hansı qanunlar dəyişir? - SİYAHI
Quş qripinə qarşı növbəti monitorinq keçiriləcək
Bakının mərkəzi küçəsində yanğın: yaşlı qadın... - VİDEO (Yenilənib)
Şahin Şıxlınskiyə hökm martda oxunacaq
ADY-nin mühəndisi qəza törətdi - FOTOLAR
Keçmiş icra başçısı yeni vəzifəyə təyin edilib
"Açıq-saçıq geyinən ifaçıları toyuna çağıran da elə onların özüdür" - Aparıcıdan açqlamalar
İlin ilk Günəş tutulması başlayıb
Əliyar Ağayev Konfrans Liqasının pley-off oyununa təyinat aıb
Sabiq icra başçısının oğlu barədə qərar verildi
Saxta kredit elanları verən şəxs saxlanılıb
Zümrüd Ağayeva UEFA-dan növbəti təyinat alıb