QƏTƏR ŞEYXİ DÜNYANIN MƏŞHUR KLUBUNU SATIN ALDI - “Mançester Yunayted”ə 6 milyard qiymət qoyulub

img

13-06-2023 [16:09]


“Mançester Yunayted”in sahibi olan Qleyzer ailəsi klubu Qətərli Şeyx Casim bin Həməd bin Casimə satıb.

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, bu barədə Qətərin "Əl-Vətan" nəşri məlumat paylaşıb.

Bildirilib ki, alqı-satqı 6 milyard funt-sterlinqə razılaşdırılıb.

"Mançester Yunayted"in meneceri Erik Haq klubun satışı ilə bağlı suala cavabda nə baş verdiyini bilmədiyini deyib: "Mən həqiqətən nə baş verdiyini bilmirəm. Tək bildiyim odur ki, "Mançester Yunayted" dünyanın ən böyük klublarından biridir. Amma futbolda daha yaxşı heyət qurmaq üçün pula çox ehtiyac var..."

Fərid

MİA.AZ


Digər xəbərlər
SON XƏBƏRLƏR