Musatafa Ddənizli də Lənkərandakı vəziyyətdən heyrətləndi

img

27-04-2014 [22:30]


"Nə deyəcəyimi bilmirəm. Bir neçə həftədir ki, yaxşı və ya pis oynasaq da məğlub oluruq. Uğursuz seriyamız bu gün də davam etdi. Bu psixologiya ilə də qələbə qazanmaq olmur. Uğursuz seriyanı qıra bilmədik. Hədəfimiz kubokda uğur qazanmaqdı. Təəssüf ki, yarımfinalda mübarizəni dayandırdıq. Premyer Liqada qazanacağımız bir şey yoxdur. Amma buna baxmayaraq, komanda yaxşı çıxış etməlidir".

Mia.az PFL-in saytına istinadən xəbər verir ki, bu sözləri "Xəzər Lənkəran"ın baş məşqçisi Mustafa Dənizli Azərbaycan Premyer Liqasının 32-ci turunda "İnter"ə 0:3 hesabı ilə məğlub olduqları oyundan sonra deyib.

Türkiyəli çalışdırıcı komandada yerli futbolçuların azlığından şikayətlənib. Bildirib ki, transfer pəncərəsində mütləq yeni oyunçular almalıdırlar:

"Komandanın futbolçularına da diqqət yetirməliyik. Bu layihəni rəhbərliklə bir daha müzakirə edəcəyik. Çox az sayda yerli futbolçulara sahibik. Formada olsalar da, olmasalar da məcburiyyətdən onları meydana buraxırıq. Biri zədələnəndə nə edəcəyimizi bilmirik. Hamısı mövsüm ərzində çox çalışdı, komandanın yükünü daşıdılar. Xüsusən də Tural Cəlilov, Elnur Abdullayev, Rahid Əmirquliyev və Rasim Ramaldanov. Qış fasiləsində bəzi oyunçuları heyətimizə cəlb etmək istəyirdik, alınmadı. Transferlər etməyimiz şərtdir. Hər bir futbolçunun problemi ola bilər”.

Digər xəbərlər
SON XƏBƏRLƏR
12:23 08.03.2026

Sabah yağış yağacaq

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA