Şirvanda Zəfər Gününə həsr olunmuş silsilə tədbirlər keçirilib - FOTOLAR
08-11-2022 [17:14]
Şirvan şəhərində xalqımızın qəhrəmanlıq salnaməsinə çevrilən 8 Noyabr - Zəfər Gününə həsr olunmuş silsilə tədbirlər keçirilir.
Mia.az xəbər verir ki, Zəfər Günü münasibətilə Şirvan Şəhər İcra Hakimiyyətinin başçısı İlqar Abbasov, millət vəkili İltizam Yusifov, Şura üzvləri, İcra Hakimiyyəti aparatının məsul əməkdaşları, hüquq-mühafizə orqanlarının rəhbərləri, şəhid ailələri, müharibə iştirakçıları, ictimaiyyət nümayəndələri şəhərin mərkəzində Ulu Öndər Heydər Əliyevin abidəsini ziyarət edib, abidə önünə gül-çiçək dəstələri düzərək əziz xatirəsinə ehtiramlarını ifadə ediblər.
Sonra Şirvan Şəhər İcra Hakimiyyətinin və Dövlət Rəsm Qalereyasının birgə təşkilatçılığı ilə Şirvan Şəhər Heydər Əliyev Mərkəzində məktəblilərin və gənc rəssamların əl işlərindən və rəsm əsərlərindən ibarət sərgiyə baxış keçirilib. Sərgidə Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusunun Vətən Müharibəsində göstərdiyi qəhrəmanlıq və qazanılmış möhtəşəm tarixi Zəfər, Qələbədən sonra Qarabağda irimiqyaslı bərpa-quruculuq işləri, “Dəmir Yumruq”, “Qarabağ mənzərələri”, “Şuşa qalası”, Vətən Müharibəsinin rəmzinə çevrilmiş “Xarıbülbül”, Şirvan şəhərindəki “Zəfər Abidəsi” və s. mövzular əhatə olunub.
Sərgi tədbir iştirakçıları tərəfindən maraqla qarşılanıb.
Sərgi ilə tanışlıqdan sonra Şirvan Şəhər İcra Hakimiyyətinin başçısı İlqar Abbasov tədbir iştirakçılarının timsalında şəhər sakinlərini Şanlı Zəfər Günü münasibətilə təbrik edib, xoş arzularını çatdırıb. Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı cənab İlham Əliyevin rəhbərliyi ilə 44 gün davam edən və rəşadətli Ordumuzun qələbəsi ilə başa çatan Vətən müharibəsində vətənimizin ərazi bütövlüyü uğrunda Azərbaycan Respublikasının Silahlı Qüvvələrinin, o cümlədən Şirvan gənclərinin göstərdiyi qəhrəmanlıq və şücaətlərdən danışıb. Tariximizin ən parlaq səhifəsinə, Azərbaycan xalqının iftixar və qürur mənbəyinə çevrilən 8 Noyabr-Zəfər Gününü bizlərə bəxş edən Qalib Ali Baş Komandana, əsgər və zabitlərimizə minnətdarlığını bildirib, şəhidlərimizə Allahdan rəhmət, ailələrinə səbir, qazilərimizə şəfalar diləyib. İşğaldan azad edilən torpaqlarımızda aparılan abadlıq-quruculuq işlərinin hər birimizdə sabaha, dövlətimizin daha da inkişafına və çiçəklənməsinə inam yaraydığını qeyd edib.
Sonra çıxış edən millət vəkili İltizam Yusifov, Şirvan Appelyasiya məhkəməsinin sədri Vəli Abdullsyev, YAP Şirvan şəhər təşkilatının sədri Zahir Qəhrəmanov Vətən müharibəsinin Şanlı məqamlarından danışıblar. Anım və Zəfər günlərinin qeyd olunmasının əhəmiyyətindən bəhs ediblər. Zəfər Günü münasibətilə rəsm sərgilərinin, şeir, inşa müdabiqələrinin, tədbirlərin təşkilinin gənc nəslin vətənpərvərlik hisslərini gücləndirdiyini vurğulayıblar.
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Ceyhun Bayramovla İran XİN başçısı telefonda danışdı - "Xəzər dənizi bölgəsində təhlükəsizliyin təmin olunması və..."
Pensiya ilə bağlı mühim xəbər: İş stajı 25 ilə çatmayan şəxslər...
Si Cinpin Prezident İlham Əliyevə məktub ünvanlayıb
Ağdaşda 70 yaşlı qadın öldürülüb - Oğlu saxlanılıb (YENİLƏNİB)
İlham Əliyev Şamaxıda - FOTOLAR
Sabahın hava proqnozu açıqlandı
İsrail Türkiyəni vuracaqmı? - Cavab Ərdoğandan gəldi
Prezident İlham Əliyev Şahbaz Şərifə məktub göndərib - MƏTN
ABŞ-da sərnişin təyyarəsi yanğınsöndürən maşınla toqquşdu - Çoxlu ölü və yaralı var (FOTOLAR)
Sahibə Qafqarova II İlyanın dəfn mərasimində iştirak edib - FOTOLAR
TRAMP NATO-nu TƏNQİD ETDİ, İRANIN MƏHV EDİLƏCƏYİNİ DEDİ: "Hər şey yaxşı ssenari ilə davam edəcək"
Komitə sədri 37 yaşlı xanımı yüksək vəzifəyə təyin etdi
Əri Bahar Muradovadan yazdı: "Biz bir daha sübut etdik ki..." + FOTO
Saatlıda 50 yaşlı şəxs bıçaqlanıb
PREZİDENTİN AİLƏSİNİ ŞANTAJ EDƏN ŞƏXS SAXLANILDI: o, kimdir? - VİDEO
İran müharibəsi və daralan səmalar - Azərbaycan hava geopolitikasının mərkəzində (TƏHLİL)
Lalə Azərtaşın proqramında təqdim olunan həkimlər...
Moskvadan Bakıya uçan təyyarə quşlarla toqquşub - Göyərtisində kimlər olub? + VİDEO
"Xəbər məni dərindən kədərləndirdi" - Zakir Həsənov
YENİ YAŞ: ATA YOLUNUN LAYİQLİ DAVAMŞISI...
İran prezidenti: "Biz sizinlə münaqişəyə girmək fikrində deyilik”
Kamran Əliyevə ağır itki üz verib
Güclü yağış yağacaq - Xəbərdarlıq
Azərbaycan nefti 123 dollara qalxdı
Azercell Könüllüləri Novruz və Ramazan bayramları münasibətilə xeyriyyə yarmarkası təşkil edib
BU MƏZUNLARA RÜTBƏ VERİLƏCƏK
Qurbanovun bayram belə yadından çıxdı
Rəşad Sadıqov klub rəhbərlərini belə günahlandırdı - Baş məşqçidən cəsarətli sözlər
YENİ NAZİR MÜAVİNİ TƏYİN EDİLDİ
Azərbaycan XİN Tunisi təbrik edib
Ötən gün qanunsuz saxlanılan 15 avtomat, 22 tüfəng aşkarlanıb
Ceyhun Bayramov özbəkistanlı həmkarı ilə Yaxın Şərqdəki təhlükəsizliyi müzakirə edib
Səudiyyə Ərəbistanı: Ərazimizə 41 PUA və 3 raket hücumu keçirilib
İran: Əli Məhəmməd Naini bu səhər öldürülüb
"Mançester Yunayted" "Nyukasl"ın kapitanını heyətinə qatmaq istəyir - 80 milyon avro
Sabahın hava proqnozu açıqlanıb