Azərbaycanda "TikTok"un fəaliyyəti bərpa olunub - Rəsmi açıqlama (Yenilənib)

img

05-11-2022 [18:30]


Azərbaycan ərazisində “TikTok” sosial şəbəkəsinin fəaliyyətinə tətbiq edilmiş müvəqqəti məhdudiyyət aradan qaldırılıb.

Mia.az xəbər verir ki, bu barədə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Elektron Təhlükəsizlik Xidməti məlumat yayıb.

Xidmət vətəndaşları sosial şəbəkələrdə paylaşım edərkən Azərbaycan Respublikasının qanunvericiliyinin tələblərinə və sosial şəbəkə inzibatçılarının müəyyən etdiyi qayda və şərtlərə riayət etməyə çağırır.

***

Azərbaycanda fəaliyyəti məhdudlaşdırılan Çinin "TikTok" sosial şəbəkəsinin fəaliyyəti bərpa olunub.

Mia.az xəbər verir ki, şəbəkəyə VPN-siz giriş bu gün bir az əvvəl açılıb.

 


Digər xəbərlər
SON XƏBƏRLƏR
12:52 25.11.2024

Sabah yağış yağacaq