BİZİM KƏND, DOĞMA KƏND! (Status-esse)
04-11-2022 [12:20]
İmişli rayonunda bir kənd var – Əliqulular kəndi!
Bizim kənd, doğma kənd! Bu kəndin insanları həmişə öz zəhmətsevərliyi, halal əməyi, yaxşı əməlləri və bir də el-obaya, doğma kəndə sonsuz sevgiləri ilə fərqlənirlər...
...Əslində, onları fərqləndirən bir çox başqa cəhətlər də var: insanları səmimidir, qonaqpərvərdir, heç vaxt bir-birinə "quyu" qazan deyil...
Bir dəfə kənd sakinlərinin rayona yeni təyin olunmuş icra başcısı ilə görüşü keçirilirdi. Mən də çıxış etməli oldum. İnsanların məşğuliyyəti, problem və qayğıları barədə fikirlərimdən sonra Əliqulular camaatına xas olan bəzi xüsusiyyətləri qonaqların nəzərinə çatdırdım. O fikirlərdən biri bu idi ki, heç vaxt kənd camaatı bir-birindən şikayət edib, narazı qalmayıblar.
Fikrimə tədbirdə iştirak edən polis rəisi qüvvət verdi ki, bəli, müəllim düz deyir, işlədiyim müddətdə mən də bunun şahidi olmuşam...
Bizim doğma Əliqulular kəndi! İlkinliyimin və son mənzilimin kəndi, əbədi dünyamın gözəl məkanı! Hər qarış torpağın, daşın, susuzluqdan yanan əkin sahələrin, bağ- bağatın, kənar yerin imkanlı iş adamına satılan əvəzi olmayan qış yataqların və qəlbi el həvəsli insanların gözəldir! Bu gözəllik qoynuna düşən hər bir kəsdə doğma hiss və duyğular, xoş ovqat yaradır...
...İki-üç günün söhbətidir.
Telefonuma zəng gəldi:
– Salam, Səxavət müəllim!
Tanıdığım və qəlbimdə istəkli olan bir eloğlu idi: FƏYYAZ RÜSTƏMOV!
– Salam, Fəyyaz müəllim!
– Hardasınız?
– Rayon mərkəzində, tədbirdəyik...
– Sizin kəndə giririk. İstədim, yolumu məktəbdən də salam.
İnanın, sevincimin həddi-hüdudu olmadı. Xarici ölkədə yaşayan, sevimlimiz Fəyyaz müəllimi böyük məhəbbətlə qarşıladım. Yanındakı dostu və qohumu Sahib müəllimlə bahəm az zaman kəsiyində birlikdə olduq. O, axşam saat 18:00-da şəhərdə tədbirdə olacağını dedi. Mən isə məktəbimizin "Zəfər Bayramı" tədbirinə tələsirdim. Qalmasını təklif etdim. Ayrıca gələcəyini bildirdi...
Biz ayrıldıq. O, Bakı şəhərinə, mən isə rayon mərkəzindən ikinci növbənin işinə, məktəbdə keçiriləcək tədbirə istiqamət aldım...
Tədbirimiz məktəbin səhifəsində və şəxsi hesabımda yer almışdı. Təbii olaraq hər kəs paylaşmanın altına "Zəfər bayramınız mübarək!" yazırdı.
Fəyyaz müəllim isə kənddə olmasından və doğma diyarın xoş təəssüratından bəhs edərək Əliqulular kəndinin adını əks etdirən lövhənin fotosunu Zəfər təbriki ilə birlikdə paylaşmamızın rəy yerinə qoymuşdu...
Xaricdə yaşayan və Azərbaycana dönüş günlərində doğma kəndə üz tutan, kəndimizin adını daşıyan lövhəni böyük bir məhəbbətlə paylaşan dostumuz, əziz insan Fəyyaz Rüstəmova TƏŞƏKKÜR EDİRİK!
Fəyyaz müəllim, Siz çox dəyərlisiniz! Allah Sizi qorusun! İnşallah, görüşümüz davamlı olar!
Böyük hörmətlə:
SƏXAVƏT TAĞLAR,
Əməkdar müəllim
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Ceyhun Bayramovla İran XİN başçısı telefonda danışdı - "Xəzər dənizi bölgəsində təhlükəsizliyin təmin olunması və..."
Pensiya ilə bağlı mühim xəbər: İş stajı 25 ilə çatmayan şəxslər...
Si Cinpin Prezident İlham Əliyevə məktub ünvanlayıb
Ağdaşda 70 yaşlı qadın öldürülüb - Oğlu saxlanılıb (YENİLƏNİB)
İlham Əliyev Şamaxıda - FOTOLAR
Sabahın hava proqnozu açıqlandı
İsrail Türkiyəni vuracaqmı? - Cavab Ərdoğandan gəldi
Prezident İlham Əliyev Şahbaz Şərifə məktub göndərib - MƏTN
ABŞ-da sərnişin təyyarəsi yanğınsöndürən maşınla toqquşdu - Çoxlu ölü və yaralı var (FOTOLAR)
Sahibə Qafqarova II İlyanın dəfn mərasimində iştirak edib - FOTOLAR
TRAMP NATO-nu TƏNQİD ETDİ, İRANIN MƏHV EDİLƏCƏYİNİ DEDİ: "Hər şey yaxşı ssenari ilə davam edəcək"
Komitə sədri 37 yaşlı xanımı yüksək vəzifəyə təyin etdi
Əri Bahar Muradovadan yazdı: "Biz bir daha sübut etdik ki..." + FOTO
Saatlıda 50 yaşlı şəxs bıçaqlanıb
PREZİDENTİN AİLƏSİNİ ŞANTAJ EDƏN ŞƏXS SAXLANILDI: o, kimdir? - VİDEO
İran müharibəsi və daralan səmalar - Azərbaycan hava geopolitikasının mərkəzində (TƏHLİL)
Lalə Azərtaşın proqramında təqdim olunan həkimlər...
Moskvadan Bakıya uçan təyyarə quşlarla toqquşub - Göyərtisində kimlər olub? + VİDEO
"Xəbər məni dərindən kədərləndirdi" - Zakir Həsənov
YENİ YAŞ: ATA YOLUNUN LAYİQLİ DAVAMŞISI...
İran prezidenti: "Biz sizinlə münaqişəyə girmək fikrində deyilik”
Kamran Əliyevə ağır itki üz verib
Güclü yağış yağacaq - Xəbərdarlıq
Azərbaycan nefti 123 dollara qalxdı
Azercell Könüllüləri Novruz və Ramazan bayramları münasibətilə xeyriyyə yarmarkası təşkil edib
BU MƏZUNLARA RÜTBƏ VERİLƏCƏK
Qurbanovun bayram belə yadından çıxdı
Rəşad Sadıqov klub rəhbərlərini belə günahlandırdı - Baş məşqçidən cəsarətli sözlər
YENİ NAZİR MÜAVİNİ TƏYİN EDİLDİ
Azərbaycan XİN Tunisi təbrik edib
Ötən gün qanunsuz saxlanılan 15 avtomat, 22 tüfəng aşkarlanıb
Ceyhun Bayramov özbəkistanlı həmkarı ilə Yaxın Şərqdəki təhlükəsizliyi müzakirə edib
Səudiyyə Ərəbistanı: Ərazimizə 41 PUA və 3 raket hücumu keçirilib
İran: Əli Məhəmməd Naini bu səhər öldürülüb
"Mançester Yunayted" "Nyukasl"ın kapitanını heyətinə qatmaq istəyir - 80 milyon avro
Sabahın hava proqnozu açıqlanıb