Telekanallarda reklam qaydaları dəyişəcək

img

04-11-2022 [11:04]


Audiovizial Şura "Reklam haqqında" qanunun dəyişdirilməsi ilə bağlı bir sıra təkliflər hazırlayıb.

Mia.az xəbər verir ki, bunu Şuranın aparat rəhbəri Fazil Novruzov Bakıda "Audivizual mühitdə reklam fəaliyyəti" mövzusunda keçirilən seminarda deyib.

O bildirib ki, təkliflərdən biri reklamın müddəti ilə bağlıdır: "Reklamın 1 saat ərzində 12 dəqiqədən çox olmamaqla 3 blok şəklində təqdim edilməsi təklif olunur. Həmçinin tövsiyə olunub ki, 20 dəqiqədən az olan proqramlar, uşaq və dini proqramlar reklamla kəsilməsin, rəsmi matəm günlərində reklam verilməsin. Həmçinin 1 sutka ərzində 60 dəqiqəlik və maksimum 6 blok teleticarət verilməsi təklif edilib".


Digər xəbərlər
SON XƏBƏRLƏR
12:52 25.11.2024

Sabah yağış yağacaq