ARDNF-nin 2022-ci ilin yanvar-sentyabr ayları üzrə gəlir və xərcləri açıqlanıb
25-10-2022 [22:00]
Azərbaycan Respublikası Dövlət Neft Fondu (ARDNF) bildirir ki, 2022-ci il sentyabrın 30-a ARDNF-nin aktivləri 2022-ci ilin əvvəlinə (45 025,1 milyon ABŞ dolları) nisbətən 0.80% artaraq 45 386,4 milyon ABŞ dolları təşkil edib.
Bu barədə Mia.az-a ARDNF-dən məlumat verilib.
Bildirilib ki, 2022-ci ilin yanvar-sentyabr ayları ərzində ARDNF-nin büdcə gəlirləri 11 365,9 milyon manat, büdcə xərcləri isə 6 566,9 milyon manat olub:
"2022-ci ilin yanvar-sentyabr ayları ərzində ARDNF-nin neft və qaz sazişlərinin həyata keçirilməsi ilə bağlı gəlirləri 15 886,9 milyon manat, o cümlədən mənfəət neftinin və qazın satışından 15 106,2 milyon manat, bonus ödənişləri 768,7 milyon manat, tranzit gəlirləri 7,2 milyon manat, akrhesabı ödənişlər 4,8 milyon manat təşkil etmişdir.
Hesabat dövrü ərzində ARDNF-nin 2022-ci il büdcəsinin icrası çərçivəsində 6 542,0 milyon manat vəsait dövlət büdcəsinə transfert edilmişdir. “2019-2023-cü illər üçün Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı”nın maliyyələşməsinə 8,1 milyon manat yönəldilmişdir. 2022-ci ilin yanvar-sentyabr ayları ərzində ARDNF-nin idarə edilməsi ilə bağlı xərcləri 16.8 milyon manat təşkil etmişdir.
Ötən 9 ay ərzində ARDNF-nin aktivlərinin bazar dəyərində qısamüddətli qiymət dəyişkənliklərindən yaranan 4 521,0 milyon manat azalma müşahidə olunmuşdur.
Valyuta məzənnələrinin dəyişməsindən yaranan fərq ilə bağlı ARDNF-nin büdcədənkənar xərcləri 4 185,2 milyon manat təşkil etmişdir.
Cari ilin 3-cü rübünədək beynəlxalq maliyyə bazalarında yaşananlar ARDNF-nin investisiya portfelində də öz əksini tapmışdır. Belə ki, qlobal iqtisadiyyatlarda müşahidə olunan yüksək inflyasiya, geo-siyasi gərginliyin dərinləşməsi və Çin-ABŞ ticarət zəncirinin tam bərpa olmaması maliyyə bazarlarının qabaqcıl risklərindəndir və bu sadalananlar maliyyə aktivlərinin qiymətlərinə mənfi təsir etmişdir. Həmçinin qeyd etmək lazımdır ki, 2-ci rüblə müqayisədə iqtisadi proqnozlarda nikbinliyinin daha da azalması və bunun fonunda tənəzzül gözləntilərinin artması, bir sıra qabaqcıl iqtisadiyyatların mərkəzi banklarının sərt monetar siyasətinin inflyasiya göstəriciləri üzrə istənilən nəticənin əldə edilməməsi və Böyük Britaniyadakı hakimiyyətin fiskal siyasətindəki qərarsızlıq son rübdə investorlar tərəfindən əlavə çağırışlar kimi səciyyələnir ki, bu da həm səhm, həm də istiqraz indekslərində geriləmələrə səbəb olmuşdur. Eyni zamanda, ABŞ Mərkəzi bankının inflyasiya tədbirlərinin, o cümlədən əhəmiyyətli faiz artımının digər ölkələr ilə müqayisədə daha böyük olması və daha öncə baş tutması ABŞ dollarına tələbə əlavə dəstək olmuş və nəticədə digər ölkələrin valyuta məzənnələrinin dollara nisbətdə əhəmiyyətli dəyərsizləşməsinə səbəb olmuşdur. Bir çox institusional investorların, o cümlədən suveren fondların investisiya portfellərində olduğu kimi ARDNF-nin də vəsaitləri əsasən müxtəlif valyutalarda ifadə edilən birjada kotirovka olunan səhm və istiqrazlardan (investisiya portfelinin təxminən 80%-i) ibarətdir. Maliyyə bazarlarında yaşanan bu dalğalanmalar qeyd edilən investorlarla bərabər ARDNF-nin də investisiya portfelində realizə edilməmiş müvəqqəti geriləmələrlə müşahidə olunub".
Osimhen: "Mənə it kimi davrandılar"
Levent Şahin yeni vəzifəsinin icrasına başlayıb
"Azəriqaz" məzuniyyət ödənişini niyə ləngidir? - Şikayət
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Ərdoğan Baş nazirə "Togg" hədiyyə etdi
İran Prezidenti: "Ümid edirik ki, danışıqlar prosesi konkret nəticələrə gətirib çıxaracaq"
GENERAL ƏMR VERDİ, ABŞ ORDUSU ÜÇ QAYIĞI VURDU - 11 nəfər öldü
Bloger bu sevgilisindən də ayrıldı - FOTO
Leyla Əliyeva Albaniyada - Baş nazirlə görüş + FOTOLAR
"Azərişıq" ASC-nin vəzifəli şəxsinin restoran tikintisi... - Qanunsuzluq, yoxsa... + VİDEO
Hillari Klinton Tramp administrasiyasını ittiham edir: "Epşteyn sənədlərini ört-basdır etməyə çalışırlar"
"Renka" həbs edildi
İRANLA ABŞ ANLAŞDI - Xarici işlər naziri ilk açıqlama yaydı
Mətbuat katibi yeni vəzifəyə gedir
Sabah bu ərazilərdə qaz olmayacq
Ruben Vardanyana Bakıda hökm oxundu - 20 il həbs (YENİLƏNİB)
İran Hörmüz boğazının bir hissəsini bağlayır
MARTDA 11 GÜN ARDICIL İŞ GÜNÜ OLMAYACAQ
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
"Azərsilah"da maraqlı təyinat: bank işçisi strateji qurumda yüksək vəzifəyə gətirildi
Keçmiş şirkət rəhbəri İcra başçısının sürücüsü işləyir
Sabiq Baş nazir: "Maddi sıxıntılarım var"
Namid Abdulova yeni vəzifə verilib
Adil Əliyevə niyə töhmət verilib? - Səbəb
"Vüqar Qurbanovla nə dostluğum? Gedin Zamirə xanımdan soruşun" - TƏBİB rəhbərinin vəzifədən çxarılma səbəbini açıqlandı
"BİZİ YIXMAĞI SƏN DƏ BACARAMAYACAQSAN" - Xamenei "o gəminizi vuracaq silahımız var" dedi, Trampa mesaj verdi
Salyanda kür çayında bir nəfər boğulub
Kukla Teatrının keçmiş rejissoru məhkəməyə verilib
Deputatlar toplanır: hansı qanunlar dəyişir? - SİYAHI
Quş qripinə qarşı növbəti monitorinq keçiriləcək
Bakının mərkəzi küçəsində yanğın: yaşlı qadın... - VİDEO (Yenilənib)
Şahin Şıxlınskiyə hökm martda oxunacaq
ADY-nin mühəndisi qəza törətdi - FOTOLAR
Keçmiş icra başçısı yeni vəzifəyə təyin edilib
"Açıq-saçıq geyinən ifaçıları toyuna çağıran da elə onların özüdür" - Aparıcıdan açqlamalar
İlin ilk Günəş tutulması başlayıb
Əliyar Ağayev Konfrans Liqasının pley-off oyununa təyinat aıb
Sabiq icra başçısının oğlu barədə qərar verildi
Saxta kredit elanları verən şəxs saxlanılıb
Zümrüd Ağayeva UEFA-dan növbəti təyinat alıb