Hacı Qalib Salahzadə: ?Dedim, Heydər Əliyev hakimiyyətə gələcək, Fazil Rüstəmov naxçıvanlı olduğuna görə bizim sovxozda yoxlama aparmayacaqlar"

img

19-07-2012 [07:04]


Milli Məclisin deputatı Hacı Qalib Salahzadə bir neçə dəfə ?Şeyxin qudası? kimi təqdim olunmasına etirazını bildirib və onunla qohum olmamışdan öncə Bakıda tanındığını xatırladıb. Biz onun etirazını nəzərə alsaq da, söhbətimizin sonunda yenə də Şeyxlə bağlı suallarımızı ünvanlayası olduq. Bizimlə söhbətində bildirdi ki, yay tətili olsa da, bəzi problemlər səbəbindən hələlik istirahətə gedə bilməyib. Qarşıdan isə Ramazan ayı gəlir və 21-dən o da mömin müsəlmanlar kimi oruc tutacaq. ?Allah oruc-namazınızı qəbul etsin? deyib, bir sıra suallarımıza cavab istədik. [b]- Hacı, Ayaz Mütəllibov artıq bir müddətdir Bakıya qayıdıb. Bakının tanınmış nümayəndələrindən biri kimi Mütəllibovla görüşmək niyyətiniz varmı?[/b] - Allaha and olsun ki, mən ömrüm boyu Mütəllibovu yalnız televizorda görmüşəm. İnanmazsınız, heç yoldan keçəndə də görməmişəm. Mən ömrüm boyu ümummilli liderimiz Heydər Əliyevə yaxın olmuşam. Mənim əqidəm başqadır. Mütəllibov başqa fikirdə olan adamdır, mən isə tamam başqa əqidənin daşıyıcısıyam. Mən həmişə Heydər və İlham Əliyevlərin tərəfdarı olmuşam. Mənim iki sifətim olmayıb. Həyatda nəyə nail olmuşamsa, Heydər və İlham Əliyevlərin sayəsində nail olmuşam. Bu kişilərin çörəyini yemişəm, vaxtında çörək qazanmışam. Sizə bir hadisəni danışım. [b]1990-cı ilin oktyabrında mən Bilgəh Zəfəran Sovxozuna naxçıvanlı, Şahbuzun Badamlı kəndindən olan Fazil Rüstəmovu sədr seçdirdim. Nəriman kişi vardı, onda 500 nəfərin qarşısında mənə sual verdi ki, Hacı, bu naxçıvanlıdır, niyə bunu seçdirirsən, bəs qorxmursan? Dedim, Heydər Əliyev hakimiyyətə gələcək, Fazil Rüstəmov naxçıvanlı olduğuna görə bizim sovxozda yoxlama aparmayacaqlar. Bu söhbətin canlı şahidləri şair Sərdar Zeynalov və Fazil Rüstəm də sağdır.[/b] Sonrakı dövrdə torpaq islahatı getdi, sovxoz ərazisi camaat arasında paylandı. [b]- Maşallah, çox uzaqgörən olubsunuz... Bəs Mütəllibovun bakılılara ?stavka? edərək təşkilat yaradacağı barədə məlumatlar haqda nə deyə bilərsiniz?[/b] - Onlar boş söhbətlərdir. Mütəllibov vəzifəyə gələndə bakılıların hansını vəzifəyə qoydu? Firuz Mustafayev Nazirlər Sovetinin sədri Şamaxıdan idi. Sənan Əlizadəni ?Baksovet?ə sədr qoydu. Mütəllibov bakılı yox, şamaxılıdır. Uzun illər bakılının evini yıxdılar ki, bunlar Mütəllibovun adamıdır. O, hansı bakılını vəzifəyə qoydu? Bu mənada təşkilat söhbəti də boş şeydir. [b]- Mütəllibovun qayıdışına şərait yaradan qanunun qəbuluna siz də səs vermisiniz...[/b] - Mən ona səs vermişəm ki, Ayaz Mütəllibov qayıtsın, gəlsin vətəninə. Çünki Azərbaycan vətəndaşıdır. Möhtərəm prezidentimiz də o fikirdə olub. Mən prezidentin fikrini əsas götürüb bu qanuna səs vermişəm. Amma Mütəllibov siyasətdən getmiş adamdır. [b]- Ola bilərmi ki, 2013-cu ildə bakılılar Ayaz Mütəllibovun namizədliyini müdafiə etsin?[/b] - Yox. Bu dəqiqə bakılılar bir nəfər kimi cənab prezident İlham Əliyevi müdafiə edir. Niyə də müdafiə etməsin? Bizim üçün nə təfavütü var ki, Mütəllibov, ya başqa kimsə gəlsin? Biz ancaq Heydər Əliyevə inanmışıq. Bu gün də İlham Əliyevə etibar edirik. Elə İlham Əliyevin özü bakılıdır da. O, Bakıda anadan olub, bütün kəndləri də çox yaxşı tanıyır, daim də Bakı kəndlərinin problemlərinin həllinə çalışır. Biz hamılıqla onun tərəfindəyik. Şəxsən mən həmişə onun təbliğatını aparıram. Prezidentimiz oturub-durur deyir Bakını daha da inkişaf etdirmək lazımdır. [b]- Bəs seçkilərdə hakimiyyətin başqa bir namizədinin olması mümkündürmü?[/b] - Mən onu bilmirəm. Amma şəxsən mən onun tərəfindəyəm ki, İlham Əliyev yenidən namizədliyini versin. Ölkəni belə bir inkişafa çatdırıb, stabillik yaradıb. İndi də deyək ki, gəlin prezidenti dəyişək? Bu kişi elə işləyir də. Allah prezidentə cansağlığı versin, bütün camaat istəyir ki, yeni seçkidə də o olsun. [b]- Hacı, bələdiyyələrin problemlərindən vaxtilə çox danışırdınız, hazırda durum necədir? [/b] - Yaxşıdır. Mən istəyirdim artıq yoxlamalar olmasın. İndi artıq o yoxlamalar yoxdur. [b]- Bir çox hallarda deputatlar şikayətlənir ki, nazirlərin və ya müavinlərin yanında sözləri keçmir, onları eşitmirlər, telefonlarına cavab vermirlər. Sizə münasibət necədir? [/b] - Baxır hansı sözləri keçmir də. Mən desəm ki, gəlin filan həkimi xəstəxanaya baş həkim qoyaq, onda səhiyyə naziri deyər ki, sənin səhiyyədən xəbərin varmı ki, belə söz danışırsan. Gərək hər kəs bildiyi şeydən danışsın. Adama deyərlər, get, öz işinlə məşğul ol. [b]- Deyəsən, yaz sessiyasında ürəyinizdən keçənlərin hamısını deyə bilmədiniz...[/b] - Mən elə adamam ki, ürəyimdən nə keçirsə, həmişə demişəm və deyirəm. Amma daim düz demişəm. Ola bilər kiminsə xətrinə dəyir. Ancaq kimsə mənə deyə bilməz ki, belə danışma, elə danış. [b]- Olubmu ki, sizin dediklərinizə görə Şeyxə giley-güzar edilsin və Şeyx həzrətləri də sizə irad tutsun?[/b] - Yox. Şeyx, ümumiyyətlə, mənim işlərimə qarışmır. Götür Şeyxə zəng elə, de ki, Hacı Qalib belə danışıb, deyəcək mən onun işlərinə qarışmıram. Elə şey olmaz ki, Şeyx mənim işimə müdaxilə etsin. Şeyxin öz işi var, mənim öz işim. Şeyx dünya səviyyəsində tanınan şəxsiyyətdir, dünya rəhbərləri ilə oturub-durur, möhtərəm prezidentimizin dostudur.

Digər xəbərlər
SON XƏBƏRLƏR