Agentlik yanında İctimai Şuranın tərkibi yenidən formalaşdırılır - Namizədlərin qəbulu elan edilib
25-10-2022 [13:14]
İqtisadiyyat Nazirliyi yanında Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) yanında İctimai Şuranın yeni tərkibinin formalaşdırılması ilə əlaqədar üzvlüyə namizədlərin qəbulu elan edilib.
Mia.az KOBİA-ya istinadla xəbər verir ki, İctimai Şuranın fəaliyyətində üzv kimi iştirak etmək istəyən biznes assosiasiyaları və birlikləri, vətəndaş cəmiyyətini təmsil edən və əsas fəaliyyəti sahibkarların hüquqlarının təbliği və qorunması olan, bu sahədə geniş təcrübəyə malik ixtisaslaşmış vətəndaş cəmiyyəti institutları öz namizədləri barədə KOBİA-nın formalaşdırdığı Seçki komissiyasına müraciət edə bilərlər. Hər bir vətəndaş cəmiyyəti institutu ictimai şuranın üzvlüyünə yalnız bir namizəd irəli sürə bilər.
Seçkilər Seçki komissiyasının müəyyən etdiyi tarixdə və yerdə keçiriləcək.
Müraciət etmək üçün tələb olunan sənədlər namizədin ərizəsi, şəxsiyyət vəsiqəsinin surəti, təmsil olunduğu vətəndaş cəmiyyəti institutunun qeydiyyat şəhadətnaməsi və reyestrdən çıxarışının surəti, vətəndaş cəmiyyəti institutunun Şurada təmsil olunmasını istədiyi nümayəndə barədə həmin və yaxud digər vətəndaş cəmiyyəti institutunda onun üzvlüyünü (rəsmi vəzifəsini) (əgər varsa) təsdiq edən sənəd və İctimai Şuraya rəsmi olaraq üzv qəbul edilməsini tövsiyə edən məktub, namizədin müvafiq sahə üzrə təcrübəyə və yaxud biliyə malik olmasını sübut edən sənəddir (olduğu halda əmək kitabçasının və digər təsdiqedici sənədlərin surəti).
Sənədlər bu gündən başlayaraq 20 iş günü ərzində (23.11.2022-ci il saat 18:00-a qədər) kağız daşıyıcıda KOBİA-nın Bakı şəhəri, Nərimanov rayonu, Atatürk prospekti, 134 ünvanında yerləşən inzibati binasına gəlməklə və yaxud elektron formada [email protected] elektron poçt ünvanına göndərilməklə təqdim edilə bilər.
Vətəndaş cəmiyyəti institutuna və onun irəli sürdüyü namizədə dair tələblər vətəndaş cəmiyyəti institutunun aktiv fəaliyyətinin olması, namizədin məhkumluğu olduğu təqdirdə onun götürülmüş və yaxud ödənilmiş olmasıdır.
Namizədliyini irəli sürmüş şəxsin qeydiyyatına Seçki komissiyası 3 iş günü müddətində baxacaq, nəticəsi barədə müvafiq qərar qəbul edərək məlumat verəcək.
2018-ci ildən fəaliyyət göstərən Şura qurumda ictimai iştirakçılığı təmin etməklə, kiçik və orta biznesin inkişafı ilə bağlı görülən tədbirlər və KOBİA-nın fəaliyyətinə ictimai nəzarəti həyata keçirir. Şura üzvlərinin say həddini 15 nəfər olmaqla Seçki komissiyası müəyyən edib. Şuranın tərkibi 2 ildən bir seçkilər vasitəsilə formalaşır. Şuraya sonuncu dəfə seçkilər 2020-ci ildə keçirilib.
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Ceyhun Bayramovla İran XİN başçısı telefonda danışdı - "Xəzər dənizi bölgəsində təhlükəsizliyin təmin olunması və..."
Pensiya ilə bağlı mühim xəbər: İş stajı 25 ilə çatmayan şəxslər...
Si Cinpin Prezident İlham Əliyevə məktub ünvanlayıb
Ağdaşda 70 yaşlı qadın öldürülüb - Oğlu saxlanılıb (YENİLƏNİB)
İlham Əliyev Şamaxıda - FOTOLAR
Sabahın hava proqnozu açıqlandı
İsrail Türkiyəni vuracaqmı? - Cavab Ərdoğandan gəldi
Prezident İlham Əliyev Şahbaz Şərifə məktub göndərib - MƏTN
ABŞ-da sərnişin təyyarəsi yanğınsöndürən maşınla toqquşdu - Çoxlu ölü və yaralı var (FOTOLAR)
Sahibə Qafqarova II İlyanın dəfn mərasimində iştirak edib - FOTOLAR
TRAMP NATO-nu TƏNQİD ETDİ, İRANIN MƏHV EDİLƏCƏYİNİ DEDİ: "Hər şey yaxşı ssenari ilə davam edəcək"
Komitə sədri 37 yaşlı xanımı yüksək vəzifəyə təyin etdi
Əri Bahar Muradovadan yazdı: "Biz bir daha sübut etdik ki..." + FOTO
Saatlıda 50 yaşlı şəxs bıçaqlanıb
PREZİDENTİN AİLƏSİNİ ŞANTAJ EDƏN ŞƏXS SAXLANILDI: o, kimdir? - VİDEO
İran müharibəsi və daralan səmalar - Azərbaycan hava geopolitikasının mərkəzində (TƏHLİL)
Lalə Azərtaşın proqramında təqdim olunan həkimlər...
Moskvadan Bakıya uçan təyyarə quşlarla toqquşub - Göyərtisində kimlər olub? + VİDEO
"Xəbər məni dərindən kədərləndirdi" - Zakir Həsənov
YENİ YAŞ: ATA YOLUNUN LAYİQLİ DAVAMŞISI...
İran prezidenti: "Biz sizinlə münaqişəyə girmək fikrində deyilik”
Kamran Əliyevə ağır itki üz verib
Güclü yağış yağacaq - Xəbərdarlıq
Azərbaycan nefti 123 dollara qalxdı
Azercell Könüllüləri Novruz və Ramazan bayramları münasibətilə xeyriyyə yarmarkası təşkil edib
BU MƏZUNLARA RÜTBƏ VERİLƏCƏK
Qurbanovun bayram belə yadından çıxdı
Rəşad Sadıqov klub rəhbərlərini belə günahlandırdı - Baş məşqçidən cəsarətli sözlər
YENİ NAZİR MÜAVİNİ TƏYİN EDİLDİ
Azərbaycan XİN Tunisi təbrik edib
Ötən gün qanunsuz saxlanılan 15 avtomat, 22 tüfəng aşkarlanıb
Ceyhun Bayramov özbəkistanlı həmkarı ilə Yaxın Şərqdəki təhlükəsizliyi müzakirə edib
Səudiyyə Ərəbistanı: Ərazimizə 41 PUA və 3 raket hücumu keçirilib
İran: Əli Məhəmməd Naini bu səhər öldürülüb
"Mançester Yunayted" "Nyukasl"ın kapitanını heyətinə qatmaq istəyir - 80 milyon avro
Sabahın hava proqnozu açıqlanıb