Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
25-10-2022 [00:04]
Qoç - şərtlər ən uğurlu formada olmasa da, irəliləyişinizə mane olmayacaq. Günün ilk yarısında çox işləməli olacaqsınız. Nigaran qalmayın, ruhdan düşməyin. Enerjili, fəal olun. Problemlər nə qədər çətindirsə, onların çözüm yolları da bir o qədər maraqlıdır.
Açıq danışmağınız kiminsə xoşuna gəlməyə bilər. Amma səmimi ünsiyyət və problemlərin gizlədilməməsi vacib məsələdir.
Romantik macəra istisna deyil. Yaxın ətrafınızdakı insanların rəğbətini qazanmağa çalışın.
Axşam saatlarını istədiyiniz kimi keçirə bilərsiniz.
Buğa - standart olmayan metodlardan yararlanın, eksperimentlər aparın, məntiqli riskə gedin. Belə olarsa, qarşınızda maraqlı imkanlar yaranacaq və əlverişli gün yaşayacaqsınız.
İşdə çoxdankı fikir ayrılıqlarının dəf olunması, məhsuldar əməkdaşlığın başlanması istisna deyil. Rəhbərliklə ümumi dil tapmaqla yanaşı, iş yoldaşlarınızın problemini də həll edə bilərsiniz. Gəlir əldə edəcəksiniz.
Şəxsi münasibətlərdə vəziyyət normal deyil. Sevdiyiniz adamla mübahisə ehtimalı var. Ailə üzvləri ilə dil tapmaq çətindir.
Əkizlər - peşəkar fəaliyyət baxımından uğurlu gündür. İşlərdə uğura bel bağlaya bilərsiniz. Karyera pilləkənində irəliləyiş şansı var. Çalışdığınız yerdə mövqelərinizi möhkəmləndirə bilərsiniz.
İşgüzar danışıqlar yaxşı keçəcək, kimsə sizi yolunuzdan sapdıraraq əməkdaşlığın sərfəli olmayan şərtlərinin qəbuluna vadar edə bilməyəcək.
Mövqeyinizi müdafiə edin. Səlis və həssas davranaraq yeni müttəfiqlərlə yanaşı, dostlar da tapın. Səyahət və səfər üçün uğurlu gündür. Xarici dil öyrənməyə də başlaya bilərsiniz.
Axşam saatlarında sevdiyiniz insanın yanında olun.
Xərçəng - bu gün dəf edə bilməyəcəyiniz səd, maneə və ya çətinlik yoxdur. Çevik və diqqətli, aktiv və məhsuldar olun. Çətin situasiyalardan çıxış yolu tapın, rəqib və bədxahları üstələyin. Nüfuzlu şəxslə mübahisədə mövqelərinizdən geri çəkilməyin.
Bacarıq və biliklərinizi gizləməyin. Sizinlə maraqlanan insanı aldatmayın.
Hadisələrə təsir imkanlarına malik insanların diqqətini cəlb etmək üçün parlaq, yaddaqalan qərarları seçin.
Şir - sakitliyi və səbatlı davranışı qorumaq çətindir. Təəccüblü deyil, çünki əvvəlki günlərdən fərqli olaraq xoşagəlməz insanlarla təmaslar daha çoxdur. Üstəlik, maraqlanmadığınız işlə məşğul olursunuz. Qıcıqlanmayın, hirsli davranmayın. Dostlarla münasibətləri pozmayın, özünüzə yeni düşmənlər qazanmayın.
Günün ikinci yarısı hüquqi məsələlərin müzakirəsi və həlli üçün əlverişlidir.
Ailədə münaqişəyə yol verməməyə çalışın.
Alış-veriş üçün əlverişli zamandır.
Yaxınlarınıza hədiyyəni unutmayın.
Qız - bir sıra çətin problemləri həll edə bilərsiniz. Özü də çətinliklərin öhdəsindən qısa zamanda gələcəksiniz. Ətrafınızdakı insanlar sizə paxıllıq edəcəklər.
Əhəmiyyətli gəlir, əvvəl başa vurulmuş işə görə ödəniş istisna deyil.
Bu gün əldə edilən razılaşmalar gəlir vəd edir. Kommersiya fəaliyyəti üçün yaxşı zamandır.
Nüfuzlu şəxsin dəstəyini ala bilərsiniz. Amma bunun üçün bəzi planlardan imtina etmək gərəkdir.
Yaxınlarınızla dil tapmaq asan deyil. Onlar sizə qarşı həmişəkindən daha çox tənqidi durumdadırlar.
Günün ikinci yarısında diqqətli və həssas olun. Ən adi açıqlama və ya sözləriniz münaqişə yarada bilər.
Tərəzi - nikbin və əzmkar olun. Ən ağır situsiyada, dəf edə bilməyəcəyinizi düşündüyünüz çətinliklə qarşılaşanda belə, ruhdan düşməyin. Bu günün problemləri çətin deyil, onları həll etmək olar. Asanlıqla müttəfiq tapırsınız. Hətta ən qeyri-adi ideyanızı belə ətrafınızdakı şəxslərdən biri dəstəkləyə bilər.
Qəfil işgüzar təklifin alınması, peşəkar müstəvidə inkişafın yeni imkanlarının yaranması istisna deyil.
Nüfuzlu şəxslərlə münasibətlər normal alınır. Müstəqilliyiniz, nəzər nöqtənizi müdafiə etmək bacarığınız onların xoşuna gəlir. İşgüzar münasibətlərə illüziyalar və romantik hissləri qatmayın.
Axşam saatlarında sizə pul verə bilərlər.
Əqrəb - başqalarının yaşamına və işinə müdaxilə etməyin. Bu addımları ən yaxşı, hətta ülvi hisslərlə atsanız belə, səhv etməyin. Öz işlərinizə nəzər salın, qayda yaradın. Yaranan problemlər ilk baxışdan həllolunmaz təsir bağışlayırlar. Fəqət, siz o problemlərin həllinə başlamağın yollarını bilmirsiniz.
Az sonra dürüst qərar verə biləcəksiniz. Əsas məsələ əlverişli anı əldən verməyin. Bu barədə intuisiyanız sizə xəbər verəcək.
Yardım istəməyin. Müttəfiqlər özləri sizə kömək etmək istəyəcəklər.
Qohumlar və dostlar maraqlarınızı müdafiə etməyə çalışacaqlar.
Sevdiyiniz insanla aranızda günün ikinci yarısında kiçik anlaşılmazlıqlar ola bilər. Narahat olmayın, münaqişə yaşanmayacaq.
Oxatan - çox uğurlu, əlverişli və xoş gündür. Məşğul olduğunuz iş sizin üçün maraqlıdır. Cavabını aradığınız sualların həllinə az qalıb. Yaxın ətrafınızdakı insanlar sizinlə münasibətlərə önəm verirlər. Onlardan nə isə istəyirsinizsə, hisslərinizi cilovlayın və aza qane olun.
Günün ikinci yarısı sürpriz vəd edir. Sevdiyiniz insanla münasibətlərdə harmoniyadan feyziyab ola bilərsiniz.
Axşam saatlarında tək qalmayacaq, həyatdan kam alacaqsınız.
Oğlaq - çətin, qarışıq və mürəkkəb gündür. Həddən ziyadə diqqətli və ehtiyatlı olun. Ən kiçik səhv sonradan çözümü asan olmayacaq problem və çətinliklər yarada bilər. Həmkarlar və işgüzar şəriklə münaqişə etməyin.
Sərt, aqressiv davranıb əsassız iradlar irəli sürsəniz, dəymədüşərlik etsəniz, müttəfiqləriniz də sizdən üz döndərə bilərlər.
Qohumlar və dostların tənqidlərinə dözümlü yanaşın. Onların iradlarını nəzərə alın.
Maliyyə çətinlikləri istisna deyil.
Dolça - günün emosional fonu əlverişli deyil. Sakit və səbatlı davranmaq, emosiyaları müvazinətdə saxlamaq çox çətindir.
Əhvalınız asanlıqla korlana bilər. Əvvəllər əsla fikir vermədiyiniz məsələ indi sizi həddən ziyadə qıcıqlandıra bilər. İşgüzar tərəfdaşlarla dil tapmaq, müəyyən məsələləri razılaşdırmaqda çətinliklər yaranır. Təmkinli olun, mübahisələrin alovlanmasına imkan verməyin.
Evdə istirahət etmək, rahatlanmaq istəsəniz də, alınmayacaq. Sizi evdə də iş gözləyir. İşin bir qismini başqasına tapşıra bilərsiniz.
Balıqlar - təlaşa qapılmayın. Doğrudur, asan gün deyil və xeyli çalışmalı olacaqsınız: amma nəticə istədiyiniz kimi alına bilər. Avadanlıq və mürəkkəb texnika ilə çalışanda diqqətli, iti və kəsici əşyalarla isə ehtiyatlı olun. Travma riski var.
Sənədləşdirmə, hüquqi məsələlərin həlli ilə günün ikinci yarısında da məşğul olmaq mümkündür.
Təhlükəsizlik məsələlərinə diqqətlə yanaşın. Yollarda diqqətlə davranın, kriminal elementlərin olduğu yerə getməyin. Evdə özünüzü rahat hiss edəcəksiniz. Yaxınlarınızla mübahisə etməyin.
Valideynlərlə danışıqlarda səbrli olun.
Milli.Az
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Ceyhun Bayramovla İran XİN başçısı telefonda danışdı - "Xəzər dənizi bölgəsində təhlükəsizliyin təmin olunması və..."
Pensiya ilə bağlı mühim xəbər: İş stajı 25 ilə çatmayan şəxslər...
Si Cinpin Prezident İlham Əliyevə məktub ünvanlayıb
Ağdaşda 70 yaşlı qadın öldürülüb - Oğlu saxlanılıb (YENİLƏNİB)
İlham Əliyev Şamaxıda - FOTOLAR
Sabahın hava proqnozu açıqlandı
İsrail Türkiyəni vuracaqmı? - Cavab Ərdoğandan gəldi
Prezident İlham Əliyev Şahbaz Şərifə məktub göndərib - MƏTN
ABŞ-da sərnişin təyyarəsi yanğınsöndürən maşınla toqquşdu - Çoxlu ölü və yaralı var (FOTOLAR)
Sahibə Qafqarova II İlyanın dəfn mərasimində iştirak edib - FOTOLAR
TRAMP NATO-nu TƏNQİD ETDİ, İRANIN MƏHV EDİLƏCƏYİNİ DEDİ: "Hər şey yaxşı ssenari ilə davam edəcək"
Komitə sədri 37 yaşlı xanımı yüksək vəzifəyə təyin etdi
Əri Bahar Muradovadan yazdı: "Biz bir daha sübut etdik ki..." + FOTO
Saatlıda 50 yaşlı şəxs bıçaqlanıb
PREZİDENTİN AİLƏSİNİ ŞANTAJ EDƏN ŞƏXS SAXLANILDI: o, kimdir? - VİDEO
İran müharibəsi və daralan səmalar - Azərbaycan hava geopolitikasının mərkəzində (TƏHLİL)
Lalə Azərtaşın proqramında təqdim olunan həkimlər...
Moskvadan Bakıya uçan təyyarə quşlarla toqquşub - Göyərtisində kimlər olub? + VİDEO
"Xəbər məni dərindən kədərləndirdi" - Zakir Həsənov
YENİ YAŞ: ATA YOLUNUN LAYİQLİ DAVAMŞISI...
İran prezidenti: "Biz sizinlə münaqişəyə girmək fikrində deyilik”
Kamran Əliyevə ağır itki üz verib
Güclü yağış yağacaq - Xəbərdarlıq
Azərbaycan nefti 123 dollara qalxdı
Azercell Könüllüləri Novruz və Ramazan bayramları münasibətilə xeyriyyə yarmarkası təşkil edib
BU MƏZUNLARA RÜTBƏ VERİLƏCƏK
Qurbanovun bayram belə yadından çıxdı
Rəşad Sadıqov klub rəhbərlərini belə günahlandırdı - Baş məşqçidən cəsarətli sözlər
YENİ NAZİR MÜAVİNİ TƏYİN EDİLDİ
Azərbaycan XİN Tunisi təbrik edib
Ötən gün qanunsuz saxlanılan 15 avtomat, 22 tüfəng aşkarlanıb
Ceyhun Bayramov özbəkistanlı həmkarı ilə Yaxın Şərqdəki təhlükəsizliyi müzakirə edib
Səudiyyə Ərəbistanı: Ərazimizə 41 PUA və 3 raket hücumu keçirilib
İran: Əli Məhəmməd Naini bu səhər öldürülüb
"Mançester Yunayted" "Nyukasl"ın kapitanını heyətinə qatmaq istəyir - 80 milyon avro
Sabahın hava proqnozu açıqlanıb