UEFA "Qarabağ"la bağlı reportaj hazırlayıb - VİDEO

img

24-10-2022 [15:59]


UEFA Avropa Liqasında çıxış edən "Qarabağ"la bağlı reportaj hazırlayıb.

Mia.az klubun rəsmi saytına istinadla xəbər verir ki, təqribən 8 dəqiqəlik video-çarxda "köhlən atlar"ın ardıcıl 9-cu dəfə avrokubokların qrup mərhələsində çıxışından, həmçinin 2017/2018-ci ildə Çempionlar Liqasının qrupunda oynayan ilk Azərbaycan təmsilçisi kimi tarixə düşməsindən söz açılıb.

UEFA-nın həftəlik jurnalında baş məşqçi Qurban Qurbanov, futbolçular - Maksim Medvedev və Riçard Almeydanın müsahibələri də yer alıb.

Qeyd edək ki, G qrupunda çıxış edən "Qarabağ" növbəti oyununu V turda Fransada "Nant"a qarşı keçirəcək. Hazırda 7 xalı olan Ağdam təmsilçisinə pley-offa çıxmaq üçün 1 xal da kifayət edəcək.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA