Buraxılış imtahanlarında xarici dillər üzrə dəyişikliklər olacaq - DİM-dən açıqlama
21-10-2022 [17:36]
Buraxılış imtahanlarının xarici dillər üzrə yeni model test tapşırıqlarında dəyişikliklər nəzərdə tutulur.
Mia.az Dövlət İmtahan Mərkəzinə istinadla bildirir ki, mərkəzin keçirdiyi buraxılış imtahanlarında, yeni təhsil proqramları üzrə təhsilalanların xarici dillər üzrə biliyinin yekun qiymətləndirilməsində fənn kurikulumunun müəyyən etdiyi 4 (“Dinləyib-anlama”, “Danışma”, “Oxu” və “Yazı”) məzmun xəttinə aid alt standartların yeni model test tapşırıqları ilə yoxlanılmasının mərhələli şəkildə həyata keçirilməsi davam edir.
Yeni model test tapşırıqları hazırlanarkən yoxlama-ölçmə materiallarının dillər üzrə Ümumavropa çərçivə sənədinin (CEFR) müvafiq səviyyələrinə uyğunlaşdırılmasına (orta təhsil səviyyəsində A2, tam orta təhsil səviyyəsində isə B1) xüsusi diqqət yetirilir.
2023-cü ildə orta təhsil səviyyəsində (9 illik) xarici dillər üzrə şagirdlərin “Yazı” məzmun xətti üzrə bilik və bacarığı cavabı yazı ilə ifadə olunan açıq tipli tapşırıq formasında deyil, 5 ballıq hekayə tipli bir yazı ilə qiymətləndiriləcək. Bu hissədə şagirdlərə üç şəkil təqdim olunur və şəkil əsasında minimum 5 cümlədən ibarət hekayə qurmaq tələb olunur.
Yeni modelə əsasən dinləyib-anlama bloku üzrə 4 qapalı, oxuyub-anlama bloku üzrə 7 qapalı, 1 açıq tipli (seçim), ümumi dil biliyini yoxlayan blok üzrə 11 qapalı, 1 açıq tipli (seçim) test tapşırığı, yazı bloku üzrə isə 1 tapşırıq təqdim olunur. Oxuyub-anlama bloku üzrə bilik və bacarıqların yoxlanılması 2 hissədən ibarətdir. Birinci hissə 3 kiçik həcmli mətn və hər birinə aid bir sual, ikinci hissə isə əvvəlki illərdə olduğu kimi, bir mətn və 5 sualdan ibarətdir.
Cari ilin məzunları üçün tam orta təhsil səviyyəsində (11 illik) buraxılış imtahanının xarici dil bloku üzrə dəyişikliklərin aparılması nəzərdə tutulmur. Tam orta təhsil (11 illik) səviyyəsində müvafiq dəyişikliklərin 2024-cü ildən aparılması nəzərdə tutulur.
İmtahana hazırlaşanlar orta təhsil səviyyəsində (9 illik) 2023-cü ildə buraxılış imtahanında təqdim olunacaq yazı işi üzrə qiymətləndirilmə meyarları, yeni model test tapşırığı nümunələri, eyni zamanda tam orta təhsil səviyyəsində (11 illik) növbəti tədris ili (2023-2024) üçün nəzərdə tutulmuş yeni model ilə yaxın zamanda çap olunacaq Abituriyent jurnalının xüsusi buraxılışında tanış ola biləcəklər.
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Ceyhun Bayramovla İran XİN başçısı telefonda danışdı - "Xəzər dənizi bölgəsində təhlükəsizliyin təmin olunması və..."
Pensiya ilə bağlı mühim xəbər: İş stajı 25 ilə çatmayan şəxslər...
Si Cinpin Prezident İlham Əliyevə məktub ünvanlayıb
Ağdaşda 70 yaşlı qadın öldürülüb - Oğlu saxlanılıb (YENİLƏNİB)
İlham Əliyev Şamaxıda - FOTOLAR
Sabahın hava proqnozu açıqlandı
İsrail Türkiyəni vuracaqmı? - Cavab Ərdoğandan gəldi
Prezident İlham Əliyev Şahbaz Şərifə məktub göndərib - MƏTN
ABŞ-da sərnişin təyyarəsi yanğınsöndürən maşınla toqquşdu - Çoxlu ölü və yaralı var (FOTOLAR)
Sahibə Qafqarova II İlyanın dəfn mərasimində iştirak edib - FOTOLAR
TRAMP NATO-nu TƏNQİD ETDİ, İRANIN MƏHV EDİLƏCƏYİNİ DEDİ: "Hər şey yaxşı ssenari ilə davam edəcək"
Komitə sədri 37 yaşlı xanımı yüksək vəzifəyə təyin etdi
Əri Bahar Muradovadan yazdı: "Biz bir daha sübut etdik ki..." + FOTO
Saatlıda 50 yaşlı şəxs bıçaqlanıb
PREZİDENTİN AİLƏSİNİ ŞANTAJ EDƏN ŞƏXS SAXLANILDI: o, kimdir? - VİDEO
İran müharibəsi və daralan səmalar - Azərbaycan hava geopolitikasının mərkəzində (TƏHLİL)
Lalə Azərtaşın proqramında təqdim olunan həkimlər...
Moskvadan Bakıya uçan təyyarə quşlarla toqquşub - Göyərtisində kimlər olub? + VİDEO
"Xəbər məni dərindən kədərləndirdi" - Zakir Həsənov
YENİ YAŞ: ATA YOLUNUN LAYİQLİ DAVAMŞISI...
İran prezidenti: "Biz sizinlə münaqişəyə girmək fikrində deyilik”
Kamran Əliyevə ağır itki üz verib
Güclü yağış yağacaq - Xəbərdarlıq
Azərbaycan nefti 123 dollara qalxdı
Azercell Könüllüləri Novruz və Ramazan bayramları münasibətilə xeyriyyə yarmarkası təşkil edib
BU MƏZUNLARA RÜTBƏ VERİLƏCƏK
Qurbanovun bayram belə yadından çıxdı
Rəşad Sadıqov klub rəhbərlərini belə günahlandırdı - Baş məşqçidən cəsarətli sözlər
YENİ NAZİR MÜAVİNİ TƏYİN EDİLDİ
Azərbaycan XİN Tunisi təbrik edib
Ötən gün qanunsuz saxlanılan 15 avtomat, 22 tüfəng aşkarlanıb
Ceyhun Bayramov özbəkistanlı həmkarı ilə Yaxın Şərqdəki təhlükəsizliyi müzakirə edib
Səudiyyə Ərəbistanı: Ərazimizə 41 PUA və 3 raket hücumu keçirilib
İran: Əli Məhəmməd Naini bu səhər öldürülüb
"Mançester Yunayted" "Nyukasl"ın kapitanını heyətinə qatmaq istəyir - 80 milyon avro
Sabahın hava proqnozu açıqlanıb