Bakıda bəzi yollar genişləndiriləcək
21-10-2022 [18:08]
Bakıda Babək prospektindən Bəkir Çobanzadə küçəsinə, M.Mehdizadə ilə S.Orucov küçələrindən Yusif Səfərov küçəsinə rahat hərəkətin təmin edilməsi, həmçinin metronun "Xətai" stansiyasından N.Rəfiyev küçəsinə sağ istiqamətdə daimi döngənin yaradılması ilə bağlı yaşıllıqların köçürülərək yolun genişləndirilməsi layihələrinə ekoloji ekspertiza rəyi verilib.
Mia.az Dövlət Ekoloji Ekspertiza Agentliyinə istinadla bildirir ki, Agentlikdə Bakı şəhərində avtomobil nəqliyyatının fəaliyyətinin tənzimlənməsinə dair aidiyyəti dövlət qurumlarının nümayəndələrinin iştirakı ilə görüş keçirilib.
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi, Bakı Nəqliyyat Agentliyi, Baş Dövlət Yol Polisi İdarəsi, Bakı şəhər Dövlət Yol Polis İdarəsi, Bakı şəhəri İcra Hakimiyyəti Yaşıllaşdırma Təsərrüfatı Birliyi, Dövlət Ekoloji Təhlükəsizlik Xidməti, “Azərbaycan Yaşıllaşdırma və Landşaft Quruluşu” ASC-nin nümayəndələrinin iştirak etdiyi tədbirdə Bakı şəhərində yol-nəqliyyat infrastrukturunun inkişafı məqsədi ilə hazırlanan layihələrin ekspertiza rəylərinə dair fikir mübadiləsi aparılıb.
Tədbir 14 oktyabr tarixində Azərbaycan Respublikasının Baş naziri Əli Əsədovun sədrliyi ilə Bakı şəhərində nəqliyyatın vəziyyətinə dair keçirilən işçi müşavirəsi zamanı verilmiş tapşırıqların icra vəziyyəti ilə bağlı keçirilib.
Bildirilib ki, Dövlət Ekoloji Ekspertiza Agentliyi tərəfindən yol infrastrukturu layihələrinə rəy verilərkən sahəcə böyük yaşıllıqların, paytaxtın iqlimi üçün qiymətli ağacların qorunmasına xüsusi önəm verilir və son illərdə Bakı şəhəri üzrə bir sıra ünvanlarda – Azadlıq prospekti ilə Əcəmi Naxçıvani küçəsinin kəsişməsində, Akademik Ziya Bünyadov prospekti, 9 saylı Bakı Peşə Liseyinin yaxınlığında, Heydər Əliyev Beynəlxalq hava Limanı – Mərdəkan dairəsi – Bilgəh avtomobil yolu, Atçılıq sovxozunun yaxılığında, Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi avtomobil yolunun 21-ci kilometrliyində və digər ərazilərdə yerüstü piyada keçidlərinin tikintisinə müsbət rəy verilib. Həmçinin, bəzi ərazilərdə yerüstü piyada keçidinin baş planına baxılıb və layihə sənədlərinin təqdim edilməsindən sonra rəy verilməsi məsələsinə baxılacaq.
Bundan əlavə, Babək prospektindən Bəkir Çobanzadə küçəsinə, M.Mehdizadə ilə S.Orucov küçələrindən Yusif Səfərov küçəsinə rahat hərəkətin təmin edilməsi, həmçinin metronun "Xətai" stansiyasından N.Rəfiyev küçəsinə sağ istiqamətdə daimi döngənin yaradılması ilə bağlı yaşıllıqların köçürülərək yolun genişləndirilməsi layihələrinə ekoloji ekspertiza rəyi verilib.
Tədbirdə həmçinin yol hərəkətinin təhlükəsizliyinə ciddi şəkildə mane olan yaşıllıqların götürülməsi, xüsusilə də yol-hərəkət nişanlarının görünməsini əngəlləyən ağac və kolların budanması, bu sahədə ictimaiyyətin maarifləndirilməsi və başqa məsələlər ətrafında da fikir mübadiləsi aparılıb.
Sonda Bakı şəhərində avtomobil nəqliyyatının fəaliyyəti ilə bağlı mövcud problemlərin operativ həlli ilə bağlı iştirakçı qurumların nümayəndələrindən ibarət operativ qrupun yaradılmasına qərar verilib. Qrup vasitəsilə Bakı şəhərində avtomobil nəqliyyatının fəaliyyətinə maneə yaradan, tıxac, qəza, bədbəxt hadisə və sair olaylara səbəb ola biləcək yaşıllıqların götrülməsi və budanması üzrə operativ, təxirəsalınmaz və nəticəyönümlü tədbirlər həyata keçiriləcək.
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Ceyhun Bayramovla İran XİN başçısı telefonda danışdı - "Xəzər dənizi bölgəsində təhlükəsizliyin təmin olunması və..."
Pensiya ilə bağlı mühim xəbər: İş stajı 25 ilə çatmayan şəxslər...
Si Cinpin Prezident İlham Əliyevə məktub ünvanlayıb
Ağdaşda 70 yaşlı qadın öldürülüb - Oğlu saxlanılıb (YENİLƏNİB)
İlham Əliyev Şamaxıda - FOTOLAR
Sabahın hava proqnozu açıqlandı
İsrail Türkiyəni vuracaqmı? - Cavab Ərdoğandan gəldi
Prezident İlham Əliyev Şahbaz Şərifə məktub göndərib - MƏTN
ABŞ-da sərnişin təyyarəsi yanğınsöndürən maşınla toqquşdu - Çoxlu ölü və yaralı var (FOTOLAR)
Sahibə Qafqarova II İlyanın dəfn mərasimində iştirak edib - FOTOLAR
TRAMP NATO-nu TƏNQİD ETDİ, İRANIN MƏHV EDİLƏCƏYİNİ DEDİ: "Hər şey yaxşı ssenari ilə davam edəcək"
Komitə sədri 37 yaşlı xanımı yüksək vəzifəyə təyin etdi
Əri Bahar Muradovadan yazdı: "Biz bir daha sübut etdik ki..." + FOTO
Saatlıda 50 yaşlı şəxs bıçaqlanıb
PREZİDENTİN AİLƏSİNİ ŞANTAJ EDƏN ŞƏXS SAXLANILDI: o, kimdir? - VİDEO
İran müharibəsi və daralan səmalar - Azərbaycan hava geopolitikasının mərkəzində (TƏHLİL)
Lalə Azərtaşın proqramında təqdim olunan həkimlər...
Moskvadan Bakıya uçan təyyarə quşlarla toqquşub - Göyərtisində kimlər olub? + VİDEO
"Xəbər məni dərindən kədərləndirdi" - Zakir Həsənov
YENİ YAŞ: ATA YOLUNUN LAYİQLİ DAVAMŞISI...
İran prezidenti: "Biz sizinlə münaqişəyə girmək fikrində deyilik”
Kamran Əliyevə ağır itki üz verib
Güclü yağış yağacaq - Xəbərdarlıq
Azərbaycan nefti 123 dollara qalxdı
Azercell Könüllüləri Novruz və Ramazan bayramları münasibətilə xeyriyyə yarmarkası təşkil edib
BU MƏZUNLARA RÜTBƏ VERİLƏCƏK
Qurbanovun bayram belə yadından çıxdı
Rəşad Sadıqov klub rəhbərlərini belə günahlandırdı - Baş məşqçidən cəsarətli sözlər
YENİ NAZİR MÜAVİNİ TƏYİN EDİLDİ
Azərbaycan XİN Tunisi təbrik edib
Ötən gün qanunsuz saxlanılan 15 avtomat, 22 tüfəng aşkarlanıb
Ceyhun Bayramov özbəkistanlı həmkarı ilə Yaxın Şərqdəki təhlükəsizliyi müzakirə edib
Səudiyyə Ərəbistanı: Ərazimizə 41 PUA və 3 raket hücumu keçirilib
İran: Əli Məhəmməd Naini bu səhər öldürülüb
"Mançester Yunayted" "Nyukasl"ın kapitanını heyətinə qatmaq istəyir - 80 milyon avro
Sabahın hava proqnozu açıqlanıb