Azərbaycanda dəhşətli hadisə: 26 yaşlı oğlan 16 yaşlı nişanlısını öldürüb

img

20-10-2022 [13:26]


Azərbaycanda 26 yaşlı oğlan 16 yaşlı nişanlısını öldürüb.

Mia.az xəbər verir ki, bu barədə Abşeron Rayon Prokurorluğu məlumat yayıb.

Bildirilib ki, oktyabrın 20-si Abşeron rayonu ərazisində 2006-cı il təvəllüdlü A.N. (ad, soyadı şərtidir) öldürülməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

Aparılan araşdırmalarla zərərçəkmişin nişanlısı, 1996-cı il təvəllüdlü Murad Həsənovun şəxsi münasibətlər zəminində aralarında yaranan münaqişə zamanı bıçaqla xəsarət yetirərək A.N. qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Abşeron Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanılıb.

Murad Həsənov şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib.

İş üzrə istintaq davam edir.


Digər xəbərlər
SON XƏBƏRLƏR
15:05 11.09.2025

Trampın Minskə gedib