Zorlanmanın baş verdiyi iddia olunan qəzetin adı bəlli oldu

img

24-04-2014 [12:09]



Bir neçə gün bundan əvvəl , Azinform.az qəzet redaksiyalarının birində zorlanma hadisəsinin olması ilə bağlı məlumat vermişdi. Həmin məlumatda bildirilirdi ki, qəzetlərdən birində çalışan xanım jurnalist Binəqədi rayon Polis İdarəsinin 5-ci bölməsinə işlədiyi redaksiyanın baş redaktoru tərəfindən zorlanması ilə bağlı şikayət verib. 

Polisdəki etibarlı mənbələr vasitəsilə belə bir şikayətin bölməyə daxil olduğunu bizə təsdiqlədilər. Həmin vaxt biz qəzetin adının "M”, baş redaktorun isə adının "S” hərfi ilə başladığı haqda məlumat vermişdik. Xanım jurnalist şikayətlə müraciət etdiyi gün qeyd edib ki, o, qəzetin 25 yaşlı baş redaktor tərəfindən 9 gün əvvəl zorlanıb. Bu ağır ittiham sübut tələb etdiyi üçün hadisənin doğrudan da baş verdiyini iddia etmək çətindi.

Baş verən hadisə redaksiyada xanımla qəzet rəhbərliyi arasında olan narazılıqdan doğan münasibətlərdən qaynaqlanan şər-böhtan da ola bilər. Bunu iddia etmək üçün kifayət qədər əsaslar da var. Sual olunur – Niyə zorlandığını iddia edən xanım həmin gün yox, hadisənin üstündən 9 gün keçdikdən sonra polisə şikayət verib? Hər halda bunları araşdırmaq hüqüq-mühafizə orqanlarının səlahiyyətindədir. Ən maraqlısı isə budur ki, Azinform.az zorlanmanın olduğu iddia edilən redaksiyanın adını tam dəqiqləşdirə bilib. Polisə şikayət "Mizan Tərəzi” adlı qəzetin xanım əməkdaşı tərəfindən verilib.

Digər xəbərlər
SON XƏBƏRLƏR