Ombudsman Aparatının üzvləri erməni əsirlərə baş çəkib
12-10-2022 [16:56]
Sentyabrın 12-dən sonra əsir düşmüş erməni hərbi qulluqçuları Azərbaycanda saxlanma şəraitindən və rəftardan razıdırlar.
Mia.az Ombudsman Aparatına istinadla bildirir ki, Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyevanın tapşırığına əsasən Ombudsmanın Milli Preventiv Qrupunun (MPQ) üzvləri tərəfindən Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasına əvvəlcədən xəbərdarlıq etmədən başçəkmə həyata keçirilib.
BMT-nin İşgəncə və digər qəddar, qeyri-insani və ya ləyaqəti alçaldan rəftar və ya cəza əleyhinə Konvensiyasının Fakültativ Protokolu və “Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (ombudsman) haqqında” Konstitusiya Qanununun tələbləri əsasında təşkil olunmuş başçəkmədə məqsəd bu müəssisədə saxlanma şəraiti və rəftar məsələlərinin, saxlanılan şəxslərin hüquqlarının təmin olunması vəziyyətinin araşdırılmasından ibarət olub.
MPQ-nin ixtisasca həkim və psixoloq üzvlərinin də iştirak etdiyi başçəkmə zamanı Ermənistanın cari ilin senyabr ayının 12-dən sonra əsir düşmüş hərbi qulluqçuları da qəbul edilib. Konfidensial qəbul zamanı hər bir saxlanılan şəxs üçün tibbi xidmət, yazışma, məlumat əldə etmək imkanlarının (televiziya, nəşrlər) təmin olunduğu müəyyən edilib. Qəbul edilmiş şəxslər saxlanma şəraitindən və rəftardan razılıqlarını bildiriblər. Başçəkmə zamanı həmin şəxslərə münasibətdə hər hansı fərq qoyulmadan milli və beynəlxalq hüquq normalarına uyğun hüquqlarının təmin edildiyi müşahidə olunub.
Başçəkmənin sonunda həmin şəxslərə öz dillərində hüquqlarının əks olunduğu nəşrlər təqdim edilib.
Qeyd olunmalıdır ki, Ermənistan İstintaq Komitəsinin mətbuat katibi Vardan Tadevosyan da mətbuata 5 oktyabr 2022-ci il tarixində verdiyi müsahibədə geri qaytarılan erməni hərbçilərin işgəncə və pis rəftara məruz qalmadığını bildirmişdi. Bu isə Azərbaycan dövlətinin Ermənistandan fərqli olaraq saxlanılan şəxslərin hüquqlarının effektiv təmininə hörmətlə yanaşdığını və beynəlxalq hüquq normalarına əməl etdiyini bir daha təsdiq edir.
Həm Birinci, həm də İkinci Qarabağ müharibələrində Azərbaycan tərəfi beynəlxalq hüququn normalarına riayət etmişdir. Azərbaycan tərəfinin yanaşmasından fərqli olaraq, Ermənistan tərəfindən İkinci Qarabağ müharibəsi nəticəsində əsir düşmüş hərbi qulluqçularımıza bir dəfə də olsun, başçəkmə həyata keçirilməmişdir. Bundan başqa, 6 ildən artıq girovluqda saxlanmış iki soydaşımızın da hüquqları kobudcasına pozulmuş, ailələri ilə əlaqə saxlamaq hüququna məhdudiyyətlər qoyulmuşdur. Halbuki Ombudsmanın Milli Preventiv Mexanizm fəaliyyəti çərçivəsində keçirilmiş başçəkmələr zamanı erməni əsirlərə ailə üzvləri ilə əlaqə saxlamaq imkanının yaradıldığı müəyyən edilib.
Ümumilikdə, həm Birinci, həm də İkinci Qarabağ müharibəsi zamanı əsir düşmüş azərbaycanlı hərbi qulluqçular, habelə beynəlxalq hüququn tələblərinə zidd olaraq girov götürülmüş mülki vətəndaşlarımız işgəncələrə və qeyri-insani rəftara məruz qalmışdırlar.
Birinci Qarabağ müharibəsi dövründə əsir və itkin düşmüş, girov götürülmüş, aralarında qadın və uşaqların da olduğu 3890 azərbaycanlının taleyi ilə bağlı dəfələrlə müraciətlər etməyimizə baxmayaraq, Ermənistan tərəfi beynəlxalq humanitar hüququn tələblərini pozaraq hələ də onların taleyi barədə məlumat verməkdən yayınır.
RƏSMİ TEHRAN ABŞ-a ÖZ ŞƏRTLƏRİNİ RƏSMƏN AÇIQLADI: "Əks halda müharibə davam edəcək"
“Qarabağ”ın qolkiperi komandadan ayrılır?
İranın yeni xəritəsi cızılır - Cənubi Azərbaycanın taleyi kürdlərin əlindədir? (TƏHLİL)
İranın qaz təsərrüaftı bombalanıb
Kolumbiyada təyyarə qəzası: 70 nəfər ölüb
Azərbaycan nefti 116 dollara qalxdı
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Ceyhun Bayramovla İran XİN başçısı telefonda danışdı - "Xəzər dənizi bölgəsində təhlükəsizliyin təmin olunması və..."
Pensiya ilə bağlı mühim xəbər: İş stajı 25 ilə çatmayan şəxslər...
Si Cinpin Prezident İlham Əliyevə məktub ünvanlayıb
Ağdaşda 70 yaşlı qadın öldürülüb - Oğlu saxlanılıb (YENİLƏNİB)
İlham Əliyev Şamaxıda - FOTOLAR
Sabahın hava proqnozu açıqlandı
İsrail Türkiyəni vuracaqmı? - Cavab Ərdoğandan gəldi
Prezident İlham Əliyev Şahbaz Şərifə məktub göndərib - MƏTN
ABŞ-da sərnişin təyyarəsi yanğınsöndürən maşınla toqquşdu - Çoxlu ölü və yaralı var (FOTOLAR)
Sahibə Qafqarova II İlyanın dəfn mərasimində iştirak edib - FOTOLAR
TRAMP NATO-nu TƏNQİD ETDİ, İRANIN MƏHV EDİLƏCƏYİNİ DEDİ: "Hər şey yaxşı ssenari ilə davam edəcək"
Komitə sədri 37 yaşlı xanımı yüksək vəzifəyə təyin etdi
Əri Bahar Muradovadan yazdı: "Biz bir daha sübut etdik ki..." + FOTO
Saatlıda 50 yaşlı şəxs bıçaqlanıb
PREZİDENTİN AİLƏSİNİ ŞANTAJ EDƏN ŞƏXS SAXLANILDI: o, kimdir? - VİDEO
İran müharibəsi və daralan səmalar - Azərbaycan hava geopolitikasının mərkəzində (TƏHLİL)
Lalə Azərtaşın proqramında təqdim olunan həkimlər...
Moskvadan Bakıya uçan təyyarə quşlarla toqquşub - Göyərtisində kimlər olub? + VİDEO
"Xəbər məni dərindən kədərləndirdi" - Zakir Həsənov
YENİ YAŞ: ATA YOLUNUN LAYİQLİ DAVAMŞISI...
İran prezidenti: "Biz sizinlə münaqişəyə girmək fikrində deyilik”
Kamran Əliyevə ağır itki üz verib
Güclü yağış yağacaq - Xəbərdarlıq
Azərbaycan nefti 123 dollara qalxdı
Azercell Könüllüləri Novruz və Ramazan bayramları münasibətilə xeyriyyə yarmarkası təşkil edib
BU MƏZUNLARA RÜTBƏ VERİLƏCƏK
Qurbanovun bayram belə yadından çıxdı
Rəşad Sadıqov klub rəhbərlərini belə günahlandırdı - Baş məşqçidən cəsarətli sözlər
YENİ NAZİR MÜAVİNİ TƏYİN EDİLDİ
Azərbaycan XİN Tunisi təbrik edib
Ötən gün qanunsuz saxlanılan 15 avtomat, 22 tüfəng aşkarlanıb