Vilayət Eyvazov polkovnikə yüksək vəzifə verdi

img

04-10-2022 [17:49]


Daxili İşlər Nazirliyinin Azərbaycanın Qazaxıstandakı səfirliyi yanında nümayəndəsi vəzifəsinə təyinat olub.

Mia.az Qaynarinfo-ya istinadla xəbər verir ki, daxili işlər naziri, general-polkovnik Vilayət Eyvazovun müvafiq əmri ilə bu vəzifəyə polkovnik-leytenant Ənvər Zöhrabbəyli təyin edilib.

Qeyd edək ki, bir neçə ay əvvəl məşhur diplomat, Azərbaycanın BƏƏ, Pakistan və Əfqanıstandakı keçmiş səfiri Daşqın Şikarovun qardaşı, polis polkovniki Nəsimi Şikarov Daxili İşlər Nazirliyinin Azərbaycanın Qazaxıstandakı səfirliyi yanında nümayəndəsi vəzifəsindən geri çağırılıb.


Digər xəbərlər
SON XƏBƏRLƏR
15:05 11.09.2025

Trampın Minskə gedib