NAXÇIVAN DÖVLƏT UNİVERSİTETİ: TƏLƏBƏLƏR ÜÇÜN İŞIQLI GƏLƏCƏYİN ÜNVANI 

img

28-09-2022 [22:52]


Cavadxan Qasımov,

Naxçıvan Dövlət Universitetinin dosenti,

İqtisad üzrə fəlsəfə doktoru

***

Naxçıvan Dövlət Universiteti yeni 2022-2023-cü tədris ilinə əhəmiyyətli hədəflərlə başlamışdır. Qarşıdakı dövrlərdə universitet ərazisində 2 hektarlıq sahədə istifadəyə veriləcək olan Texnologiyalar Parkı tədris proseslərinə daha yeni uğurlar gətirmiş olacaq.

Bunun nəticəsində, universitetin elm və təhsil sahələrindəki hədəfləri daha da əlçatan olacaqdır. Hazırkı mərhələdə ali məktəbin istər fakültələri üzrə tələbələr üçün yaradılan əlverişli tədris mühiti, istərsə də, aparılan elmi araşdırmalar, bu sahələr etibarlı potensialın yaradılmasına təminat yaratmışdır. 

Hər bir cəmiyyətin aparıcı qüvvəsi onun ixtisaslı və istedadlı kadr ehtiyatlarının formalaşdırılmasından və ondan səmərəli istifadə olunmasından ibarətdir. Modernləşən dünya təhsilinin artan tələbləri bu sahədə yeni vəzifələr müəyyən etmişdir.

Bunların içərisində də formalaşan kadr ehtiyatları:

- elmi və nəzəri baxımdan yetkin olmalı;

- nəzəriyyə ilə təcrübənin məntiqi əlaqəsini təmin edə bilən ixtisaslaşmaya cavab verməli;

- səmərəyə söykənən elmi tədqiqatların aparılmasına təminat verməli;

- daha aktual olan mövzuların elmi dövriyyəyə cəlb etməli;

- dünya elminə inteqrasiya ilə ayaqlaşmağı bacarmalı;

- texnologiyaya və innovasiyalara açıq olan potensiala malik olmalı;

- hər bir inkişaf mərhələsinin məntiqə və elmə söykənən ardıcıllığını təmin etməyi bacarmalıdır.

Bütün bu qeyd olunanlar əsas olmaqla, Naxçıvan Dövlət Universitetində həyata keçirilən tədbirlər nəticəsində, sağlam, milli ruhda böyüyən, daha təcrübəli və peşəkar kadr hazırlığı istiqamətində proseslərin əlaqəliliyini və ardıcllığını təmin etmək mümkün olmuşdur. Yeni tədris kabinələrinin yaradılması, araşdırma üçün zəruri təsisatların təşəkkülü, ayrılıqda hər bir fənnin, ümumilikdə isə, çoxprofilli fənnlərarası ortaq metodologiyanın etibarlılığı məhz universitetin tələbələri üçün nəzərdə tutulmuşdur. Bu günlər Naxçıvan Dövlət Universitetinin Təbiətşünaslıq və kənd təsərrüfatı fakültəsində Sitologiya, Histologiya, Embriologiya, Anatomiya kabinələrinin, fakültə kitabxanasının və həmin fakültənin Baytarlıq təbabəti kafedrasında Patologiya kabinəsinin, Mikrobiologiya və virusologiya laboratoriyasının açılışının olması bu sahədə mühüm nəticədir. Bu, hər şeydən əvvəl, tələbələrin hərtərəfli dövlət qayığısı ilə əhatə olunmasının bariz nəticəsidir. 

Qeyd olunmalıdır ki, yaradılmış əlverişli tədris mühiti tələbələrin elmi fəaliyyətlə məşğul olmasına da stimul vermişdir. Onların Tələbə Elmi Cəmiyyətinin xətti ilə bütün sahələrlə yanaşı, eyni zamanda, milli iqtisadiyyatın etibarlı inkişaf strategiyası ilə bağlı olan mövzuların tədqiqatlara cəlb etməsinə zəmin yaratmışdır.

Bu mövzular içərisində:

- milli iqtisadi prioritetlərlə bağlı olan sənayeləşmə siyasətinə;

- turizm sektorunun inkişaf istiqamətlərinə;

- məşğulluq siyasətinin səmərəliliyinə;

- davamlı iqtisadi islahatlar müstəvisində ölkənin regional və milli iqtisadiyyatının uzunmüddətli diversifikasiyasına;

- hər birimiz üçün qürur mənbəyi olaraq, işğaldan azad olunan ərazilərimizin milli iqtisadiyyata töhfələrinə aid olanları qeyd etmək yerinə düşər. 

Bütün bu kimi məsələlərin nəzərə alınması ilə, fakültələrdə çox istiqamətli mövzular elmi araşdırmalara cəlb olunmuş və əsaslandırılmışdır. Təkcə 2021-2022-ci tədris ili ərzində Naxçıvan Dövlət Universitetində 414 müəllimin elmi-tədqiqat işlərinə rəhbərliyi ilə 677 tələbə elmi tədqiqat işi ilə məşğul olmuşdur ki, 2020-2021-ci tədris ilinin nəticələrinə görə 20 faiz artım demək olur.    

Təbii olaraq, bütün bunlar, universitetin elmi istiqamətlər üzrə potensialını, perspektivlərini, məqsədlərini, hədəflərini və prioritetlərini daha da əlçatan etməkdədir. Eyni zamanda, bu nəticələr hər il üzrə qəbul imtahanlarında Naxçıvan Dövlət Universitetinə yüksək balla qəbul tələbələrin sayında da paralel olaraq biruzə verməkdədir. Qeyd etmək olar ki, bu uğurlar, universitetin tələbəsi adına layiq olan abituriyentlər içərisində 600-700 bal intervarlında olanların sayının artması ilə davamlı olmuşdur. Belə ki, əgər 2021-2022-ci tədris ilində universitetə 14 tələbə bu intervaldakı balla qəbul olmuşdursa, artıq 2022-2023-cü tədris ilində həmin rəqəm 25 olmuşdur.

Naxçıvan Dövlət Universiteti yeni tədris ilində də tələbələrlə işlərin düzgün qurulması sahəsində, onların ixtisaslı mütəxəsis olaraq hazırlanmasında, yetkin tədqiqatçı, təcrübəli pedaqoq, peşəkar tədris işçisi kimi formalaşmasında işlərini müəyyən etmişdir. Təbii olaraq, bu sahələr üzrə Texnologiyalar Parkının mahiyyətini çox yüksək dəyərləndirmək olar. Hələ geridə qalan tədris illəri üzrə fakültələr üzrə müvafiq ixtisasların tədris olunması texnoparkla bağlı olan proseslər üçün əlverişli zəminə çevrilmişdir. Qeyd etmək olar ki, hazırda universitetin bakalavr üzrə 70 ixtisasdan 42-si, magistr üzrə 80 ixtisasdan 43-ü məhz Texnologiyalar Parkının fəaliyyət sahəsinə daxil olmaqdadır. Bu isə, Texnoparkın istifadəyə verişməsindən sonrakı mərhələ üçün daha səmərəli nəticələr üçün əsaslar yaratmaqdadır.

Naxçıvan Dövlət Universitetinin mühüm nailiyyətlərindən birini də onun beynəxalq əməkdaşlıqlar sahəsindəki uğurları təşkil etməkdədir. Hazırda universitetin bütövlükdə, dünyanın 130-dan çox universiteti ilə əməkdaşlığı vardır. Ali məktəbimizin təkcə qardaş Türkiyə Cümhuriyyətinin 80 universiteti arasında qarşılıqlı əməkdaşlıqlara aid olan müqavilələr vardır. Son illərdə bu əməkdaşlıqlar daha da inkişaf etdirilmiş, xüsusilə də, ikili diplom layihələrinin reallaşması ilə uğurlu olmuşdur. Qeyd etmək olar ki, əgər 2021-2022-ci tədris ilində Naxçıvan Dövlət Universitetində 1029 əcnəbi tələbə təhsil almışdırsa, cari tədri ilində bu göstərici artıq 2000-dən artıq təşkil etmişdir. Gündəlik dövlət qayğısının nəticəsində əcnəbi tələbələrin etibarlı təhsil imkanlarından yararlanmaları istiqamətində zəruri olan tədbirlər həyata keçirilmişdir. Qeyd edək ki, Xarici dillər fakültəsində İngilis dili və metodika, Roman-german dilləri, İngilis dili və tərcümə, Rus və şərq dilləri kafedraları, xarici ölkə ədəbiyyatı və 2 linqafon kabinəsi, eləcə də “Tədris – metodiki mərkəz”, “Sinxron tərcümə mərkəzi”, “Fransız dili”, “İngilis dili”, “Alman dili”, “Rus dili”, “Ərəb dili”, “Fars dili” mərkəzləri və “Tərcümə mərkəzi” fəaliyyət göstərir ki, bütün bunlar da universitet idarəetməsinin, müəllim keyfiyyətlərinin və tələbə yetkinliyinin çox mühüm göstəriciləri olaraq əhəmiyyət kəsb edəcəkdir. Belə ki, Universitetin Xarici dillər fakültəsində İngilis dili müəllimliyinin, Fransız dili müəllimliyi, Alman dili müəllimliyi, Rus dili müəllimliyi, Tərcümə (İngilis-Azərbaycan dilləri), Tərcümə (Ərəb-Azərbaycan dilləri), Tərcümə (Fars-Azərbaycan dilləri) olmaqla, 7 ixtisas üzrə əcnəbi tələbələrin də ali təhsil alması üçün səmərəli şərait yaradılmışdır.

Beləliklə, Naxçıvan Dövlət Universiteti 2022-2023-cü tədris ilində də qətiyyətlə müəyyən etmiş olduğu hədəflərinə doğru addımlamaqdadır. Mütəxəssis hazırlığının çox mühüm hərəkətverici qüvvəsi olan bu proseslər qarşıdakı dövrlərin çox mühüm təhsil uğurlarına çevriləcək. Xeyirli olsun.

Mia.az


Digər xəbərlər
SON XƏBƏRLƏR
12:08 18.03.2024

HADI və BIDININ nağılı