Daha bir ölkə öz vətəndaşlarına səsləndi: "Rusiyanı tərk edin"

Daha bir ölkə öz vətəndaşlarına səsləndi: "Rusiyanı tərk edin"

DÜNYA

28.09.2022, 21:37

Latviya öz vətəndaşlarını Rusiyanı tərk etməyə çağırıb.

Bu barədə Latviyanın xarici işlər naziri Edqars Rinkeviçs tviterdə yazıb.

"Beynəlxalq vəziyyətin gərginləşməsini nəzərə alaraq, ölkə vətəndaşlarının Rusiyaya getməsinə, hazırda Rusiyada olanların isə mümkün qədər ölkəni tez tərk etməsinə çağırırıq", - paylaşımda qeyd edilir/Report.

Xatırladaq ki, bu gün ABŞ-ın Rusiyadakı Səfirliyi də amerikalıları Rusiyanı dərhal tərk etməyə çağırıb.

Mia.az

Dİgər xəbərlər

SON XƏBƏRLƏR

BÜTÜN XƏBƏRLƏR