Daha bir bankın əmlakları hərraca çıxarılıb

img

22-09-2022 [14:58]


Oktyabrın 5-də "Bakı Hərrac Mərkəzi" MMC-də ləğv prosesində olan "Atabank” ASC-nin daşınar əmlaklarının satışı üzrə növbəti açıq hərrac keçiriləcək.

Mia.az xəbər verir ki, bu barədə Bankın ləğvedicisi - Azərbaycan Əmanətlərin Sığortalanması Fondu (ADIF) məlumat yayıb.

Məlumata görə, söhbət 2 ədəd "Hitachi" və 1 ədəd "Panasonic" markalı kondisionerlərdən, 1 ədəd "Maktek" markalı kombidən, 6 ədəd kombi radiatorundan, 9 ədəd kameradan, 1 ədəd bunker seyf qapıdan və 1 ədəd bunker dəmir barmaqlıqdan gedir. Əmlaklara ümumilikdə 3 520 manat qiymət qoyulub.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA