Ceyhun Bayramov: "Bizim bu yanaşmamız ABŞ tərəfindən də yüksək qiymətləndirilib” - "Ermənistan konstruktiv olaraq sülh gündəliyinə yönəlməlidir"
22-09-2022 [14:47]
“Biz sülh gündəliyimizə sadiqliyimizi nümayiş etdirdik, sülh müqaviləsi üzrə görüşün keçirilməsi təklifimizin qüvvədə olduğunu bildirdik. Bizim bu yanaşmamız ABŞ tərəfindən də yüksək qiymətləndirilib”.
Bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov “Real TV”yə müsahibəsində deyib.
O vurğulayıb ki, rəsmi Bakı bölgədə sülh və sabitliyin bərpasını istəyir.
“Dövlət Departamentinin açıqlamasına diqqət yetirsəniz, orada da tərəflərə sülh müqaviləsi üzrə danışıqları ən qısa müddət ərzində davam etdirilməsi çağırışı var. Hətta sentyabr ayının sonunadək belə bir görüşün keçirilməsi gözləntisi və çağırışı var. Hər kəs istəyir ki, gərginlik olmasın, bölgədə sülh və əmin-amanlıq bərqərar olunsun”, - XİN başçısı vurğulayıb/Report.
Nazir deyib ki, Ermənistan konstruktiv olaraq sülh gündəliyinə yönəlməlidir: "Ermənistanın dediyi sözlə əməli arasında fərq var. Ermənistan sözdə sülh prosesinə sadiqliyini ifadə edir. Onlar delimitasiya prosesinin aparılmasının tərəfdarı olduğunu deyirlər. Amma Ermənistan Təhlükəsizlik Şurasının baş katibi bu ilin iyul ayında etiraf etmişdi ki, terrorçular hələ Qarabağdan çıxarılmayıb. Deməli, ən azı 2 il ərzində ermənilər üçtərəfli sazişi pozublar. Necə olur ki, Laçın şəhəri və ətrafında 2021-ci il Ermənistan istehsallı 1300-dən çox mina aşkarlanıb. Elə isə üçtərəfli sazişə sadiqlikdən necə danışmaq olar? Ermənistan konstruktiv olaraq sülh gündəliyinə yönəlməlidir. Bu, Nyu-Yorkdakı görüşdə bir daha diqqətə çatdırıldı”.
XİN başçısının sözlərinə görə, belə həssas bir məqamda, kövrək sülhün əldə edilməsi şansı varkən əsassız iddialar səsləndirilərək revanşistlərə “nəfəs verilməsi” siyasi məsuliyyətsizlikdir: "Bunu başqa cür adlandırmaq çətindir. Müxtəlif ölkələrin ikili standartları adətən həmin ölkələrdəki seçkilər ərəfəsində özünü büruzə verir. Həm Fransada, həm ABŞ-da, çox böyük erməni lobbisi var. Onlar seçki prosesləri zamanı kampaniyaları dəstəkləyirlər. Dünyada baş verən bu proseslər siyasətin reallıqlarıdır. Biz təmkinli olmalıyıq. Bizim heç bir illuziyamız yoxdur. Ancaq sözümüzü deyəcəyik”.
Qeyd edək ki, sentyabrın 19-da Nyu-Yorkda ABŞ dövlət katibi Antoni Blinken, Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov və Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan arasında üçtərəfli görüş olub.
Danışıqlar BMT Baş Assambleyasının 77-ci sessiyası çərçivəsində A.Blinkenin vasitəçiliyi ilə baş tutub.
Mia.az
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Ceyhun Bayramovla İran XİN başçısı telefonda danışdı - "Xəzər dənizi bölgəsində təhlükəsizliyin təmin olunması və..."
Pensiya ilə bağlı mühim xəbər: İş stajı 25 ilə çatmayan şəxslər...
Si Cinpin Prezident İlham Əliyevə məktub ünvanlayıb
Ağdaşda 70 yaşlı qadın öldürülüb - Oğlu saxlanılıb (YENİLƏNİB)
İlham Əliyev Şamaxıda - FOTOLAR
Sabahın hava proqnozu açıqlandı
İsrail Türkiyəni vuracaqmı? - Cavab Ərdoğandan gəldi
Prezident İlham Əliyev Şahbaz Şərifə məktub göndərib - MƏTN
ABŞ-da sərnişin təyyarəsi yanğınsöndürən maşınla toqquşdu - Çoxlu ölü və yaralı var (FOTOLAR)
Sahibə Qafqarova II İlyanın dəfn mərasimində iştirak edib - FOTOLAR
TRAMP NATO-nu TƏNQİD ETDİ, İRANIN MƏHV EDİLƏCƏYİNİ DEDİ: "Hər şey yaxşı ssenari ilə davam edəcək"
Komitə sədri 37 yaşlı xanımı yüksək vəzifəyə təyin etdi
Əri Bahar Muradovadan yazdı: "Biz bir daha sübut etdik ki..." + FOTO
Saatlıda 50 yaşlı şəxs bıçaqlanıb
PREZİDENTİN AİLƏSİNİ ŞANTAJ EDƏN ŞƏXS SAXLANILDI: o, kimdir? - VİDEO
İran müharibəsi və daralan səmalar - Azərbaycan hava geopolitikasının mərkəzində (TƏHLİL)
Lalə Azərtaşın proqramında təqdim olunan həkimlər...
Moskvadan Bakıya uçan təyyarə quşlarla toqquşub - Göyərtisində kimlər olub? + VİDEO
"Xəbər məni dərindən kədərləndirdi" - Zakir Həsənov
YENİ YAŞ: ATA YOLUNUN LAYİQLİ DAVAMŞISI...
İran prezidenti: "Biz sizinlə münaqişəyə girmək fikrində deyilik”
Kamran Əliyevə ağır itki üz verib
Güclü yağış yağacaq - Xəbərdarlıq
Azərbaycan nefti 123 dollara qalxdı
Azercell Könüllüləri Novruz və Ramazan bayramları münasibətilə xeyriyyə yarmarkası təşkil edib
BU MƏZUNLARA RÜTBƏ VERİLƏCƏK
Qurbanovun bayram belə yadından çıxdı
Rəşad Sadıqov klub rəhbərlərini belə günahlandırdı - Baş məşqçidən cəsarətli sözlər
YENİ NAZİR MÜAVİNİ TƏYİN EDİLDİ
Azərbaycan XİN Tunisi təbrik edib
Ötən gün qanunsuz saxlanılan 15 avtomat, 22 tüfəng aşkarlanıb
Ceyhun Bayramov özbəkistanlı həmkarı ilə Yaxın Şərqdəki təhlükəsizliyi müzakirə edib
Səudiyyə Ərəbistanı: Ərazimizə 41 PUA və 3 raket hücumu keçirilib
İran: Əli Məhəmməd Naini bu səhər öldürülüb
"Mançester Yunayted" "Nyukasl"ın kapitanını heyətinə qatmaq istəyir - 80 milyon avro
Sabahın hava proqnozu açıqlanıb