Şəhid Sadiq İsayev Salyanda dəfn edilib - FOTOLAR

img

16-09-2022 [15:05]


Ermənistan Silahlı Qüvvələrinin təxribatı nəticəsində Salyan rayonunun Arbatan kənd sakini, 2003-cü il təvəllüdlü əsgər İsayev Sadiq Rəşad oğlu şəhid olub.

Məlumata görə, şəhidin nəşi doğulduğu Arbatan kəndinə gətiriləndən sonra yaşadığı evdə vida mərasimi keçirilib.

Daha sonra 19 yaşlı şəhid İsayev Sadiq Rəşad oğlu Salyan şəhidlər xiyabanında torpağa tapşırılıb.

Qeyd edək ki, ailədə 2 qardaş olan şəhidin böyük qardaşı hazırda hərbi xidmət keçir.APA.

Allah rəhmət eləsin!

img img

Digər xəbərlər
SON XƏBƏRLƏR
15:05 11.09.2025

Trampın Minskə gedib