Roma Papası:"Öyrəndim ki, Qafqazda yeni gərginlik ocaqları alovlanıb, hər kəsi sülh üçün dua etməyə çağırıram"

img

14-09-2022 [18:25]


Roma Papası Fransisk Azərbaycan və Ermənistan arasında gərginliyin sülh yolu ilə tənzimlənməsi üçün hər kəsi dua etməyə çağırıb.

Bu barədə Papa Qazaxıstanın Nur-Sultan şəhərində keçirilən mərasimdə çıxışı zamanı deyib.

"Narahatlıqla öyrəndim ki, bu saatlarda Qafqaz regionunda yeni gərginlik ocaqları alovlanıb. Hər kəsi sülh üçün dua etməyə çağırıram. Dua edək ki, razılaşma fitnədən üstün olsun", - o bildirib/Report.

Qeyd edək ki, Roma Papası Fransisk Qazaxıstanda səfərdədir. O, Dünya və Ənənəvi Dinlərin Liderlərinin VII Qurultayında iştirak edir.

Mia.az


Digər xəbərlər
SON XƏBƏRLƏR
13:24 22.09.2025

Qəzzada itkilər artıb

12:31 22.09.2025

Sabah yağış yağacaq

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA