Hüseyn Dəryanın anası Rəqsanənin pulunu qaytardı

img

22-04-2014 [11:59]


Mərhum rep ifaçısı Hüseyn Dəryanın aprelin 24-ü 40 mərasimidir. Buna baxmayaraq mərhumun adı ətrafında müxtəlif şayiə və söz-söhbət səngimək bilmir.

ANS PRESS-in məlumatına görə, növbəti qalmaqal müğənni Rəqsanə ilə Hüseyn Dəryanın anası arasında yaşanıb. Buna səbəb olaraq isə Rəqsanənin mərhumun 40 mərasimini və qəbirüstünü götürməyinin xərclərini üzərinə götürməsi olub. Dediyi sözün üzərində duran ifaçı Hüseyn Dəryanın qəbiri ətrafında işı başlayıb. Buna baxmayaraq mərhumun ailəsi buna qarşı çıxıb və Rəqsanənin köməyinə ehtiyacı olmadığını bildirib. Rep ifaçısının anası Abtab Muradova ANS telekanalında yayımlanan "Adam içində" verilişinə qatılaraq öz narazılığını bildirib və daşın hazırlanmasını sona çatdırmağa icazə verməyib.

Abtab xanımın dediklərindən sonra Rəqsanə İsmaylova xərclədiyi pulu geri tələb edib. Bundan sonra isə ötən gün efirə gedən veriliş zamanı Hüseyn Dəryanın anası Rəqsanənin xərclədiyi 1550 manat miqdarında olan pulu aparıcı Afət Rahilqızına verərək Rəqsanəyə çatdırmasını istəyib.

Digər xəbərlər
SON XƏBƏRLƏR