Allahşükür Paşazadə Qazaxıstanda Şeyx Əhməd Ət-Tayyib ilə görüşüb
14-09-2022 [19:00]
Dünya və ənənəvi din liderlərinin VII Qurultayında iştirak üçün Qazaxıstanda səfərdə olan Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadə sentyabrın 13-də qurultay dəvətlisi Əl-Əzhərin Baş İmamı, Şeyx Əhməd Ət-Tayyib ilə görüşüb.
QMİ-nin Mətbuat Xidmətindən Mia.az-a verilən məlumata görə, görüşdə qarşılıqlı maraq kəsb edən məsələlərə toxunulub. Şeyxülislam A. Paşazadə Azərbaycan Prezidenti İlham Əliyevin salamlarını nüfuzlu müsəlman din xadimi - Əl-Əzhərin Baş İmamına yetirib.
Müsəlman Ağsaqqalları şurasına üzv seçilməyi ilə əlaqədar QMİ sədri Şeyxülislam A. Paşazadə bu məsələdə təşəbbüskar roluna görə Əl-Əzhərin Baş İmamı Şeyx Əhməd Ət-Tayyibə təşəkkürünü ifadə edib.
Bildirib ki, Əl-Əzhərin Baş İmamının İslam ümmətinin mənafeyinə xidmət edən böyük səylərinə hər zaman dəstək verəcəkdir. Şeyx Əhməd ət-Tayyibin müsəlman aləminin qabaqcıl şəxsiyyətlərindən biri olduğunu, onunla görüşməkdən şərəf duyduğunu bildirən Şeyxülislam A. Paşazadə Əl-Əzhərin Baş İmamı ilə Roma Papası arasında Abu-Dabidə İnsan qardaşlığına dair sənədin imzalanma mərasimində iştirak etməyindən qürur hissi keçirdiyini diqqətə çatdırdı. QMİ sədri əlavə etdi ki, fəaliyyətində, iştirak etdiyi bütün dinlərarası əməkdaşlıq müstəvilərində bu sənədin müddəalarını fəal təşviq edir.
Əl-Əzhərin Baş İmamı Şeyx Əhməd Ət-Tayyib, öz növbəsində, Azərbaycanın möhtərəm dövlət başçısına səmimi salamlarını yetirməyi Şeyxülislamdan rica etdi və yaxın zamanlarda ölkəmizi ziyarət edəcəyinə inandığını bildirdi. Şeyxülislam Allahşükür Paşazadəni Müsəlman Ağsaqqalları Şurasına üzv seçilməyindən sonra baş tutan ilk görüşlərində şəxsən təbrik etməkdən şad olduğunu bildirdi. Əlavə etdi ki, Azərbaycan qədim müsəlman diyarı, İslam mədəniyyətinə nəhəng şəxsiyyətlər bəxş etmiş diyardır. Əmin olduğunu qeyd etdi ki, Şeyxülislam özünün onilliklərlə ölçülən böyük təcrübəsi, nüfuzu və genişmiqyaslı fəaliyyəti ilə Şuranın nüfuzuna güc qatacaqdır. Görüşdə ümumi mövqe olaraq bildirildi ki, İslama və İslam sivilizasiyasına qarşı təxribatların qarşısını almaq, dəyərlərimizi yad təsirlərdən qorumaq birgə vəzifəmizdir. Nüfuzlu müsəlman dini lideri bu çətin vəzifənin həyata keçirilməsində Şeyxülislam A. Paşazadənin dəyərli təcrübəsinə böyük ehtiyac olduğunu qeyd edib.
Sabahdan bəzi yerlərdə yağıntı intensivləşəcək - Xəbərdarlıq
"Güney Azərbaycan artıq kənardan izlənilən region deyil" - TƏHLİL
Xəzər rayonunda qaya daşlarını zədələyən şəxs saxlanılıb
Sabah hava necə olacaq? - Proqnoz
“Aİ-92” markalı benzin ucuzlaşacaq, yoxsa...? - Ekspertdən bahalaşan neftlə bağlı açıqlama
"Mənə dedilər ki, sən neynirsən?" - Niyaməddin Musayev
"Türkiyə və Azərbaycan müharibəyə sürüklənir" - TƏHLİL
RƏSMİ TEHRAN ABŞ-a ÖZ ŞƏRTLƏRİNİ RƏSMƏN AÇIQLADI: "Əks halda müharibə davam edəcək"
“Qarabağ”ın qolkiperi komandadan ayrılır?
İranın yeni xəritəsi cızılır - Cənubi Azərbaycanın taleyi kürdlərin əlindədir? (TƏHLİL)
İranın qaz təsərrüaftı bombalanıb
Kolumbiyada təyyarə qəzası: 70 nəfər ölüb
Azərbaycan nefti 116 dollara qalxdı
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Ceyhun Bayramovla İran XİN başçısı telefonda danışdı - "Xəzər dənizi bölgəsində təhlükəsizliyin təmin olunması və..."
Pensiya ilə bağlı mühim xəbər: İş stajı 25 ilə çatmayan şəxslər...
Si Cinpin Prezident İlham Əliyevə məktub ünvanlayıb
Ağdaşda 70 yaşlı qadın öldürülüb - Oğlu saxlanılıb (YENİLƏNİB)
İlham Əliyev Şamaxıda - FOTOLAR
Sabahın hava proqnozu açıqlandı
İsrail Türkiyəni vuracaqmı? - Cavab Ərdoğandan gəldi
Prezident İlham Əliyev Şahbaz Şərifə məktub göndərib - MƏTN
ABŞ-da sərnişin təyyarəsi yanğınsöndürən maşınla toqquşdu - Çoxlu ölü və yaralı var (FOTOLAR)
Sahibə Qafqarova II İlyanın dəfn mərasimində iştirak edib - FOTOLAR
TRAMP NATO-nu TƏNQİD ETDİ, İRANIN MƏHV EDİLƏCƏYİNİ DEDİ: "Hər şey yaxşı ssenari ilə davam edəcək"
Komitə sədri 37 yaşlı xanımı yüksək vəzifəyə təyin etdi
Əri Bahar Muradovadan yazdı: "Biz bir daha sübut etdik ki..." + FOTO
Saatlıda 50 yaşlı şəxs bıçaqlanıb
PREZİDENTİN AİLƏSİNİ ŞANTAJ EDƏN ŞƏXS SAXLANILDI: o, kimdir? - VİDEO
İran müharibəsi və daralan səmalar - Azərbaycan hava geopolitikasının mərkəzində (TƏHLİL)
Lalə Azərtaşın proqramında təqdim olunan həkimlər...
Moskvadan Bakıya uçan təyyarə quşlarla toqquşub - Göyərtisində kimlər olub? + VİDEO
"Xəbər məni dərindən kədərləndirdi" - Zakir Həsənov
YENİ YAŞ: ATA YOLUNUN LAYİQLİ DAVAMŞISI...
İran prezidenti: "Biz sizinlə münaqişəyə girmək fikrində deyilik”
Kamran Əliyevə ağır itki üz verib
Güclü yağış yağacaq - Xəbərdarlıq
Azərbaycan nefti 123 dollara qalxdı
Azercell Könüllüləri Novruz və Ramazan bayramları münasibətilə xeyriyyə yarmarkası təşkil edib
BU MƏZUNLARA RÜTBƏ VERİLƏCƏK