Rəsmi Kiyevdən Azərbaycan - Ermənistan sərhəddindəki gərginliyə reaksiya: “Rusiya sülhməramlıların səyləri əhəmiyyətsizdir"

img

13-09-2022 [11:49]


Ukrayna Xarici İşlər Nazirliyi (XİN) Ermənistanla Azərbaycan arasındakı gərginliyə münasibət bildirib.

"Ukrinform” xəbər verir ki, bu barədə XİN sözçüsü Oleq Nikolenko danışıb.

O, tərəfləri gərginliyin diplomatik və siyasi yolla həllinə çağırıb: “Rusiyanın vasitəçiliyi və Rusiya sülhməramlıların səyləri əhəmiyyətsizdir. Ukrayna sərhəddəki durumu diqqətlə izləyir. Biz tərəfləri beynəlxalq hüquq normalarına uyğun şəkildə gərginliyin siyasi-diplomatik yolla həllinə çağırırıq”, - XİN sözçüsü bildirib/Report.


Digər xəbərlər
SON XƏBƏRLƏR
00:04 08.11.2024

Bu gün Zəfər Günüdür