Mirmahmud Mirəlioğlunun səhhəti ilə bağlı açıqlama: "Ümidimiz Allahadır"

img

12-09-2022 [16:57]


Klassik Xalq Cəbhəsi Partiyasının sədri Mirmahmud Mirəlioğlu Türkiyənin Ankara şəhərində xəstəxanaya yerləşdirilib.

Mia.az xəbər verir ki, bu barədə Qaynarinfo-ya Mirmahmud Mirəlioğlunun ailəsindən məlumat verilib.

Ailə üzvlərinin verdiyi məlumata görə, partiya sədrinin müayinələrinin cavabı açıqlanmayıb: "Hələ ki, müayinələr götürülür. Bütün müayinələr hazır olduqdan sonra Mirmahmud ağanın sağlıq durumu ilə bağlı həkimlər qərar verəcək. Amma ümidimiz Allahadır".

Qeyd edək ki, bir neçə gün öncə Klassik Xalq Cəbhəsi Partiyasının sədri Mirmahmud Mirəlioğlunun səhhətində problem yaranıb.


Digər xəbərlər
SON XƏBƏRLƏR
12:50 12.09.2025

Sabah yağış yağacaq