Laçındakı “Ağzıbir” mağarasında erməni vandallığı - VİDEO
12-09-2022 [00:12]
"Laçın rayonu Ermənistanın işğalı altında olduğu müddətdə Qarıqışlaq kəndi yaxınlığındakı "Ağzıbir" adlanan qədim insan yaşayış məskənində ağlasığmaz vandallıq aktı törədilib".
Mia.az AzNews.az-a istinadla xəbər verir ki, bu barədə 6-8 sentyabr 2022-ci il tarixində Laçında ezamiyyətdə olan AzNews.az analitik-informasiya portalının baş redaktoru Taleh Şahsuvarlı məlumat verib.
Baş redaktor aşkar etdiyi vandallıq faktı ilə bağlı Azərbaycan Respublikası Prezidentinin köməkçiləri Anar Ələkbərov və Hikmət Hacıyevə, Birinci vitse-prezidentinin Katibliyinin rəisi Altay Həsənova, Prezident Administrasiyasının Humanitar siyasət, diaspor, multikultiralizm və dini məsələlər şöbəsinin müdiri Fərəh xanım Əliyevaya və Mədəniyyət naziri Anar Kərimova müraciət ünvanlayıb.
Müraciətdə deyilir:
Çox hörmətli dövlət rəsmilərimiz!
Mən AzNews.az analitik-informasiya portalının baş redaktoru olaraq 06 sentyabr-08 sentyabr 2022-ci ildə prezident, Ali Baş Komandan İlham Əliyevin sərkərdəliyi ilə gerçəkləşmiş 44 günlük şanlı savaş nəticəsində işğaldan azad olunmuş Laçın rayonunda səfərdə olmuşam. Səfər zamanı babalarımın yurdu olan Laçın rayonunun Qarıqışlaq kəndini ziyarət etmişəm.
Orta məktəbdə oxuduğum illərdə bütün yay tətillərim Qarıqışlaq kəndində keçdiyindən həmin ərazini xeyli dərəcədə tanıyıram. Odur ki, kəndin yaxınlığında və “Ağ qaya” adlanan yüksəklik istiqamətində yerləşən qədim “Ağzıbir” mağarasına da baş çəkdim. Bu mağara təkcə Laçın rayonunda və Azərbaycanda deyil, bütün dünyada ən qədim insan yaşayış məskənlərindən biridir. Mağaranın ustalar tərəfindən xüsusi yonulmuş qapısı və iki pəncərəsi var. Dəqiq xatırlayıram ki, mağaranın başında daşdan yonulmuş xüsusi taxt vardı. Bu taxtın orta hissəsi daha qəlbi, sağ və sol hissələri isə nisbətən aşağıda idi. Bu da görənlərdə belə bir rəy yaradırdı ki, ortadakı qəlbi hissədə çar, onun bir tərəfində çarın xanımı, digər tərəfdə isə, vəliəhd şahzadə otururmuş. Yaddaşım məni aldatmasın deyə Bakıya qayıtdıqdan sonra Qarıqışlaq kəndində doğulmuş, böyümüş və ixtisasca tarixçi olan bir neçə qohumumdan da bu barədə soruşdum. Onlar da təsdiq etdilər ki, məsələ yaddaşımda düz qalıb, mağaranın yuxarı hissəsində gerçəkdən də daşdan yonulmuş taxt varmış.
Lakin “Ağzıbir” qədim yaşayış məskənini ziyarət etdiyim zaman məlum oldu ki, Laçın rayonu işğal altında olduğu müddətdə erməni vandalları tarixi abidəyə böyük maddi ziyan vuraraq mağarada daşdan yonulmuş həmin taxtı sökərək aparıblar. Eyni zamanda taxtın ən qəlbi hissəsinin altında hazırda təxminən 40-50 santimetrlik quyu gördüm. Bu da onu göstərir ki, taxtın yerində qazıntı aparılıb. Quyunun simmetrikliyinə görə ehtimal oluna bilər ki, oradan dəfinə də tapılıb. Təxmin etmək çətin deyil ki, həmin daş taxt və əgər tapılıbsa, dəfinə Ermənistan tərəfindən müəyyən müddət sonra tamam başqa yerlərdə “aşkarlanaraq” “qədim erməni mədəniyyəti” kimi təqdim olunacaq.
Odur ki, bu müraciəti Sizlərə ünvanlayaraq həmin əraziyə mütəxəssislərdən ibarət ekspedisiya göndərilməsini, vandallıq faktlarının sənədləşdirilməsini və məsələnin müvafiq beynəlxalq təşkilatlar, o cümlədən UNESKO qarşısında qaldırılmasını xahiş edirəm".
Müraciətə əlavə olunan və Taleh Şahsuvarlı tərəfindən “Ağzıbir” mağarasında çəkilən videonu təqdim edirik.
Sabahdan bəzi yerlərdə yağıntı intensivləşəcək - Xəbərdarlıq
"Güney Azərbaycan artıq kənardan izlənilən region deyil" - TƏHLİL
Xəzər rayonunda qaya daşlarını zədələyən şəxs saxlanılıb
Sabah hava necə olacaq? - Proqnoz
“Aİ-92” markalı benzin ucuzlaşacaq, yoxsa...? - Ekspertdən bahalaşan neftlə bağlı açıqlama
"Mənə dedilər ki, sən neynirsən?" - Niyaməddin Musayev
"Türkiyə və Azərbaycan müharibəyə sürüklənir" - TƏHLİL
RƏSMİ TEHRAN ABŞ-a ÖZ ŞƏRTLƏRİNİ RƏSMƏN AÇIQLADI: "Əks halda müharibə davam edəcək"
“Qarabağ”ın qolkiperi komandadan ayrılır?
İranın yeni xəritəsi cızılır - Cənubi Azərbaycanın taleyi kürdlərin əlindədir? (TƏHLİL)
İranın qaz təsərrüaftı bombalanıb
Kolumbiyada təyyarə qəzası: 70 nəfər ölüb
Azərbaycan nefti 116 dollara qalxdı
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Ceyhun Bayramovla İran XİN başçısı telefonda danışdı - "Xəzər dənizi bölgəsində təhlükəsizliyin təmin olunması və..."
Pensiya ilə bağlı mühim xəbər: İş stajı 25 ilə çatmayan şəxslər...
Si Cinpin Prezident İlham Əliyevə məktub ünvanlayıb
Ağdaşda 70 yaşlı qadın öldürülüb - Oğlu saxlanılıb (YENİLƏNİB)
İlham Əliyev Şamaxıda - FOTOLAR
Sabahın hava proqnozu açıqlandı
İsrail Türkiyəni vuracaqmı? - Cavab Ərdoğandan gəldi
Prezident İlham Əliyev Şahbaz Şərifə məktub göndərib - MƏTN
ABŞ-da sərnişin təyyarəsi yanğınsöndürən maşınla toqquşdu - Çoxlu ölü və yaralı var (FOTOLAR)
Sahibə Qafqarova II İlyanın dəfn mərasimində iştirak edib - FOTOLAR
TRAMP NATO-nu TƏNQİD ETDİ, İRANIN MƏHV EDİLƏCƏYİNİ DEDİ: "Hər şey yaxşı ssenari ilə davam edəcək"
Komitə sədri 37 yaşlı xanımı yüksək vəzifəyə təyin etdi
Əri Bahar Muradovadan yazdı: "Biz bir daha sübut etdik ki..." + FOTO
Saatlıda 50 yaşlı şəxs bıçaqlanıb
PREZİDENTİN AİLƏSİNİ ŞANTAJ EDƏN ŞƏXS SAXLANILDI: o, kimdir? - VİDEO
İran müharibəsi və daralan səmalar - Azərbaycan hava geopolitikasının mərkəzində (TƏHLİL)
Lalə Azərtaşın proqramında təqdim olunan həkimlər...
Moskvadan Bakıya uçan təyyarə quşlarla toqquşub - Göyərtisində kimlər olub? + VİDEO
"Xəbər məni dərindən kədərləndirdi" - Zakir Həsənov
YENİ YAŞ: ATA YOLUNUN LAYİQLİ DAVAMŞISI...
İran prezidenti: "Biz sizinlə münaqişəyə girmək fikrində deyilik”
Kamran Əliyevə ağır itki üz verib
Güclü yağış yağacaq - Xəbərdarlıq
Azərbaycan nefti 123 dollara qalxdı
Azercell Könüllüləri Novruz və Ramazan bayramları münasibətilə xeyriyyə yarmarkası təşkil edib
BU MƏZUNLARA RÜTBƏ VERİLƏCƏK