Lavrov: "Ukraynanın danışıqlardan çəkilməsi prosesi çətinləşdirir"

img

11-09-2022 [16:17]


Rusiya Ukrayna ilə danışıqlardan imtina etmir.

TASS xəbər verir ki, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov deyib.

Rusiya xarici siyasət idarəsinin rəhbəri qeyd edib ki, rəsmi Moskva Ukrayna ilə danışıqlardan boyun qaçırmır.

"Lakin Ukraynanın danışıqlardan çəkilməsi prosesi çətinləşdirir" - Lavrov qeyd edib.

Lavrov xatırladıb ki, Moskvanın mövqeyini Rusiya Prezidenti Vladimir Putin Dövlət Dumasının rəhbərliyi və fraksiya rəhbərləri ilə görüşündə bildirib.

“Prezident görüş iştirakçılarına müraciət edərək Ukraynanın tarixi barədə deyib ki, danışıqlardan imtina etmirik, lakin imtina edənlər başa düşməlidirlər ki, bu prosesi nə qədər gecikdirsələr, bizimlə danışıqlar aparmaq o qədər çətin olacaq”, - nazir vurğulayıb/Report.


Digər xəbərlər
SON XƏBƏRLƏR
13:24 22.09.2025

Qəzzada itkilər artıb

12:31 22.09.2025

Sabah yağış yağacaq

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA