MİQ imtahanlarından keçən və 5 il təcrübəsi olan müəllimlər... - Onlar da sertifikalaşdırmaya cəlb ediləcək

img

09-09-2022 [11:44]


“MİQ imtahanlarından keçmiş və 5 il təcrübəsi olan müəllimləri yaxın günlərdə sertifikalaşdırmaya cəlb edəcəyik”.

Mia.az xəbər verir ki, bunu Elm və təhsil naziri Emin Əmrullayev deyib.

O bildirib ki, həmin müəllimlər işlədikləri rayonlarda imtahan verəcək: “Bu, təxminən, 300-dən artıq şəxs deməkdir. Əminəm ki, həmin müəllimlərin 50 faizdən çoxu 51 baldan yüksək olacaq”.

Nazir onu da qeyd edib ki, sertifikasiyadan keçən minlərlə müəllimin sentyabrdan başlayaraq əməkhaqlarında əlavələr olacaq.


Digər xəbərlər
SON XƏBƏRLƏR
12:50 12.09.2025

Sabah yağış yağacaq