Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
09-09-2022 [00:07]
Qoç - başladığınız işləri yarımçıq qoymayın. Ötən həftənin probleminin indi gündəmdə qalan fəsadlarını aradan qaldırın. Yaxın vaxtlarda situasiya intensivləşə bilər. Qəfil işgüzar təkliflər ala bilərsiniz. İşlərdə diqqətli məşğul olun, xəyallara dalmayın, illüziyalara qapılmayın. Peşəkər fəaliyyətinizlə bağlı məsələlərdə qətiyyətli olun. Aldığınız dəvətlərdən imtina etməyin.
Günün ikinci yarısında sakitliyə, istirahətə ehtiyac yaranacaq. Tək qalmaq istəyəcəksiniz. Səs-küy, tələskənlikdən uzaq durun. Gerçəkdən də, mühüm işlərlə məşğul olun. Gələcəklə bağlı planlar qura bilərsiniz.
Buğa - günün ilk yarısı uğurlu olacaq. Mühüm işgüzar görüşlər və ya danışıqların sonucu pis olmayacaq. Dinamik, aktiv olun. Rəqibləri üstələməyə çalışın. Saatlar keçdikcə mənfi təmayüllərin təsiri güclənəcək. İşdə fikir ayrılıqları və mübahisələr istisna deyil. Ailədəki anlaşılmazlıqların münaqişəyə dönməsinin qarşısını alın.
Günün ikinci yarısında əhvalınız pozula, səhhətiniz korlana bilər. Xroniki ağrıların kəskinləşməsi sizi qorxutmasın. Uzaq səfərə yollanmaq, ağır fiziki işlə məşğul olmaq məsləhət deyil. Özünüzü qoruyun.
Əkizlər - gərgin, çətin gündür. Həftənin ən ağır zamanı da sayıla bilər. Cari işlərə diqqəti yönəltmək asan deyil. Maksimum dərəcədə sərvaxt olun, xırda məsələlər və detalların nəzərdən qaçmasına imkan verməyin. Əks təqdirdə yanlışlıqlar ola bilər. sizi dəstəkləyən insanlarla münasibətləri korlamayın.
Günün ikinci yarısında yeni layihəyə başlamayın. Genişmiqyaslı işlərin hazırlıq prosesinə start vermək, planları müttəfiqlərlə müzakirə etmək olar. Yaxın ətrafınızdakı insanların verdikləri vədlərə çox inanmayın. Bu adamların arasında çox az şəxs sözlərinin üstündə dura biləcəklər.
Xərçəng - tamamilə yeni, fərqli işə başlamaq üçün əlverişli zamandır. Bilik və bacarıqlarınızı nümayiş etdirin. Geniş dünyagörüşlü olun. Yeni tanışlıqlar istisna deyil. Sizi indiyədək tanımayan insanın rəğbətini qazanmağa çalışın.
Günün ikinci yarısında alış-veriş etmək olar. Qeyri-adi, orijinal nəsnələr sizi cəlb edəcək. Aldığınız əşyalara heyfislənməyin.
Ünsiyyət üçün münasib zamandır. Sizə əsla bənzəməyən insanlarla da dil tapmağa çalışın. Hansısa məsələlərdə sizə tam əks mövqe tutan insanla təmaslarda diqqətli olun. Bu yaxınlarda mübahisə etdiyiniz insanla barışa bilərsiniz.
Şir - işdə yaranan müəyyən anlaşılmazlıqlara rəğmən qarşınıza qoyduğunuz məqsədlərə doğru sürətlə irəliləyin. Tapşırıqlarla sifarişləri vaxtında yerinə yetirin. Çətin problemləri həll etmək mümkündür. Yaxın ətrafınızdakı insanlarla sürəkli müqayisə etməyin.
Günün ikinci yarısında kimsəyə fikir vermədən müstəqil çalışın. Yalnız belə olarsa, uğur qazanacaqsınız. Maliyyə fonunda müsbət irəliləyişlər olmayacaq. Gəlirlərdə gecikmələr ola bilər.
İşdə vaxtından artıq çalışmayın. Yaxınlarınızın sizə ehtiyacı var. Bir qədər istirahət etməyi unutmayın. Romantik təmaslar ümidləri doğrultmayacaq. Təşəbbüskar olun, münasibətlərin normallaşdırılması üçün səy göstərin.
Qız - müsbət təmayüllərin təsiri güclənəcək. Gün uğurludur. Aktiv davransanız, niyyətinizə çata bilərsiniz. Yaxın ətrafınızdakı insanlara sərt iradlar ünvanlamayın. Təşəxxüs və eqosentrizm yolverilməzdir. Planlaşdırdığınız işləri başa vurun. Artıqlaması ilə çalışın.
Günün ikinci yarısında yeni sifarişlər və ya tapşırıqlar ola bilər.
Şəxsi münasibətlər rəvandır. Münaqişələr yaranmasa da, situasiyanın normallığı ilə bağlı hiss yaranmayacaq. İşlərinizə yetərincə vaxt ayırın. Qısamüddətli səfərlərə yollanmaq olar. Uzunmüddətli səyahəti təxirə salın.
Tərəzi - ideyalarınızdan birini reallaşdıra bilərsiniz. Ən fantastik planın da həyata keçirilmə şansı var. İstənilən situsiyadan fayda əldə etməyə can atın. İşgüzar intuisiyanız iti olmalıdır. Əməkdaşlıq edəcəyiniz insanı diqqətlə seçin. Sərmayə obyektində yanılmayın. Anlaşma və sövdələşəmələrdə sayıq davranın.
Sizə məsləhət üçün müraciət edəcəklər. Hətta sizdən təcrübəli insanlar belə, sözlərinizdən faydalana bilərlər. Günün ikinci yarısı şəxsi münasibətlər üçün münasibdir. Eqoist olmayın, amma öz maraqlarınızın təminatını da unutmayın. Axşam saatlarında gəzinti əhvalınızı yaxşılaşdıra bilər.
Əqrəb - düşünülməmiş addımlar atmayın, qəfil hərəkətlər etməyin. Planlarınızı köklü şəkildə dəyişməyin. İndiyədək məhsuldar və effektiv çalışdığınız insanlarla tərəfdaşlığı dayandırmayın. İşlərdə daimilik, prinsiplərə sədaqət və qarşınıza qoyduğunuz məqsədlərə çatmaq istəyi təqdir olunması ünsürlərdir. Dəyər verdiyiniz insanların etimadını qazanmağa çalışın.
Günün ikinci yarısında ailə işlərinə ciddi yanaşın. Bu işlərin öhdəsindən sizdən yaxşı kimsə gəlməyəcək. Qohumların qəfil viziti, uşaqlıq dostları ilə görüş ola bilər.
Dürüst davranış modelini seçin. Ünsiyyətdə aktiv olun. Amma kiminsə sizdən sui-istifadə etməsinə imkan verməyin.
Oxatan - əvvəllər arzu etməyə belə, cəsarət göstərmədiyiniz məqamlar indi reallaşa bilər. Situasiyanın yaxşılaşmasını gözləməyin. Fəal olun, hərəkətə keçin. Qətiyyətli və ötkəm olun. Niyyətinizə çata bilərsiniz - şanslar az deyil.
Səfər, habelə planlaşdırılmamış səyahət pis alınmayacaq.
Günün ikinci yarısında sərfəli anlaşmaya, sövdələşməyə nail olmaq mümkündür.
Yaşam potensialınızın səviyyəsi çox aşağı düşəcək. Səhhətinizdə ciddi problemlər istisnadır. Adi günlərdən fərqli olaraq daha tez yorulacaqsınız. Axşam saatlarında ağır işdən uzaq durun. Ağır yük qaldırmayın.
Oğlaq - ifrat aktivlik məsləhət deyil. Yeni, genişmiqyaslı işə başlamayın. Konkret layihəni ixtisara salmaq mümkündür. Vədlər verməyin, öhdəliklərə boyun olmayın. İşdə durumu real dəyərləndirin. Başqalarının illüziyalarının qurbanına çevrilməyin. Günün ikinci yarısında məişət zəminində mübahisələr istisna deyil. Belə mübahisənin yaxınlarınızla münaqişəyə çevrilməsinə imkan verməyin. Sakit və soyuqqanlı olun. Mənfi emosiyaların məntiqi üstələməsi arzuolunmaz ssenaridir. Əsəb gərginliyinin əsas səbəbi, sadəcə, yorğunluqdur.
Dolça - uğurlu təsadüflər istisna deyil. Çoxdan bəri həyata keçirmək istədiyiniz planı reallaşdırmaq imkanları var. Əlverişsiz şərait, bədxahlar və rəqiblərin məkrli addımlarına fikir verməyin. Güclü rəqiblərlə qarşılaşmada belə, geri çəkilməyin. Uğursuz situasiyada da qalib ola bilərsiniz.
Günün ikinci yarısında hiyləgər və fəndgir olun. Yaşam potensialınızın səviyyəsi yüksək olacaq. Yorğunluq hiss etməyəcəksiniz. Gərgin iş və ya yerinə yetiriləsi tapşırıqları qulaqardına vurmayın. Axşam saatları aktiv istirahət üçün əlverişlidir.
Balıqlar - ən böyük çətinlik emosional fonun əlverişsiz olmasıdır. Hətta ən sakit halda davransanız da, deyilənlər sizi təbdən çıxara bilər. Təxribata uymayın, soyuqqanlı olun. Ünsiyyət çevrənizi məhdudlaşdırın.
Sizi qıcıqlandıran insanlarla təmaslardan uzaq durun. İstənilən məsələ ilə bağlı sizə nöqsanlarınız və çatışmazlıqlarınızdan bəhs edən insanlarla əlaqələri zəiflədin.
Günün ikinci yarısında maliyyə problemləri yaranacaq. Reallıq hissini unutmayın. Planlaşdırılmamış səfərə yollanmayın.
Almaniya Rusiya səfirini XİN-ə çağırıb - Etiraz verildi
Premyer Liqa: V və VI turun oyun proqramı açıqlanıb
Dollar neçəyə olacaq? - Mərkəzi Bank 3 günlük məzənnəni açıqladı
İcra Hakimiyyəti vaxtilə verdiyi sərəncamları indi niyə tanımaq istəmir? - Qalmaqal + AÇQLAMALAR
Bakıda bu yol bağlanacaq
BDU dərs yükü azaldılıb
Kürşat Zorlu Naxçıvana gəlib
Bakıda Ermənistan vətəndaşlarının məhkəməsi: girov götürülən azərbaycanlının öldürülməsi və...
Rəsmi Moskva: "Ukrayna ilə danışıqlar dayanıb"
Azərbaycan III Türk Dövlətləri Universiadasının qalibi olub
İcra Hakimiyyətinin kotirovka sorğusu baş tutmayıb
İsrail ordusu Tulkərimdə 1000-dən çox fələstinlini həbs edib
Bakıda 35 min manatlıq dələduzluq edən şəxslər saxlanılıb
İSRAİL ANKARA VƏ YA İSTANBULU VURA BİLƏR: "Bizimçün qırmızı xətt yoxdur, Türkiyə buna hazırdımı?" - Yəhidi polkovnikdən qorxunc mesaj
“Müğənni Rəqsanə İsmayılovanın işində bir yenilik yoxdur”
Daha bir şəhid dəfn edildi
Göyçayda şəhid dəfn olunub (Yenilənib)
Sabah yağış yağacaq
Baxçalıdan skandal açıqlama: "Mənə qalsa, yarımsaata qapadaram"
Xalq artisti Sərdar Fərəcovun səhhəti barədə açıqlama yayıldı
Serdar Dursun "Kocaelispor"la anlaşıb
"Beşiktaş"ın yeni transferi İstanbula gəlib
"Trabzonspor" Andre Onana ilə bağlı məlumat yayıb
“Azərbaycan Dəmir Yolları”nda vəzifəli əxslər arasında qalmaqal: kəsilən mükafatlar, 102-yə zəng və... - Məhkəmə rəhbərliyi günahkar bildi
Minimum maaşı 400 AZN olan ölkədə ağır cərimələr: güzəşt niyə azdır? - Zülfüqar Xeyirxəbər yazır
MHP lideri: "Əgər Ərdoğan yenidən Prezident olmaq istəsə..."
MHP sədri kürd əsilli bələdiyyə sədrləri ilə bağlı qərarın dəyişməsini istəyir: "Biri azad edilməli, digəri isə..."
"Bank Respublika" və Qara Dəniz Ticarət və İnkişaf Bankı irihəcmli kredit sazişi imzalayıb
Qurbanovun oğlunun toyunda nəmər yığılmayıb - VİDEO
Laçın və Kəlbəcərdə qar yağıb
Elektron Təhlükəsizlik Xidmətində təyinat olub
İran XİN başçısı: "Zənginləşdirilmiş uran ehtiyatı bombalanmış obyektlərin altında qalıb"
ABŞ-da universitet yataqxanasında atışma olub
"Nəvəmi kollecə düzəldim, ayda 100 manat ona, 1500 dayəyə, 800 manat..." - Müğənni aylıq "rasxod"unun 8 min olduğunu deyir
“Faiq Əhməd: 2011–2024-cü illər dövrü” sərgisi açılıb - FOTOLAR
Hasan Ali Kaldırım "Amedspor" ilə anlaşıb
Nazirliklə AzTV arasında sövdələşmə - 28 min manat nəyə xərclənəcək?
Albaniyada süni intellekt üzrə nazir təyinatı... - Professor yazır
Hadrut qəsəbəsi ilə Badara kəndinə ilk köç olub
Culfada yol qəzası: 4 polis əməkdaşı ölüb
"Kasımpaşa" yarımmüdafiəçisi ilə yollarını ayırıb
"Beşiktaş"ın oyunçusu millidə zədələnib
Azərbaycan nefti bir dollar ucuzlaşdı
"Başakşehir" 18 yaşlı futbolçu ilə anlaşıb
AEK Joao Marionu heyətinə qatır - Türk klubu 2 milyon avro qazanacaq