Müəllimlərin sertifikatlaşdırma prosesi: müsahibələrin tarixləri açıqlandı - CƏDVƏL

img

08-09-2022 [13:19]


Müəllimlərin sertifikatlaşdırma prosesinin müsahibələrinin keçiriləcəyi tarixlər açıqlanıb.

Mia.az Elm və Təhsil Nazirliyinə istinadla bildirir ki, təhsilverənlərin sertifikatlaşdırma prosesinin müsahibə mərhələsinin keçiriləcəyi tarix barədə məlumatlar yaxın günlərdə müəllimlərin şəxsi kabinetinə göndəriləcək. Müsahibələr 12-13-14-16-17-19 sentyabr tarixlərində, onlayn formatda təşkil olunacaq. Müsahibə linki təhsilverənlərin şəxsi kabinetlərinə göndəriləcək.

Qeyd edək ki, təhsilverənlərin sertifikatlaşdırma prosesinin müsahibə mərhələsinə aid Azərbaycan və rus bölməsi üzrə mövzular miq.edu.az saytında və portal.edu.az platformasında mövcuddur.

img

Digər xəbərlər
SON XƏBƏRLƏR
12:50 12.09.2025

Sabah yağış yağacaq

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA