Baş Qərargah rəisi Quru Qoşunlarının rəhbərləri ilə bir arada: yeni tapşırıqlar verildi - FOTOLAR
07-09-2022 [19:14]
Müdafiə nazirinin birinci müavini – Azərbaycan Ordusunun Baş Qərargah rəisi general-polkovnik Kərim Vəliyev Quru Qoşunlarınnın idarə heyəti ilə xidməti müşavirə keçirib.
Mia.az Müdafiə Nazirliyinə istinadla xəbər veirr ki, müşavirədə Quru Qoşunlarında görülən işlərin təhlili aparılıb. Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin Azərbaycan Ordusu qarşısında qoyduğu tapşırıqlar toplantı iştirakçılarına çatdırılıb.
Müdafiə nazirinin birinci müavini döyüş hazırlığının və hərbi qulluqçuların peşəkarlıq səviyyələrinin daha da artırılması, silahlanmaya yeni qəbul edilən silah və döyüş texnikasının effektiv tətbiqi məqsədilə keçirilən təlimlərin real döyüş şəraitinə uyğunlaşdırılması və texnoloji innovasiyalardan istifadə edilməsi ilə əlaqədar müdafiə nazirinin göstərişlərini aidiyyəti üzrə vəzifəli şəxslərə çatdırıb.
Müşavirədən sonra Döyüşü idarəetmə məntəqəsinə (DİM) gələn Baş Qərargah rəisinə məruzə olunub ki, burada müasir döyüş üsulları nəzərə alınaraq digər qoşun növləri ilə qarşılıqlı əlaqədə komanda idarəetmənin təşkili üçün zəruri infrastruktur yaradılıb.
Sonra general-polkovnik K.Vəliyev, müdafiə nazirinin müavini – Quru Qoşunların komandanı general-leytenant Ənvər Əfəndiyev, Milli Müdafiə Universitetinin rektoru general-leytenant Heydər Piriyev və digər yüksək rütbəli zabitlər Quru Qoşunlarının Ümumqoşun Təlim Mərkəzinə gələrək ilk dəfə təşkil edilən "Zabit komando başlanğıc kursu"na cəlb olunan gənc leytenantlarla görüşüblər.
Baş Qərargah rəisinə məruzə olunub ki, hərbi qulluqçuların taktiki-xüsusi hazırlıqlarının inkişaf etdirilməsi məqsədilə keçirilən məşqlər müasir döyüş üsulları nəzərə alınmaqla tədris olunur.
Ordumuzun Türkiyə Silahlı Qüvvələrinin modelinə uyğunlaşdırılması istiqamətində görülən tədbirlər çərçivəsində gənc zabitlərin komando kursuna cəlb olunmasının hərbi qulluqçuların peşəkarlıq səviyyələrinin artırılmasında müsbət təsir göstərəcəyi xüsusi qeyd edilib.
Daha sonra yaşayış məntəqələrində döyüş və məntəqələrin şərti düşməndən təmizlənməsi tapşırığının icrası üzrə təlim epizodları izlənilib.
Gənc zabitlər qarşısında çıxış edən Baş Qərargah rəisi onlara hərbi elmlərə yiyələnmək, eləcə də fiziki hazırlıqlarını artırmaqla peşəkar və nizam-intizamlı komandir kimi formalaşaraq gələcəkdə tabeliklərindəki şəxsi heyətə nümunə olmaları istiqamətində tövsiyələr verib, gələcək xidmətlərində uğurlar arzulayıb.
Sonda general-polkovnik K.Vəliyev hərbi qulluqçuların qayğıları ilə maraqlanıb və onlarla birgə nahar edib.
Sabahdan bəzi yerlərdə yağıntı intensivləşəcək - Xəbərdarlıq
"Güney Azərbaycan artıq kənardan izlənilən region deyil" - TƏHLİL
Xəzər rayonunda qaya daşlarını zədələyən şəxs saxlanılıb
Sabah hava necə olacaq? - Proqnoz
“Aİ-92” markalı benzin ucuzlaşacaq, yoxsa...? - Ekspertdən bahalaşan neftlə bağlı açıqlama
"Mənə dedilər ki, sən neynirsən?" - Niyaməddin Musayev
"Türkiyə və Azərbaycan müharibəyə sürüklənir" - TƏHLİL
RƏSMİ TEHRAN ABŞ-a ÖZ ŞƏRTLƏRİNİ RƏSMƏN AÇIQLADI: "Əks halda müharibə davam edəcək"
“Qarabağ”ın qolkiperi komandadan ayrılır?
İranın yeni xəritəsi cızılır - Cənubi Azərbaycanın taleyi kürdlərin əlindədir? (TƏHLİL)
İranın qaz təsərrüaftı bombalanıb
Kolumbiyada təyyarə qəzası: 70 nəfər ölüb
Azərbaycan nefti 116 dollara qalxdı
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Ceyhun Bayramovla İran XİN başçısı telefonda danışdı - "Xəzər dənizi bölgəsində təhlükəsizliyin təmin olunması və..."
Pensiya ilə bağlı mühim xəbər: İş stajı 25 ilə çatmayan şəxslər...
Si Cinpin Prezident İlham Əliyevə məktub ünvanlayıb
Ağdaşda 70 yaşlı qadın öldürülüb - Oğlu saxlanılıb (YENİLƏNİB)
İlham Əliyev Şamaxıda - FOTOLAR
Sabahın hava proqnozu açıqlandı
İsrail Türkiyəni vuracaqmı? - Cavab Ərdoğandan gəldi
Prezident İlham Əliyev Şahbaz Şərifə məktub göndərib - MƏTN
ABŞ-da sərnişin təyyarəsi yanğınsöndürən maşınla toqquşdu - Çoxlu ölü və yaralı var (FOTOLAR)
Sahibə Qafqarova II İlyanın dəfn mərasimində iştirak edib - FOTOLAR
TRAMP NATO-nu TƏNQİD ETDİ, İRANIN MƏHV EDİLƏCƏYİNİ DEDİ: "Hər şey yaxşı ssenari ilə davam edəcək"
Komitə sədri 37 yaşlı xanımı yüksək vəzifəyə təyin etdi
Əri Bahar Muradovadan yazdı: "Biz bir daha sübut etdik ki..." + FOTO
Saatlıda 50 yaşlı şəxs bıçaqlanıb
PREZİDENTİN AİLƏSİNİ ŞANTAJ EDƏN ŞƏXS SAXLANILDI: o, kimdir? - VİDEO
İran müharibəsi və daralan səmalar - Azərbaycan hava geopolitikasının mərkəzində (TƏHLİL)
Lalə Azərtaşın proqramında təqdim olunan həkimlər...
Moskvadan Bakıya uçan təyyarə quşlarla toqquşub - Göyərtisində kimlər olub? + VİDEO
"Xəbər məni dərindən kədərləndirdi" - Zakir Həsənov
YENİ YAŞ: ATA YOLUNUN LAYİQLİ DAVAMŞISI...
İran prezidenti: "Biz sizinlə münaqişəyə girmək fikrində deyilik”
Kamran Əliyevə ağır itki üz verib
Güclü yağış yağacaq - Xəbərdarlıq
Azərbaycan nefti 123 dollara qalxdı
Azercell Könüllüləri Novruz və Ramazan bayramları münasibətilə xeyriyyə yarmarkası təşkil edib
BU MƏZUNLARA RÜTBƏ VERİLƏCƏK