Jurnalistlərin qurultayı: Təşkilat Komitəsi məlumat yaydı
07-09-2022 [14:52]
Azərbaycan jurnalistlərinin VIII qurultayının keçirilməsi üzrə Təşkilat Komitəsi məlumat yayıb.
Təşkilat Komitəsindən Mia.az-a bildirilib ki, Mətbuat Şurasının İdarə Heyətinin 2022-ci ilin 6 sentyabr tarixli iclasında Şuranın Nizamnamə tələblərinə uyğun olaraq Azərbaycan jurnalistlərinin VIII qurultayının keçirilməsi qərara alınıb, bunun üçün Azərbaycan jurnalistlərinin VIII qurultayının keçirilməsi üzrə Təşkilat Komitəsi yaradılıb. İdarə Heyətinin qərarına əsasən İdarə Heyətinin üzvləri bu tarixdən sonra TKının üzvləri kimi fəaliyyət göstərəcəklər.
Azərbaycan jurnalistlərinin VIII qurultayı 24 sentyabr 2022-ci ildə keçiriləcək. Toplantının konkret hansı ünvanda təşkil olunacağı ilə bağlı ictimaiyyətə əlavə məlumat veriləcək.
2022-ci ilin 20 sentyabr tarixinə qədər üzv təşkilatlar Mətbuat Şurasının presscouncil.az saytında yerləşdirilmiş “Azərbaycan jurnalistlərinin VIII qurultayı” adlı bölməyə (yuxarı hissədə ayrıca banner) daxil olaraq iki anketi endirməlidirlər. Anketin içərisi müvafiq qaydada doldurulub skan edildikdən sonra Şuranın [email protected] e-mailinə göndərməlidirlər. Hər iki anketin üzv təşkilatın rəhbərinin imzası ilə təsdiqlənməsi, möhürlənməsi mütləqdir. Anketlər MŞ-dən şəxsən götürülə, yenidən qaytarıla və ya poçtla göndərilə bilər (ünvan: AZ1106 Bakı, Nərimanov rayonu, Məmməd Araz 4.)
Anketlərdən birincisi üzv təşkilatların Mətbuat Şurasının İdarə Heyətinə namizədlərinin müəyyənləşdirilməsi məqsədi ilə tərtib edilib. Üzv təşkilatlarlar ümumilikdə 23 namizəd verə bilərlər ki, bu say Şuranın İdarə Heyətinin tərkibidir. Anketə 11 jurnalistin, 7 ictimaiyyət nümayəndəsinin, 5 internet informasiya resursu təmsilçisinin adının daxil edilməsi məqbul sayıb.
Bütün anketlərə verilən cavablar Təşkilat Komitəsi tərəfindən araşdırılacaq, ən çox səs toplayan namizədlərin adları qurultay günü iştirakçılara paylanacaq yekun seçki bülleteninə daxil ediləcəkdir. Seçki bülleteninə üzv təşkilatların təqdim etdikləri anketlərdə ən çox səs toplamış namizədlərin adları daxil ediləcəkdir. Qurultayda İdarə Heyətinin üzvləri onların arasından seçiləcəkdir. İdarə Heyəti seçildikdən sonra yeni tərkibdə yer alanların sırasından Mətbuat Şurasının sədrinin seçilməsi üçün ayrıca səsvermə keçiriləcəkdir.
İkinci anketdə Mətbuat Şurasına üzv təşkilatların Azərbaycan jurnalistlərinin VIII qurultayında iştirak edəcək nümayəndə və ya nümayəndələrinin adları yer alacaqdır. TK-nın qərarına əsasən qurultayda gündəlik qəzetlər və informasiya agentlikləri 2 (iki), həftəlik və aylıq qəzetlər (bölgələrdə fəaliyyət göstərən qəzetlər də daxil olmaqla), jurnallar, internet media resurları, jurnalist təşkilatları və digər qurumlar 1 (bir) nümayəndə ilə iştirak edəcəklər. Üzv təşkilatların nümayəndələrinin adları qurultay iştirakçılarının vahid siyahısına daxil ediləcək. Qurultay nümayəndələri ali məclisdə səsvermə hüququ qazanacaqlar.
Hazırda Azərbaycan Mətbuat Şurasına 290-a yaxın üzv təşkilat qeydə alınıb. Onların müəyyən hissəsi fəaliyyətini dayandırıb, bəziləri isə Şura ilə əlaqələrini itiriblər. Hər bir üzv təşkilatın Şura ilə bağlılığını təsdiqləyən başlıca tələb üzvlük haqqının ödənməsidir. Üzvlük haqqı ildə bir dəfə ödənməlidir. Gündəlik qəzetlər və informasiya agentlikləri üçün bu rəqəm 149.50, digər üzvlər üçün 99 AZN təşkil edir.
Azərbaycan jurnalistlərinin VIII qurultayının keçirilməsi üzrə Təşkilat Komitəsi bildirib ki, qurultayda nümayəndə ilə təmsilçilik hüququnun müəyyənləşməsində üzv təşkilatın üzvlük haqqı tələbini nə dərəcədə yerinə yetirdiyi mütləq şəkildə nəzərə alınacaqdır. Buna görə TK bütün üzv təşkilatları göstərilən tələbi müvafiq qaydada yerinə yetirməyə çağırır. Tələbə tam etinasız yanaşanların ali məclisdə nümayəndə ilə təmsilçilik hüquqi məhdudlaşdırılacaqdır.
Təşkilat Komitəsi onu da xüsusi vurğulayıb ki, Azərbaycan jurnalistlərinin VIII qurultayında MŞ-yə üzv olmayan təşkilatların nümayəndələrinin iştirak edərək səsvermə hüququ qazanmaları Nizamnamə tələblərinə ziddir və buna yol verilməyəcəkdir. Qurultayda fərdi qaydada iştirak da yolverilməzdir. MŞ-nin Nizamnamə tələblərinə uyğun olaraq Mətbuat Şurasının İdarə heyətinin hazırkı tərkibi birbaşa qurultay nümayəndəsi statusundadır. Onlara məxsus üzv təşkilatlardan qurultayda nümayəndə kimi həmin təşkilatın müəyyənləşdirdiyi şəxs iştirak edə bilər.
Azərbaycan jurnalistlərinin VIII qurultayının keçirilməsi üzrə Təşkilat Komitəsi ölkənin media həyatında, ümumilikdə ictimai mühitində müstəsna əhəmiyyət daşıyan toplantı olmaq ənənəsinə malik qurultayın səmərəli təşkili, planlaşdırılmış fəaliyyətin vaxtında icrasının təmin olunması üçün Mətbuat Şurasına üzv təşkilatlardan 2022-ci il sentyabr ayının 20-dək yuxarıda göstərilən proseduru yerinə yetirməyə çağırıb.
Qarabağ əlili "Azəriqaz"ı məhkəmədə uddu, SOS verdi - "Məhkəmə qanunsuz qərarı ləğv etdi, mən işimə bərpa olundum"
ABŞ vitse-prezidenti Bakıya gəlir
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Beynəlxalq Bank “Bank BTB”ni "ələ keçirir"
Daha dörd nəfər qazdan zəhərləndi
Xarici İşlər Nazirliyində yeni təyinat olub
“Turan-Tovuz” ona xor baxan azarkeşinə necə dərs verdi? - Doğma stadion üçün qəribsəmə zamanıdı
İcra başçısı aparıcı olan həyat yoldaşı barədə tez-tez niyə paylaşım edir? - FOTOLAR
General-leytenant təqaüdə göndərilib
Bəzi bölgələrdə güclü külək əsəcək - Xəbərdarlıq
Tural Həsənliyə vəzifə verildi - Kamran Əliyev yeni əmr imzaladı
Salyanda yeniyetmə qız qızdırmadan ölüb
Şəmkirdə 30 yaşlı kişi 69 yaşlı qadını öldürüb
Sabiq deputat: "Saleh Məmmədov əlinin altında xeyli sayda reket jurnalist saxlayırdı" - "Onun saat kolleksiyasının dəyəri bir neçə milyon dollardır"
AFN.az-ın 14 yaşı tamam olur
Sabah hava necə olacaq? - Proqnoz
Ceyhun Bayramov Pakistan XİN başçısına zəng edib
Allahşükür Paşazadə Vatikana gedir
Azərbaycan neftinin qiyməti 71 dollara qalxdı
“İmişli”nin xəbəri var ki, çay içəndən sonra qaçıb haraya gedirik?
“Turan” əhəmiyyətli qələbə qazandı - Kubok oyunlarında gərgin intriqa havası başlayır
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Qəbələdə "Qış nağılı" II Beynəlxalq Musiqi Festivalının açılışı olub
"Qalatasaray" 30 milyon avroya satdığı futbolçunu geri qaytardı
Sabiq səfirlə bağlı istintaq başlayıb - London polisi diplomatın evində axtarış aparıb
İordaniya Kralı Türkiyəyə gəlir
Ankarada polis öldürülüb - Döyülərək...
SALEH MƏMMƏDOV VƏZİFƏDƏN ÇIXARILDI, YERİNƏ NAZİR MÜAVİNİ GƏTİRİLDİ - Prezident sərəncam imzaladı
Azərbaycan Rusiyaya nota verdi - Səfir XİN-ə çağırıldı və...
Prezident İlham Əliyev Fərman imzalayıb
Prezident daha bir fərman imzaladı - Dəyişiklik
8 AY SONRA ABŞ və İRAN RƏSMİLƏRİ BİR ARAYA GƏLDİ - Ommandakı tarixi görüşdən ilk açıqlama
Bakıda ağac kəsənlər prokurorluğa verildi
Yanvarda vurulan ən yaxşı qol... - PFL müəllifi açıqladı
10 gün əvvəl əsgər gedən Coşqun Sadıqov hospitalda vəfat edib
QHT sədri qəzada ölüb
Aİ Maskın təhqir etdiyi Baş naziri müdafiə etdi
Dollar neçəyə olacaq? - Mərkəzi Bank 3 günlük məzənnəni açıqladı
"Ruslan təcridxanadadır, üstəlik bu dəqiqə xəstədir" - Vəkildən yayılan xəbərə reaksiya
TEMU QALMAQALI: "Mənim paltarlarım çox böyük ölçülərdir, sizə yaramaz" - Müğənni gömrükçülərə çağırış etdi
Bakıda və rayonlarda külək güclənəcək - Xəbərdarlıq