Sədr əvəzi narkoman gömrükçüləri vəzifədən azad edb? - DGK rəsmi açıqlama yaydı

img

06-09-2022 [11:18]


Dövlət Gömrük Komitəsi (DGK) narkoloji analizlərdən keçməyən gömrük əməkdaşlarınının işdən çıxarılması xəbəri ilə bağlı məlumat yayıb.

Mia.az xəbər verir ki, məlumatda gömrük əməkdaşlarının mütəmadi olaraq tibbi müayinədən keçirilərək, nəticəyə uyğun müvafiq tədbirlər görüldüyü bildirilib: ""Gömrük orqanlarında xidmət haqqında" Əsasnaməyə və digər qanunvericilik aktlarına əsasən gömrük əməkdaşları mütəmadi olaraq tibbi müayinədən keçirilir və müvafiq tədbirlər görülür".

Xatırladaq ki, dünən bir sıra KİV-lərdə Dövlət Gömrük Komitəsinin sədr əvəzi, general-leytenant Şahin Bağırov gömrük əməkdaşlarını kütləvi şəkildə işdən çıxarması ilə bağlı məlumatlar dərc edilib. Məlumata görə, sədr əvəzi əməkdaşları narkoloji analizdən keçirib. Hövsan və digər postlarda işləyən bəzi gömrük əməkdaşlarının narkotik istifadəçisi olduğu aşkarlanıb. Ş. Bağırov onları işdən azad edib.


Digər xəbərlər
SON XƏBƏRLƏR