Zaqatalada meşədə yanğın törədən şəxs tutuldu - FOTO

img

04-09-2022 [11:06]


Sentyabrın 3-də günorta saatlarında Zaqatala rayonunun Axaxdərə kəndi yaxınlığındakı dağlıq ərazidə yanğın baş verib. Əraziyə cəlb edilən FHN, ETSN, Rayon Polis Şöbəsinin əməkdaşları, eləcə də yerli sakinlər tərəfindən yanğın söndürülüb, daha geniş əraziyə yayılmasının qarşısı alınıb.

DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan Mia.az-a verilən məlumata görə, polis əməkdaşları tərəfindən keçirilən tədbirlər nəticəsində yanğını törədən şəxsin rayon sakini Abdulla Qurbanov olduğu müəyyən edilib. Araşdırmalar zamanı onun çay qaynatmaq məqsədilə orada ocaq qaladığı, ocağın közlərinin isə ətrafa yayılaraq yanğın törətdiyi məlum olub.

Faktla bağlı araşdırma aparılır.


Digər xəbərlər
SON XƏBƏRLƏR
12:50 12.09.2025

Sabah yağış yağacaq

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA