Əli Əsədov müşavirə keçirib, aidiyyatı qurumlara tapşırıqlar verilib - Meşə yanğınları ilə bağlı

img

03-09-2022 [14:07]


Sentyabrın 3-də Azərbaycanın Baş naziri Əli Əsədovun sədrliyi ilə Azərbaycanın bölgələrində son dövrlər baş verən meşə yanğınları ilə bağlı işçi müşavirə keçirilib.

Mia.az xəbər verir ki, müşavirədə aidiyyəti dövlət orqanlarının və qurumlarının rəhbərləri iştirak ediblər.

Müşavirədə meşə yanğınlarının baş verdiyi ərazilərdə hazırkı vəziyyət, yanğınların səbəbləri, yanğınlarla mübarizə tədbirləri, mürəkkəb relyefli zonalarda yaranan çətinliklər, eyni zamanda qarşıda duran vəzifələr və fəaliyyət müzakirə edilib.

Yanğınla mübarizə tədbirlərinin davam etdirilməsi ilə bağlı aidiyyəti dövlət orqanlarına və qurumlarına tapşırıqlar verilib.


Digər xəbərlər
SON XƏBƏRLƏR
12:50 12.09.2025

Sabah yağış yağacaq

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA