Dövlət Xidməti daha 11 maşını hərracda satıb - Bu qiymətlərə

img

30-08-2022 [17:17]


İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətini bu gün keçirdiyi növbəti hərracda 11 nəqliyyat vasitəsi özəlləşdirilib.

Mia.az xəbər verir ki, bəzi nəqliyyat vasitəsiləri üzrə rəqabət qeydə alınıb.

Belə ki, ilkin satış qiyməti 1 800 manat olan “UAZ” markalı avtomobilə ən son təklif 4 490 manat olub. İlkin satış qiyməti 2 000 manat olan “VAZ-2106” markalı maşın isə 3 680 manata özəlləşdirilib.

Hərracda özəlləşdirilən nəqliyyat vasitələrinin siyahısı ilə buradan tanış olmaq mümkündür: ( https://bit.ly/3e4lGuz )

Növbəti hərraclar 6, 13 və 27 sentyabr tarixlərində keçiriləcək.


Digər xəbərlər
SON XƏBƏRLƏR