Türkiyədə "Teknofest": Azərbaycandan 16 komanda qatılıb

img

30-08-2022 [14:34]


Bu gün Türkiyənin Samsun şəhərində işə başlamış və sentyabrın 4-nə qədər davam edəcək "Teknofest 2022" Aerokosmik və Texnologiya Festivalında Azərbaycanı 16 komanda təmsil edir.

Mia.az xəbər verir ki, bunu jurnalistlərə rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Rövşən Rüstəmov bildirib.

Onun sözlərinə görə, həmin komandalar bu il mayın 26-29-da Bakıda keçirilmiş "Teknofest Azərbaycan" tədbirinin qalibləridir: "Teknofest"in uğuru bizi də sevindirir. Bu festivalın ölkəmizdə keçirilməsi Azərbaycan gəncliyinin, bütövlükdə Azərbaycan xalqının marağına səbəb olub. Bunu həm 300 mindən çox ziyarətçi sayında, həmçinin festivaldan sonrakı müraciətlərdə hiss etdik".

Xatırladaq ki, "Teknofest" Türkiyədə 5-ci dəfədir ki, keçirilir.


Digər xəbərlər
SON XƏBƏRLƏR
12:50 12.09.2025

Sabah yağış yağacaq

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA