"Yeddi oğul istərəm"in "Cəlal"ı xəstəxanaya yerləşdirildi: "Atamı xəstəxanaya orta-ağır vəziyyətdə gətirmişik"

"Yeddi oğul istərəm"in "Cəlal"ı xəstəxanaya yerləşdirildi: "Atamı xəstəxanaya orta-ağır vəziyyətdə gətirmişik"

MƏDƏNİYYƏT

29.08.2022, 11:55

Azərbaycanın xalq artisti Ənvər Həsənov xəstəxanaya yerləşdirilib.

Mia.az xəbər verir ki, bu barədə "Report"a aktyorun qızı Aytən Həsənova məlumat verib.

Onun sözlərinə görə, atasının səhhəti pisləşib və vəziyyəti yaxşı deyil: "Hazırda xəstəxanadayıq. Müayinələri hələ ki, tam bitməyib. Atamı xəstəxanaya orta-ağır vəziyyətdə gətirmişik".

Qeyd edək ki, 72 yaşlı aktyor Ə.Həsənov "Yeddi oğul istərəm" filmində Cəlal, "Dərviş Parisi partladır" filmində Şahbaz, "Babək" filmində Tərxan, "Atları yəhərləyin" filmində Sirac, "Uşaqlığın son gecəsi" filmində Murad və başqa yaddaqalan obrazlar yaradıb.

Dİgər xəbərlər

SON XƏBƏRLƏR

BÜTÜN XƏBƏRLƏR