Nəsimi rayonunda yeni tədris ilinə hazırlıqla bağlı tədbir keçirilib - FOTOLAR
29-08-2022 [11:14]
Nəsimi rayonunda təhsilin səviyyəsi, orta məktəblərdə şagirdlərin normal təhsili üçün hər cür şəraitin yaradılması, məktəblərin maddi-texniki bazalarının vəziyyəti daim diqqət mərkəzində saxlanılır.
Mia.az xəbər verir ki, rayonda 8 ali, 26 tam orta, 1 xüsusi məktəb, 2 musiqi məktəbi və 33 məktəbəqədər təhsil müəssisəsi fəaliyyət göstərir.
2021/2022-ci tədris ilində rayonun orta məktəblərini 1970 nəfər şagird bitirmiş, onlardan 1494 nəfəri tələbə adını qazanmışdır. Qəbul imtahanlarında abituriyentlərdən 52 nəfəri 600-dən, 16 nəfəri isə 650-dən çox bal toplamışdır. Məzunlardan 400 nəfəri xarici ölkələrin müxtəlif ali məktəblərinə qəbul olunmuşlar. 2021/2022-ci təhsil ilinin yekunlarına görə Nəsimi rayonu üzrə 6 məzun qızıl medala layiq görülmüşdür.
Nəsimi rayon İcra Hakmiyyətində keçirilən rayon İcra Hakimiyyəti Başçısı yanında Şuranın geniş tərkibli iclasında rayonda 2021/2022-ci tədris ilinin yekunları və yeni təhsil ilinə hazırlığın vəziyyəti müzakirə olunub.
Əvvəlcə şəhidlərin ruhu bir dəqiqəlik sükutla yad edilib, sonra hazırlanmış video-çarx nümayiş olunub.
Tədbirdə çıxış edən Nəsimi Rayon İcra Hakimiyyətinin Başçısı Asif Əsgərov ali məktəblərə qəbul imtahanlarının uğurla başa çatdığını qeyd edərək tələbə adını qazanan bütün məzunları, onların valideynlərini və müəllimlərini təbrik edərək bildirdi ki, Ümummilli liderimiz Heydər Əliyevin ötən əsrin 70-ci illərində əsasını qoyduğu təhsil strategiyası ölkəmizdə milli köklərə bağlı, yeni təfəkkürlü və təhsilli gənc kadrların yetişdirilməsinə hesablanıb. Təhsilin millətin taleyi üçün misilsiz əhəmiyyət daşıdığını hər zaman vurğulayan Ulu öndər Heydər Əliyev öz fəaliyyəti illərində bu sahəyə çox böyük diqqət və qayğı göstərmişdir.
Asif Əsgərov daha sonra bildirdi ki, Ümummilli Liderin siyasətini uğurla davam etdirən Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən ölkəmizdə təhsilə olan diqqət və qayğı göz qabağındadır. Son illərdə ölkədə yeni məktəb binalarının tikintisi və köhnələrin əsaslı təmiri böyük vüsət almışdır. Tədris prosesində gənclərimiz ən qabaqcıl texnologiyalardan, distant təhsil imkanlarından istifadə edirlər, ölkənin hər guşəsində şagirdlərin istifadəsinə müasir məktəb binaları, tədris avadanlıqları, sürətli internetə çıxışı olan kompüterlər, elektron lövhələr, zəngin fonda malik kitabxanalar, laboratoriyalar və idman zalları verilib. Yaradılan şərait artıq öz bəhrəsini göstərməkdədir. Ümumtəhsil məktəblərini bitirən gənclər ali və orta ixtisas məktəblərinə qəbulda yüksək nəticələr göstərir, ixtisaslı kadr kimi yetişərək ölkəmizin inkişafında, həyata keçirilən quruculuq tədbirlərində yaxından iştirak edirlər. Asif Əsgərov bildirdi ki, Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın çoxşaxəli fəaliyyətində təhsil sisteminin qabaqcıl dünya standartları əsasında təkmilləşdirilməsi xüsusi yer tutur.
Tədbirdə 46 saylı tam orta məktəbin direktoru Sevinc Budaqova çıxış edərək bildirdi ki, bu gün ölkəmizdə davamlı inkişaf və sabitliklə yanaşı, həm də sağlam mənəvi mühit formalaşıb,məktəblilər milli ruhda tərbiyə olunur. Natiq təhsilə göstərdikləri diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Azərbaycanın Respublikasının Birinci vitse -prezidenti Mehriban xanım Əliyevaya öz dərin minnətdarlığını bildirdi.
Tədbirdə çıxış edən 111 saylı tam orta məktəbin məzunu 695 bal toplamış Fuad Qurbanov göstərilən diqqət və qayğıya görə məzunlar adından öz minnətdarlığını bildirdi.
Tədbirin sonunda Nəsimi rayon İcra Hakimiyyəti tərəfindən Sərbəst güləş üzrə Respublika və Avropa çempionu (1-ci yer), Dünya mükafatçısı Elman Ağayevə və qəbul imtahanlarında yüksək nəticələr göstərmiş məzunlara qiymətli hədiyyələr, həmçinin təhsildə fərqlənən və rayon ərazisində yaşayan sosial qayğıya ehiyacı olan ailələrdən olan 500 nəfərdən artıq şagirdə məktəbli forması təqdim edilmişdir.
Trampdan İranla bağlı bəyanat: "Onların lideri yoxdur, rejim dəyişdi, indi razılaşma istəyirlər" - "Bizə neft və qaz hədiyyə edirlər"
"Azəriqaz"da Fəxri Fərman hansı əsaslarla və kimlərə verilir? - Komitə sədri Baş direktorla "Həmkarlar"a maraqlı suallar ünvanladı
Qəzəbli və revanşist Putin... - Kremlsiz Qafqaz və... (TƏHLİL)
Sabahdan bəzi yerlərdə yağıntı intensivləşəcək - Xəbərdarlıq
"Güney Azərbaycan artıq kənardan izlənilən region deyil" - TƏHLİL
Xəzər rayonunda qaya daşlarını zədələyən şəxs saxlanılıb
Sabah hava necə olacaq? - Proqnoz
“Aİ-92” markalı benzin ucuzlaşacaq, yoxsa...? - Ekspertdən bahalaşan neftlə bağlı açıqlama
"Mənə dedilər ki, sən neynirsən?" - Niyaməddin Musayev
"Türkiyə və Azərbaycan müharibəyə sürüklənir" - TƏHLİL
RƏSMİ TEHRAN ABŞ-a ÖZ ŞƏRTLƏRİNİ RƏSMƏN AÇIQLADI: "Əks halda müharibə davam edəcək"
“Qarabağ”ın qolkiperi komandadan ayrılır?
İranın yeni xəritəsi cızılır - Cənubi Azərbaycanın taleyi kürdlərin əlindədir? (TƏHLİL)
İranın qaz təsərrüaftı bombalanıb
Kolumbiyada təyyarə qəzası: 70 nəfər ölüb
Azərbaycan nefti 116 dollara qalxdı
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Ceyhun Bayramovla İran XİN başçısı telefonda danışdı - "Xəzər dənizi bölgəsində təhlükəsizliyin təmin olunması və..."
Pensiya ilə bağlı mühim xəbər: İş stajı 25 ilə çatmayan şəxslər...
Si Cinpin Prezident İlham Əliyevə məktub ünvanlayıb
Ağdaşda 70 yaşlı qadın öldürülüb - Oğlu saxlanılıb (YENİLƏNİB)
İlham Əliyev Şamaxıda - FOTOLAR
Sabahın hava proqnozu açıqlandı
İsrail Türkiyəni vuracaqmı? - Cavab Ərdoğandan gəldi
Prezident İlham Əliyev Şahbaz Şərifə məktub göndərib - MƏTN
ABŞ-da sərnişin təyyarəsi yanğınsöndürən maşınla toqquşdu - Çoxlu ölü və yaralı var (FOTOLAR)
Sahibə Qafqarova II İlyanın dəfn mərasimində iştirak edib - FOTOLAR
TRAMP NATO-nu TƏNQİD ETDİ, İRANIN MƏHV EDİLƏCƏYİNİ DEDİ: "Hər şey yaxşı ssenari ilə davam edəcək"
Komitə sədri 37 yaşlı xanımı yüksək vəzifəyə təyin etdi
Əri Bahar Muradovadan yazdı: "Biz bir daha sübut etdik ki..." + FOTO
Saatlıda 50 yaşlı şəxs bıçaqlanıb
PREZİDENTİN AİLƏSİNİ ŞANTAJ EDƏN ŞƏXS SAXLANILDI: o, kimdir? - VİDEO
İran müharibəsi və daralan səmalar - Azərbaycan hava geopolitikasının mərkəzində (TƏHLİL)
Lalə Azərtaşın proqramında təqdim olunan həkimlər...
Moskvadan Bakıya uçan təyyarə quşlarla toqquşub - Göyərtisində kimlər olub? + VİDEO
"Xəbər məni dərindən kədərləndirdi" - Zakir Həsənov
YENİ YAŞ: ATA YOLUNUN LAYİQLİ DAVAMŞISI...
İran prezidenti: "Biz sizinlə münaqişəyə girmək fikrində deyilik”
Kamran Əliyevə ağır itki üz verib
Güclü yağış yağacaq - Xəbərdarlıq